İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
İS MUBS təlimi İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarının məqsədi, tətbiqi sahəsi, mühim anlayışları, o cümlədən hər bir standartın vacib nüanslarının nəzərdən keçirilməsini əhatə etməklə PMS imtahanına hazırlıqdır.
İS MUBS təlimi ərzində aşağıdakıları öyrənəcəksiniz:
- Beynəlxalq Mühasibat Uçotu Standartlarına Giriş;
- İctimai Sektorda Mühasibat Uçotunun Konseptual Əsasları;
- Maliyyə hesabatlarının təqdimatı;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər;
- Seqment hesabatları;
- Maliyyə hesabatlarında büdcə məlumatlarının təqdimatı;
- Qeyri-kommersiya əməliyyatları üzrə gəlirlər, birja əməliyyatları üzrə gəlirlər;
- Tikinti Müqavilələri;
- Ehtiyatlar, torpaq, tikili və avadanlıqlar;
- Qeyri-maddi aktivlər , investisiya mülkiyyəti;
- Maliyyə alətlərinin təqdimatı, maliyyə alətləri tanınma və qiymətləndirmə;
- Pul vəsaitləri yaratmayan aktivlərin dəyərdən düşməsi;
- Pul vəsaitləri yaradan aktivlərin dəyərdən düşməsi;
- Borclar üzrə məsrəflər, qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər;
- İcarə, xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri;
- Hesabat tarixindən sonrakı hadisələr, kənd təsərrüfatı;
- Konsolidə edilmiş maliyyə hesabatları, məzənnə (standart №13);
- Təşkilatlar üçün Hesablar Planı, təşkilatların Maliyyə Hesabatı Formaları;
- Büdcə təşkilatlarında əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq.
Təlim kimlər üçün nəzərdə tutulmuşdur?
İS üçün MUBS üzrə PMS (Peşəkar Mühasib Sertifikatı) almaq istəyən şəxslər, o cümlədən mühasibat uçotunun beynəlxalq standartları ilə yaxından tanış olmaq istəyən mühasiblər üçün nəzərdə tutulmuşdur.
Əgər PMS imtahanında uğur əldə etmək istəyirsənsə, Sən də İSMUBS təlimimizə qoşul!