Azərbaycanın Beynəlxalq Vergi Müqavilələri: İkiqat Vergitutma
Beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi ilə vergi hüququ da milli sərhədləri aşaraq beynəlxalq müstəviyə keçmişdir. Dövlətlər arasında bağlanan beynəlxalq vergi müqavilələri, xüsusilə də ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlər, bu sahədə mühüm rol oynayır. Azərbaycan Respublikası da aktiv siyasət yürüdərək yerli sahibkarlığın həmçinin xarici investorların maraqlarını qorumaq məqsədi ilə belə sazişlər imzalamışdır.
İkiqat Vergitutma Nədir?
Sual yarana bilər ki, Rezident nədir?
Rezident fiziki və ya Hüquqi şəxs ola bilər.
Rezident fiziki şəxs dedikdə aşağıdakı tələblərdən birinə cavab verən fiziki şəxs başa düşülür :
-
Azərbaycan Respublikasının ərazisində təqvim ili ərzində üst-üstə 182 gündən artıq olan;
-
Təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
-
Heç bir ölkədə fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır;
-
Daimi yaşayış yeri;
-
Həyati mənafelərinin mərkəzi;
-
Adətən yaşadığı yer;
-
Vətəndaşlıq.
Rezident Hüquqi şəxs dedikdə isə aşağıdakı şərtlər əsasında müəyyən edilir:
-
Əgər bir şirkət Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçibsə – bu şirkət Azərbaycanın rezidentidir.
-
Hətta şirkət başqa ölkədə qeydiyyatdan keçmiş olsa belə, əgər onun əsas idarəetmə mərkəzi Azərbaycandadırsa (məsələn, qərarlar burada qəbul olunur, rəhbərlik buradadır), o da Azərbaycanın rezidenti hesab olunur.
Rezidentlik anlayışını növbəti məqaləmizdə daha geniş təqdim edəcəyik, indi isə qayıdaq mövzuya. Əgər bir ölkənin rezidenti olan fiziki və ya hüquqi şəxs başqa bir ölkədə gəlir (mənfəət) əldə edirsə o zaman həm rezident olduğu ölkədə həm də gəlir əldə etdiyi ölkədə vergiyə cəlb olunur.
Bu hal investorların maraqlarını azaldır və iqtisadi əməkdaşlığa mane olur. Bu səbəbdən ölkələr bu vəziyyətin qarşısını almağa çalışaraq Beynəlxalq sazişlər imzalamışdır:
Azərbaycan 50-dən çox ölkə ilə beynəlxalq sazişlər imzalanmışdır:
-
Avropa ölkələri: Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Macarıstan, Niderland və s.
-
MDB ölkələri: Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Belarus və s.
-
Asiya ölkələri: Çin, Koreya, Yaponiya, Türkiyə, İran və s.
Bu sazişlər investisiya mühitinin yaxşılaşdırılması, vergi risklərinin azaldılması və vergi məlumatlarının mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
DTA ərizə formalarının mahiyyəti
- İlk növbədə, vergi ödəyicisinin Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən rezident hesab edildiyi təsdiq olunmalıdır. Bunun üçün müvafiq “rezidentlik sertifikatı” - DTA-01 formasında əldə edilir. DTA-01 forması ilə müraciət edən şəxsin sertifikatı almaq üçün xarici dövlətin adını, sertifikatın təqdim ediləcəyi orqanı və gəlirlə bağlı lazımi məlumatları təqdim etməsi vacibdir. Bəzi hallarda xarici dövlətin xüsusi təsdiq forması tələb edilə bilər. Bu zaman həmin formanın notarial qaydada tərcüməsi də müraciətə əlavə edilməlidir.
- Əgər siz Azərbaycan Respublikasının rezidentisiniz və xarici dövlətdə gəlir əldə edərək vergi ödəmisinizsə, həmin vergilərin Azərbaycanda nəzərə alınması üçün DTA-02 formasını dolduraraq vergi orqanınıza təqdim etməlisiniz. Bu forma, xarici dövlətdə ödənilmiş vergilərin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizədir. Əgər xarici dövlətin xüsusi forması varsa, həmin formadakı məlumatlar DTA-02 formasında göstərilən məlumatları əhatə etməlidir .
