İS üçün MUBS üzrə PMS (II mərhələyə hazırlıq)

İS üçün MUBS üzrə PMS ikinci mərhələyə hazırlığı əhatə edən bu təlim Vergi, Mülki, Əmək və Büdcə Qanunvericiliyinin birgə tədrisindən ibarətdir.

Təlim DİM proqramı əsasında iştirakçılara nəzəri və praktiki biliklərin çatdırılmasını özündə əks etdirir. 


Təlim aşağıdakılardan ibarətdir:

- Təlim müddətində Vergi Qanunvericiliyi təlimi ərzində Vergi Məcəlləsinin ümumi müddəaları, vergi növləri və vergilərin ödənilməsinin ümumi qaydaları kimi əsas hissələr tədris olunaraq PMS ikinci mərhələyə effektiv hazırlığı təşkil edilir.  

- Mülki Qanunvericilik təlimi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün Peşəkar Mühasib Sertifikatının əldə edilməsi üzrə imtahanın II mərhələsi üçün Mülki qanunvericilik üzrə əsas müddəalarının izahlı şəkildə çatdırılmasını, Mülki Qanunvericilik üzrə ortaya çıxa biləcək hər bir suala düzgün yanaşma metodologiyasının öyrədilməsini özündə əks etdirir.

- Əmək Qanunvericiliyi təlimi KOS-lar üçün Əmək Məcəlləsi və digər əlaqəli qanunvericilikdə nəzərdə tutulmuş mühasibatlıqla əlaqəli müddəalar tədrisi üçün nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinə giriş, əmək münasibətlərinin əsasları, əmək məcəlləsinin qüvvəsi və tətbiqinin əsasları, əmək haqqı kimi əsas hissələrin tədrisini əhatə edir.

- Büdcə Qanunvericiliyi təlimində İctimai sektorda (Büdcədən maliyyələşən təşkilatlarda) mühasibatlıq tərəfində aparılan gündəlik əməliyyatlarda tez-tez qarşılanan xərc maddəsi anlayışları, satın alınacaq malların, iş və xidmətlərin xərclərin iqtisadi təsnifatına uyğun olaraq doğru müəyyən edilərək (xərc maddələrinin təyin edilməsi) ödənişlərin həyata keçirilməsini, daha sonra isə düzgün hesablarda, yəni xərc maddələrinin iqtisadi təsnifatı ilə uzlaşan uçot hesablarında əks etdirməyi, xərclər smetasının mahiyyəti, formaları, o cümlədən büdcə proqnozlarının və onların hazırlanması qaydaları ilə bağlı vacib məsələlər nəzərdən keçirilir.


Əgər DİM proqramına uyğun şəkildə hazırlaşaraq İS üçün MUBS üzrə PMS ikinci mərhələ imtahanında uğurlu nəticə əldə etmək istəyirsənsə, Sən də təlimimizə qoşul!

 

  • Peşəkar səviyyə
  • Kursa nələr daxildir:
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Yoxlama imtahanı Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili
  • Müraciət edin
  • Sizə zəng edək
Təlim nəticəsində nə öyrənəcəksiniz:
  • Vergi Məcəlləsinin ümumi müddəaları, vergilərin ödənilməsi üzrə ümumi qaydalar

  • Mülki qanunvericiliyin obyekt və subyektləri, fiziki şəxslər və onların hüquq və fəaliyyət qabiliyyəti barəsində əsas müddəalar

  • Əmlak və əşya hüququna dair ümumi müddəalar, əşyaların növləri, daşınmaz və daşınar əşyalar və hüquqlara mülkiyyət hüququ

  • Öhdəliklər haqqında ümumi müddəalar, müqavilə anlayışı, növləri, bağlanma, dəyişilmə və ləğv qaydaları, öhdəliklərin icrası və təminat üsullarına dair əsas müddəalar

  • Əmək Məcəlləsinə giriş, əmək münasibətlərinin əsasları, əmək məcəlləsinin qüvvəsi və tətbiqinin əsasları

  • Əmək haqqı, onun tərkibi, müxtəlif şərtlərdə ödənilən əmək haqqı barədə əsas şərtlər

  • İşçi və işəgötürənlərin qarşılıqlı maddi məsuliyyəti, ziyanın hesablanması qaydası

  • Büdcə sistemi haqqında qanunvericilik, büdcə sistemi və təsnifatı

  • Dövlət büdcəsinin icrası, kassa icrası və icrası barədə hesabat, büdcə xərclərinin funksional, iqtisadi, inzibati təsnifatı

  • Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli büdcələr və büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə

4 Qanunvericilik üzrə tam Hazırlıq
  • Vergi Qanunvericiliyi
  • Mülki Qanunvericilik
  • Əmək Qanunvericiliyi
  • Büdcə Qanunvericiliyi

Bu təlim PMS imtahanı II mərhələ üzrə tam hazırlıq üçün nəzərdə tutulmuşdur.

