Bəs İdarəetmə Uçotu nədir?
İdarəetmə uçotu xüsusi təyinatlı maliyyə hesabatlarının hazırlanması, o cümlədən xərclərin, maya dəyərinin və ehtiyaca uyğun daha detallı hesabatların hazırlanmasına xidmət edir.
Dünyanın tanınmış müxtəlif universitetlərində idarəetmə uçotu fənni aşağıdakı 2 mərhələdən ibarət olaraq tədris edilməkdədir:
- I mərəhələ - xərclərin və maya dəyərinin uçotu (cost accounting);
- II mərhələ - xərclərin və maya dəyərinin təhlili (management accounting).
İdarəetmə Kursuna Giriş kursumuz isə I mərhələni, yəni;
- xərclərin və maya dəyərinin hesablanması;
- uçotunu aparılmasını əhatə edir.
Kurs həmçinin maliyyəçi və qeyri-maliyyəçilərin düzgün idarəetmə qərarlarının verilməsi zamanı gərəkli informasiyadan düzgün istifadə yollarının mənimsənilməsində də faydalıdır.