Praktiki Vergi Qanunvericiliyi təlimimiz əsasən Vergi Məcəlləsi olmaqla bu istiqamətdə maddələrin praktiki izahını əhatə edir.
Bildiyimiz kimi, Vergi Məcəlləsinin mürəkkəbliyi maddələri aydın başa düşməyi və təcrübədə tətbiq etməyi çətinləşdirir. Məhz bu təlimimiz Vergi Məcəlləsinin ümumi və xüsusi hissələrinin maddə-maddə şərhini əhatə edərək praktikada qarşıya çıxan nümunələr vasitəsilə tədris olunur. Bu təlimdə nəinki Vergi Məcəlləsi maddələrinə, eyni zamanda bu maddələrin əsaslandığı Nazirlər Kabinetinin müvafiq qərarlarına da baxılır.
Praktiki Vergi Qanunvericiliyi təlimində 9 növ verginin əsaslı mahiyyəti və bu vergi növləri üzrə bəyannamə tərtibi qaydaları gözdən keçirilir.
Təlimdə aşağıdakıları öyrənəcəksən:
- Vergi haqqında fundamental anlayışlar
- Vergi növlərinin mahiyyəti
- Hər vergi növünün ödəyiciləri və vergitutma obyektləri
- Vergi növləri üzrə güzəştlər və azadolmalar
- Vergilərin hesablanması və ödənilməsi qaydaları
- Hüquqi şəxslərin mənfəət vergisinin hesablanması və ödənilməsi qaydaları
- Fiziki şəxslərin gəlir vergisinin hesablanması və ödənilməsi qaydaları
- ƏDV, əvəzləşdirilməsi və onun tətbiqi qaydaları
- Vergi məcəlləsi ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar
- Sosial Sığorta haqqında Qanun
Əgər Vergi Məcəlləsi maddələrinin şərhini aydın şəkildə öyrənərək vergi və mühasibatlıq sahəsi üzrə peşəkarlaşmaq istəyirsənsə, bu təlim məhz Sənin üçündür!