- Azərbaycan Respublikasının rezidentləri, xarici dövlətdə əldə etdikləri gəlirlər və ödənilmiş vergilər barədə məlumatları gəlir və ya mənfəət vergisi bəyannaməsində əks etdirməlidirlər. Bu bəyannamə, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir
- DTA-03: Aşağı vergi dərəcəsi və azadolma üçün müraciət:
-
Xarici şəxslər (qeyri-rezidentlər) Azərbaycanda gəlir əldə etdikdə, DTA-03 forması vasitəsilə ölkələr arasında imzalanmış sazişlərə əsasən vergi azadolmasından və ya daha aşağı dərəcədən faydalana bilərlər.
-
Müraciət zamanı, həmin şəxsin rezidentliyini təsdiq edən sənəd və gəlirlə bağlı müqavilə və invoyslar əlavə olunmalıdır.
Rezidentlik sertifikatı bir il etibarlıdır və hüquqi şəxslər üçün növbəti ilin sonunadək tanınır.
- DTA-04 Forması: Ödənilmiş Vergilərin Təsdiqi Üçün Ərizə:
Məqsədi: Qeyri-rezidentin Azərbaycan Respublikasında əldə etdiyi gəlirə görə ödənilmiş vergiləri təsdiq etmək və bu təsdiqi öz ölkəsində vergi öhdəliklərindən çıxmaq və ya ikiqat vergitutmanın qarşısını almaq məqsədilə istifadə etmək.
- DTA-05: Artıq ödənilmiş vergilərin geri qaytarılması
Əgər qeyri-rezident DTA-03 formasını vaxtında təqdim etməyib və artıq vergi ödəyibsə, DTA-05 forması ilə geri qaytarılma üçün müraciət edə bilər.
Müraciət zamanı rezidentlik sertifikatı və gəliri təsdiqləyən sənədlər əlavə edilməlidir. Vergi orqanları artıq ödənmiş məbləği müəyyən etdikdən sonra geri qaytarma prosedurunu başladır.
OECD ( Organisation for Economic Cooperation and Development) – “İqtisadi İslahatların İdarəedilməsi Modeli” və Azərbaycan
Əksər beynəlxalq vergi müqavilələri OECD Model Vergi Konvensiyası əsasında hazırlanır. Bu model dövlətlərə öz aralarında gəlir vergisinin hansı qaydada bölüşdürülməsini tövsiyə edir. Azərbaycan da bir çox müqaviləsini bu modelə uyğunlaşdırmışdır.
Müasir Tələblər və BEPS Təşəbbüsü
OECD və G20 tərəfindən irəli sürülən BEPS (Base Erosion and Profit Shifting) - “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə qarşı” təşəbbüsü də vergi müqavilələrinin yenilənməsini zəruri edir. BEPS, iri transmilli şirkətlərin vergidən yayınma hallarına qarşı mübarizə məqsədi daşıyır. Azərbaycan da bu təşəbbüs çərçivəsində bəzi müqavilələrə əlavə protokollar daxil etmişdir. Beləliklə, BEPS layihəsinə qoşulmaq ölkəmizin müvafiq sahə üzrə etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir. Artıq ölkəmiz bu sahədə öz üzərinə götürdüyü 4 minimum standart, eləcə də digər BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb.
Azərbaycan Respublikasının beynəlxalq vergi müqavilələri sahəsində atdığı addımlar ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmiş, investisiya axınlarını stimullaşdırmış və vergi şəffaflığını artırmışdır.
Çoxtərəfli Konvensiyanın mətni və Azərbaycan Respublikasının Qeyd-Şərtlərinin və bildirişlərinin siyahısı ilə bu link vasitəsi ilə tanış ola bilərsiz : https://www.taxes.gov.az/az/page/ikiqat-vergitutmanin-aradan-qaldirilmasina-dair-beynelxalq-sazisler
Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı
1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!
Əməliyyatçı Mühasib Yetişdirmə Proqramı
Əməliyyatçı Mühasib
Aparıcı Mühasib Yetişdirmə Proqramı
Aparıcı mühasib
Maliyyə Hesabatlarının Hazırlanması Kursu
Bu kurs maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində biliklərinizi artırmaq üçün ideal seçimdir.
İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.
Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Maliyyə Analitiki Kursu
Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.
Rəqəmsal Mühasib Yetişdirmə Proqramı
Rəqəmsal Mühasib Yetişdirmə Proqramında alətlərlə mühasibatlıq işlərini daha sürətli, dəqiq və rahat şəkildə həll etməyi öyrənəcəksən.
Sərbəst Mühasib Yetişdirmə Proqramı
Sərbəst mühasib
Mütəxəssis Mühasib Yetişdirmə Proqramı
Mütəxəssis Mühasib
Maliyyə Auditi
Mühasibat sənədlərinin auditi
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.