Kurs Proqramı
30 bölmə
3 ay
92 saat
PMS 2-ci mərhələ hazırlıq üzrə Vergi Qanunvericiliyi (Vergi Məcəlləsi)
14 mövzu
48 saat
  • Ümumi müddəalar
  • Vergi ödəyicisi. Vergi agenti
  • Dövlət vergi orqanları
  • Vergi nəzarəti
  • Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət
  • Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi
  • Vergilərin ödənilməsi üzrə ümumi qaydalar
  • Fiziki şəxslərin gəlir vergisi
  • Hüquqi şəxslərin mənfəət vergisi
  • Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr
  • Əlavə dəyər vergisi
  • Əmlak vergisi
  • Torpaq vergisi
  • Mədən vergisi
PMS 2-ci mərhələ hazırlıq üzrə Mülki Qanunvericiliyi (Mülki Məcəllə)
9 mövzu
20 saat
  • Mülki Məcəlləyə giriş, fiziki şəxslər, hüquqi şəxs anlayışı və növləri
  • Kommersiya təşkilatları, onların növləri fəaliyyəti, yenidən təşkili və ləğvi
  • Əmlak və əşya hüququna dair ümumi müddəalar, əşyaların növləri, daşınmaz və daşınar əşyalar və hüquqlara mülkiyyət hüququ
  • Əqdlər və əqdlərdə təmsilçiliklə bağlı ümumi müddəalar, əqdlərin növləri, iddia müddəti
  • Öhdəliklər haqqında ümumi müddəalar, müqavilə anlayışı, növləri, bağlanma, dəyişilmə və ləğv qaydaları, öhdəliklərin icrası və təminat üsulları
  • Müxtəlif müqavilə növlərinə dair əsas müddəalar (1-ci dərs)
  • Müxtəlif müqavilə növlərinə dair əsas müddəalar (2-ci dərs)
  • Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar, qiymətli kağızların növləri
  • Əsassız varlanma və deliktlərə dair əsas müddəalar, sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyə giriş
  • Test tapşırıqlarının müzakirəsi
PMS 2-ci mərhələ hazırlıq üzrə Əmək Qanunvericiliyi (Əmək Məcəlləsi)
4 mövzu
10 saat
  • Əmək Məcəlləsi – Ümumi normalar və iş vaxtı
  • İstirahət vaxtı və işçilərin məzuniyyət hüququ
  • Əməyin ödənilməsi normaları və işçi ilə işəgötürənin qarşılıqlı maddi məsuliyyəti
  • Digər normativ sənədlər
  • Sınaq testi
PMS 2-ci mərhələ hazırlıq üzrə Büdcə Qanunvericiliyi
3 mövzu
14 saat
  • “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları (Nazirlər Kabinetinin 75 saylı Qərarı)
  • Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı (Nazirlər Kabinetinin 440 saylı Qərarı)
Tələblər
  • Təlim əsasən PMS imtahanına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur
  • PMS imtahanında iştirak edəcək namizədlərə qoyulan tələblər: ali təhsil və ya orta ixtisas təhsili + mühasibatlıq sahəsində azı 5 (beş) illik iş təcrübəsi
Müəllimlərimiz
Dərslərimiz bu sahədə kifayət qədər bilik və təcrübəyə sahib mütəxəssislər tərəfindən tədris olunur!

Tural Abbasov

Əsas Müəllim
A Kateqoriya

Yusif Hüseynov

Əsas Müəllim
A Kateqoriya

Cavid Möhbalı

Əsas Müəllim
B Kateqoriya

Fərid Hüseynov

Əsas Müəllim
B Kateqoriya
  • Peşəkar səviyyə
  • Kursa nələr daxildir:
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Yoxlama imtahanı Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili

Əlaqəli Kurslar

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik