Tam mütəxəssis səviyyəsində mühasibat uçotu öyrənmək istəyən şəxslər tədris etdiyimiz mühasibatlıq kursları arasında məhz bu proqramdan faydalanır. Sıfırdan başlayaraq tədris olunan bu beynəlxalq mühasibat kursu həm dünya, həm də milli təcrübəni özündə birləşdirərək real praktikaya əsaslanır.
Sadə izahları ilə seçilən peşəkar təlimçilərimiz tərəfindən keçilən praktiki mühasibatlıq dərslərimizdə əsas məqsədimiz mütəxəssis səviyyəsində Mühasib yetişdirməkdir.
Uzun müddət ərzində təkmilləşdirilmiş və dəfələrlə mühasib hazırlığında sınaqdan keçirilmiş mühasibat kursları içərisində bu Təlim Proqramı:
- Maliyyə uçotu (ikili yazılış, hesablar planı ilə işləmə, müxabirələşmə, uçotun qurulması və aparılması, maya dəyərinin hesablanması, maliyyə hesabatlarının hazırlanması və s.),
- Vergi uçotu (vergi və növləri, ƏDV və digər növlərin hesablanması, müxabirələşmələr, uçotun aparılması, bəyannamələrin (hesabat) hazırlanması, BTP proqramı, DSMF ayırmaları və əməkhaqqı hesablanması, e-gov portalları)
- Rəsmi mühasibatlıq (rəsmiləşmə əməliyyatları, qaimə və faktura tipli sənədlər, ezamiyyə və s. üzrə rəsmiləşmələr) hissələrini əhatə edən həm qrup, həm də fərdi mühasibat kursu olaraq tədris edilir.
Bu yeni başlayanlar üçün mühasibat kursu mühasibat uçotu, audit, maliyyə sahəsində çalışan, tədris edən və bu sahə ilə maraqlanan şəxslər, həmçinin bu sahədə biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.
Əgər sən də mühasibatlıq sektorunda uğurlu kadr olmaq istəyirsənsə, praktiki mühasibatlıq kursumuza qoşulmaqla öz məqsədinə çatmaq yolunda ilk addımını bizimlə at!
Mühasibatlıq sahəsinin "əlifabasını" (Debet və Kredit), "hərflərdən sözlərin" (Müxabirləşmələr), "sözıərdən cümlələr" (Maliyyə Hesabatları) qurulmasını öyrətdiyi üçün İATM-ə xüsusi təşəkkürlər!