Kitab Maliyyə Hesabatı formalarının hazırlanması üzrə biliklərini yoxlamaq və onları sərbəst şəkildə tətbiq etmək istəyənlər üçün effektiv vəsaitdir. Əlavə olaraq mühasibatlığa dair məsələlər toplusu kitabı mühasib kimi formalaşmaq istəyən şəxslər üçün istiqamətverici rola malikdir.
Kitab eyni zamanda 0-dan Mütəxəssis Mühasib Hazırlama Proqramı ərzində tələbələrin mövzuları daha dərininə anlamaları üçün istifadə olunur.
-
Maliyyə Bərabərliyində əməliyyatların əks etdirilməsi və jurnalda qeydiyyatı;
-
Sınaq Balansının (dövriyyə cədvəlinin) hazırlanması;
-
Maliyyə Hesabatı formalarının hazırlanması kimi mühasibat uçotu ilə bağlı nüanslara uyğun məsələlər, testlər və onların cavabları verilmişdir.
Kitab kimlər üçündür?
Bu vəsait mühasibat uçotu üzrə təhsil alan tələbələr, magistrlar, doktorantlar və uçotu praktikada tətbiq edən mühasiblər, maliyyə menecerləri, auditorlar, həmçinin bu sahədə tədrislə məşğul olan müəllimlər, o cümlədən ali məktəblər üçün dərs vəsaiti kimi istifadə məqsədilə nəşr edilmişdir.
Kitab hansı hissələrdən ibarətdir?
- Məsələlər toplusu - I hissə 15 fəsildə verilmiş 120-dən çox məsələdən ibarətdir. Hər fəsildə orta hesabla 6-7 məsələ və hər bir mövzu üzrə 1-2 nümunəvi məsələnin həlli verilmişdir.
- Testlər toplusu - II hissəyə 16 bölmənin hər mövzusu üzrə 15-dən çox olmaqla, ümumilikdə 300-ə yaxın test daxil edilmişdir.
- Breyn-Rinq sualları - III bölməyə Milli Mühasiblər Forumunun (MMF-in) keçirdiyi Mühasibat uçoyu sahəsində Respublika üzrə I və II Breyn-Rinq yarışmalarının sualları daxil edilmişdir.
Əsasən aşağıdakı bölmələr üzrə test və məsələlər əhatə olunmuşdur:
- Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı
- Əməliyyatların ikili yazılış üsulu ilə qeydiyyatı, ilkin sınaq balansının hazırlanması və sınaq balansından maliyyə hesabatlarına keçid
- Düzəliş qeydləri və düzəliş olunmuş sınaq balansı, müvəqqəti hesabların bağlanması və son sınaq balansı
- Ticarət əməliyyatları və malların uçotu
- Ticarətdə satılan mallarının maya dəyərinin hesablanması metodları
- Debitor borcları və ümidsiz borclar
- Qiymətləndirilmiş öhdəliklər, kreditor borcları və digər öhdəliklər
- Torpaq, tikili və avadanlıqlar, Qeyri-maddi aktivlər
- İstehsal əməliyyatları və istehsalat məsrəfləri
- Valyuta məzənnələri
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- Konsolidə edilmiş maliyyə hesabatları
- Qarışıq məsələlər
- Breyn-Rinq sualları
- Məsələlər, testlərin və Breyn-Rinq suallarının cavabları
- Kommersiya təşkilatları üçün yeni hesablar planı
Kitab 2021-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən “Peşəkar mühasib Sertifikatı" imtahanlarına hazırlıq zamanı istifadə edilə bilər. Nəşrdəki praktiki məsələ və tapşırıqlar beynəlxalq səviyyədə tanınan ACCA və CIMA kimi təşkiların sertifikatlarının əldə olunması üçün önəmli vəsaitdir. Həmçinin Beynəlxalq Mühasibat Uçotunun Əsasları (Maliyyə Uçotu) test və məsələlər kitabı pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.