Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
Bu təlimimiz Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (KOS üçün MHBS) əhatə etməklə PMS imtahanı üçün I mərhələyə hazırlığı əhatə edir.
KOS üçün MHBS təlimimizdə aşağıdakılarla bağlı vacib məsələlər nəzərdən keçirilir.
- Mühasibat Uçotu ilə bağlı anlayışların mahiyyəti və tətbiq qaydaları;
- Maliyyə Hesabatı formaları və onların hazırlanması qaydaları.
Təlim prosesi DİM-in proqramı və son PMS imtahanlarında düşən suallar əsasında yenidən təkmilləşdirilən tədris vəsaitimiz əsasında həyata keçirilir.
KOS üçün MHBS üzrə PMS imtahanına hazırlıq təlimində nələri öyrənəcəksiniz?
• Mühasibat Uçotu Standartlarına Giriş, maliyyə hesabatları üzrə konseptual əsaslar;
• Hesablar və ikili qeydiyyat üsulu ilə maliyyə hesabatı;
• KOS-lar üçün maliyyə hesabatı formaları və onun tərkib elementləri, KOS-larda sınaq balansından maliyyə hesabatlarına keçid;
• Maliyyə bərabərliyində əməliyyatların qeydiyyatı, hesablar və ikili qeydiyyat üsulu ilə maliyyə hesabatı formalarının hazırlanması;
• Diskontlaşdırma;
• Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin, ehtiyatların uçotu;
• Dövlət subsidiyaları;
• Aktivlərin qiymətdən düşməsi;
• Debitor borcların, ümidsiz və şübhəli borcların uçotu;
• Kreditor borcların, alınmış avansların, gələcək dövrün gəlirlərinin və s. kreditor və debitor xarakterli hesabların, valyuta məzənnələrinin uçotu;
• Maliyyə alətləri, gəlirlər;
• Mənfəət vergisi və təxirə salınmış verginin, qiymətləndirilmiş öhdəliklərin uçotu;
• Hesabat tarixindən sonrakı hadisələr, işçilərin mükafatlandırılması;
• KOS-larda PVHHH-nin hazırlanması;
• Hiperinflyasiya;
• Konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması;
• Konsolidə olunmuş mənfəət və zərərlər haqqında hesabat;
• Mühasibat Uçotu Üzrə Qanun və Qaydalar;
• KOS-lar üçün Hesablar Planı.
KOS üçün MHBS təlimi kimlər üçün nəzərdə tutulmuşdur?
- mühasiblər;
- müəssisə rəhbərləri;
- insan resursları menecerləri;
- həmçinin ixtisası öyrənən tələbələr.
Sən də KOS üçün MHBS üzrə PMS imtahanına hazırlıq təlimimizə qoşularaq PMS imtahanında uğurlu nəticə əldə et!