MHBS və KOS üçün MHBS üzrə PMS (II mərhələyə hazırlıq)

MHBS, eyni zamanda KOS üçün MHBS üzrə PMS ikinci mərhələyə hazırlığı əhatə edən bu təlim Vergi, Mülki və Əmək Qanunvericiliklərinin birgə tədrisindən ibarətdir.

Təlim DİM proqramı əsasında iştirakçılara nəzəri və praktiki biliklərin, qanunvericilklərin əsas müddəalarının sadə izahla çatdırılmasını və həm imtahanda, həm də peşəkar həyatda qarşıya çıxacaq suallara düzgün və effektiv şəkildə cavab tapılmasını özündə əks etdirir.


 

Təlim aşağıdakılardan ibarətdir:

 

Vergi Qanunvericiliyi Vergi Məcəlləsinin ümumi müddəaları, vergi növləri və vergilərin ödənilməsinin ümumi qaydaları kimi əsas hissələr tədris olunaraq PMS ikinci mərhələyə effektiv hazırlığı təşkil edilir.  
Mülki Qanunvericilik Kiçik və Orta Sahibkarlıq subyektləri üçün Peşəkar Mühasib Sertifikatının əldə edilməsi üzrə imtahanın II mərhələsi üçün Mülki Məcəllə üzrə əsas müddəaların izahlı şəkildə çatdırılmasını, Mülki Qanunvericilik üzrə ortaya çıxa biləcək hər bir suala düzgün yanaşma metodologiyasının öyrədilməsini özündə əks etdirir.
Əmək Qanunvericiliyi KOS-lar üçün Əmək Məcəlləsi və digər əlaqəli qanunvericilikdə nəzərdə tutulmuş mühasibatlıqla əlaqəli müddəaların tədrisi üçün nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinə giriş, əmək münasibətlərinin əsasları, əmək məcəlləsinin qüvvəsi və tətbiqinin əsasları, əmək haqqı kimi əsas hissələrin tədrisini əhatə edir.

 


Əgər DİM proqramına uyğun şəkildə hazırlaşaraq MHBS və KOS üçün MHBS üzrə PMS ikinci mərhələ imtahanında uğurlu nəticə əldə etmək istəyirsənsə, Sən də təlimimizə qoşul!

 

  • Peşəkar səviyyə
  • Kursa nələr daxildir:
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Yoxlama imtahanı Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili
  • Müraciət edin
  • Sizə zəng edək
Təlim nəticəsində nə öyrənəcəksiniz:
  • Vergi Məcəlləsi ümumi müddəalar, vergilərin ödənilməsi üzrə ümumi qaydaları

  • Dövlət vergi orqanları, Vergi nəzarəti, fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr

  • Mülki qanunvericiliyin obyekt və subyektləri, fiziki şəxslər və onların hüquq və fəaliyyət qabiliyyəti barəsində əsas müddəalar

  • Əmlak və əşya hüququna dair ümumi müddəalar, əşyaların növləri, daşınmaz və daşınar əşyalar və hüquqlara mülkiyyət hüququ

  • Öhdəliklər haqqında ümumi müddəalar, müqavilə anlayışı, növləri, bağlanma, dəyişilmə və ləğv qaydaları, öhdəliklərin icrası və təminat üsullarına dair əsas müddəalar

  • Əmək Məcəlləsinə giriş, əmək münasibətlərinin əsasları, əmək məcəlləsinin qüvvəsi və tətbiqinin əsasları

  • Əmək haqqı, onun tərkibi, müxtəlif şərtlərdə ödənilən əmək haqqı barədə əsas şərtlər

  • İşçi və işəgötürənlərin qarşılıqlı maddi məsuliyyəti, ziyanın hesablanması qaydası

3 Qanunvericilik üzrə tam Hazırlıq
  • Vergi Qanunvericiliyi
  • Mülki Qanunvericilik
  • Əmək Qanunvericiliyi

Bu təlim PMS imtahanı II mərhələ üzrə tam hazırlıq üçün nəzərdə tutulmuşdur.

Kurs Proqramı
30 bölmə
3.5 ay
86 saat
PMS 2-ci mərhələ hazırlıq üzrə Vergi Qanunvericiliyi (Vergi Məcəlləsi)
17 mövzu
56 saat
  • Ümumi müddəalar
  • Vergi ödəyicisi. Vergi agenti
  • Dövlət vergi orqanları
  • Vergi nəzarəti
  • Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət
  • Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən hərəkətsizliyindən) şikayət verilməsi
  • Vergilərin ödənilməsi üzrə ümumi qaydalar
  • Fiziki şəxslərin gəlir vergisi
  • Hüquqi şəxslərin mənfəət vergisi
  • Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr
  • Əlavə dəyər vergisi
  • Aksizlər
  • Əmlak vergisi
  • Torpaq vergisi
  • Yol vergisi
  • Mədən vergisi
  • Sadələşdirilmiş vergi
PMS 2-ci mərhələ hazırlıq üzrə Mülki Qanunvericiliyi (Mülki Məcəllə)
9 mövzu
20 saat
  • Mülki Məcəlləyə giriş, fiziki şəxslər, hüquqi şəxs anlayışı və növləri
  • Kommersiya təşkilatları, onların növləri fəaliyyəti, yenidən təşkili və ləğvi
  • Əmlak və əşya hüququna dair ümumi müddəalar, əşyaların növləri, daşınmaz və daşınar əşyalar və hüquqlara mülkiyyət hüququ
  • Əqdlər və əqdlərdə təmsilçiliklə bağlı ümumi müddəalar, əqdlərin növləri, iddia müddəti
  • Öhdəliklər haqqında ümumi müddəalar, müqavilə anlayışı, növləri, bağlanma, dəyişilmə və ləğv qaydaları, öhdəliklərin icrası və təminat üsulları
  • Müxtəlif müqavilə növlərinə dair əsas müddəalar (1-ci dərs)
  • Müxtəlif müqavilə növlərinə dair əsas müddəalar (2-ci dərs)
  • Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar, qiymətli kağızların növləri
  • Əsassız varlanma və deliktlərə dair əsas müddəalar, sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyə giriş
  • Test tapşırıqlarının müzakirəsi
PMS 2-ci mərhələ hazırlıq üzrə Əmək Qanunvericiliyi (Əmək Məcəlləsi)
4 mövzu
10 saat
  • Əmək Məcəlləsi – Ümumi normalar və iş vaxtı
  • İstirahət vaxtı və işçilərin məzuniyyət hüququ
  • Əməyin ödənilməsi normaları və işçi ilə işəgötürənin qarşılıqlı maddi məsuliyyəti
  • Digər normativ sənədlər
  • Sınaq testi
Tələblər
  • Təlim əsasən PMS imtahanına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur
  • PMS imtahanında iştirak edəcək nazmizədlərə qoyulan tələblər: ali təhsil və ya orta ixtisas təhsili + mühasibatlıq sahəsində azı 5 (beş) illik iş təcrübəsi
Müəllimlərimiz
Dərslərimiz bu sahədə kifayət qədər bilik və təcrübəyə sahib mütəxəssislər tərəfindən tədris olunur!

Tural Abbasov

Əsas Müəllim
A Kateqoriya

Yusif Hüseynov

Əsas Müəllim
A Kateqoriya

Fərid Hüseynov

Əsas Müəllim
B Kateqoriya
  • Peşəkar səviyyə
  • Kursa nələr daxildir:
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Yoxlama imtahanı Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili

Əlaqəli Kurslar

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik