Bu kitab İSMUƏ (İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Əsasları) təlimimizin dərs vəsaiti olmaqla:
- Vəsait mühasibat uçotu, maliyyə və idarəetmə sahəsini yaxşı mənimsəmək istəyən şəxslər;
- Mühasiblər, müəssisə rəhbərləri, insan resursları menecerlər;
- İxtisası öyrənən tələbələr üçün nəzərdə tutulmuşdur.
Kitab ictimai sektorda (büdcə təşkilatlarında) mühasibat uçotunun ilkin anlayışlarını asan üsulla öyrənmək və bunu təcrübədə tətbiq edə bilmək məqsədi ilə yazılmışdır.
Nəşrimiz 2 hissədən ibarətdir: I hissə nəzəri mövzular, II hissə isə praktiki məsələlər. Kitab 13 fəsil və 9 bölmədən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:
| İctimai Sektorda (Büdcədən maliyyələşən təşkilatlarda) uçot və hesabatlığa giriş |
| İctimai Sektorda Mühasibat Uçotunun Prinsipləri |
| İctimai Sektorda Maliyyə Hesabatı Formaları və Onun Tərkib Elementləri |
| Əməliyyatların Maliyyə Bərabərliyində Qeydiyyat |
| Maliyyə hesabatı formalarının hazırlanma mərhələləri (Sınaq balansına qədər) |
| Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması |
| Sınaq balansından maliyyə hesabatlarına keçid |
| Ehtiyatların, torpaq, tikili və avadanlıqların (əsas fondların) uçotu |
| Qeyri-maddi aktivlərin və qudvilin uçotu |
| İstehsal məsrəflərinin, valyuta məzənnələrinin, İctimai sektorda vergi və sığorta ödənişlərinin uçotu |
| Təşkilatlar üçün Hesablar Planı |
| Büdcə təşkilatlarında əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları |
Həmçinin İSMUƏ (ictimai sektor) pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.
