Kitabda vergi və sığorta ödənişlərin mahiyyəti, hesablanması və uçotu məsələləri, o cümlədən hər bir verginin ayrı-ayrılıqda uçotu və hesabatlarda əks etdirilməsi, həmçinin vergi və sığorta üzrə bəyannamələrdə göstərilməsi qaydaları və sair məsələlər nəzərdən keçirilmişdir.
Sizə təqdim olunan bu kitab vergi və sığorta ödənişlərinin uçotunu asan üsulla öyrənmək və bunu vergi bəyannamələrinin tərtib edilməsində tətbiq etmək məqsədi ilə yazılmışdır.
Kitabda vergilərin bütün növləri üzrə əsas əməliyyatların uçotu və bəyannamələrdə əks etdirilməsi üsulları haqqında lazımi qədər izahatlar verilmişdir.
Nəşrimizdə aşağıdakı mövzular əhatə olunmuşdur:
=> Vergilər haqqında ilkin anlayışlar vergitutmanın prinsipləri
=> Sığorta ödəmələri haqqında ilkin anlayışlar
=> Fiziki şəxsin gəlir vergisinin və sığorta ödənişlərinin uçotu
=> Ödəmə mənbəyindən tutulan gəlir vergisinin uçotu
=> Sadələşdirilmiş verginin uçotu
=> Əlavə dəyər vergisinin uçotu
=> Mənfəət vergisinin və təxirə salınmış verginin uçotu
=> Əmlak vergisinin uçotu
=> Torpaq vergisinin uçotu
=> Mədən vergisinin uçotu
=> Yol vergisinin uçotu
=> Aksiz vergisinin uçotu