Sizə illərin təcrübəsinə əsaslanmaqla təkmilləşdirdiyimiz bir modeli - 0-dan Mütəxəssis Mühasib Yetişdirmə Proqramını təklif edirik. Əgər yaşadığınız bölgədə bu proqram üzrə təlimçi olmaq və ya tədris mərkəzində bir təlim olaraq tədris etmək istəyirsinizsə, bu Françayzinq təklifimizdən Siz də faydalanın!
Françayzinq
Françayzinq bir şirkətin brendinin, şirkət texnologiyalarının, idarə etmə sisteminin istifadə edilmə hüququnu müəyyən şərtlər daxilində başqa müəssisəyə satışı və ya təklif etməsidir.
Bu hüququ verən tərəf françayzer, hüquqdan faydalanan və bunun təmin edilməsi qarşılığında ödəniş edən tərəf isə françayzi adlanır.
Françayzinq bir sistem olaraq biznesi genişləndirmək və müxtəlif sahələrdə daha yüksək tələbat səviyyəsini ödəmək üçün nəzərdə tutulmuşdur.
Françayzinq olaraq təklif etdiyimiz təlimlər
10+ il müddətində təkmilləşmiş və 4.5 ay davam edən tədris proqramı əsasında təlim keç

Mütəxəssis Mühasib Yetişdirmə Proqramı
Mühasibatlığı 0-dan, A-dan Z-yə öyrənmək üçün proqramMühasibat Uçotunun 0-dan başlayaraq mütəxəssis səviyyəsində tədrisini əhatə edən Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmi Mühasibatlıq proqramları paketi
Ətraflı baxFrançayzinq təklifi hər dərsin proqramı, tədris metodikası və texnikaları, imtahan sistemi və digər dəstəkləyici fəaliyyətləri əhatə edir.
.
.
.
.
İATM olaraq biz regionlarda praktiki mühasibatlıq kurslarını keçmək, özəl və dövlət sektorunda hesabatlılığın genişlənməsini təmin etmək üçün françayzinq xidməti göstəririk. Françayzinqdən yararlanmaq istəyən şəxslərə xidmət təsvir edilmiş müvafiq mexanizm üzrə həyata keçirilir.
-
01Müraciət
Françayzinq xidməti almaq istəyən şəxs İATM vebsayt vaitəsilə və ya ofisimizə yaxınlaşaraq bizə müraciət edir.
-
02Müqavilə
Eyni zamanda təhsil sahəsində praktiki fəaliyyətinə görə dərəcə sertifikatı (ilkin olaraq C dərəcəsindən başlamaql) almaqla fəaliyyətə başlayır.
-
03Görüş
İATM əlaqədar əməkdaşları və rəhbərlik iştirakı ilə canlı görüş keçirilərək françayzinq müqavilə şərtləri müzakirə edilir.
-
04Təlim
Françayzi nümayəndələri Mərkəzimiz tərəfindən təşkil edilən Mühasibatlıq və TOT təlimlərinə qoşula bilir.
-
05Qiymətləndirmə
Hər hansı bir fiziki şəxs İATM-in TOT təlimində iştirak edərək müəllimlik sertifikatı alır.
-
06Fəaliyyət
Korporativ formada françayzinq vermə üçün əlavə xidmət haqqı olmalıdır.
-
07Audit
Bir korporasiyanın bunu alması üçün ən azı 1 nəfər İATM sertifikatlı mütəxəssisi olmalıdır.
- Müəlliflik hüquqlarına riayət edilməsi;
- Keyfiyyətin qorunmasına zəmanət verilməsi;
- Tədris prosesinin İATM tərəfindən verilmiş tədris vəsaitləri vasitəsilə həyata keçirilməsi;
- İATM-in tədris prinsiplərinə uyğun tədrisin həyata keçirilməsi;
- Kursu bitirən tələbələrə İATM-də canlı formada həyata keçirilən son final imtahanının nəticəsinə uyğun sertifikatın verilməsi
- Pedagoji proqramın və tədris metodiki göstərişləri ilə təminat
- Müəllimlər üçün hər il (ən azı ildə 1 dəfə olmaqla təlimlərin keçirilməsi)
- Asistant müəllimlər verməkdə kömək
- Françayzilər ilə təkmilləşmə görüşləri
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.