Buradan Sifariş et
İSMUBS

İSMUBS

Müəllif:  Radil Fətullayev, Fərid Nuriyev

Müəllifdən:  Kitab İS üçün MUBS üzrə PMS imtahanına hazırlaşan şəxslər üçün effektiv dərs vəsaitidir.

20 AZN
  • Kitabın təsviri
  • Məhsulun detalları

Kitab İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarının (İS MUBS) məqsədi, tətbiqi sahəsi, mühim anlayışları, o cümlədən hər bir standartın əsas vacib məsələləri nəzərdən keçirilmişdir. 

 

Bu kitab və onun Məsələlər və Testlər toplusu hissəsi İS MUBS üzrə PMS ( Peşəkar Mühasib Sertifikatı) I mərhələ hazırlıq təlimimizin əsas dərs vəsaitləri olmaqla təlimdə iştirak edən tələbələrimizə hədiyyə edilir. 

 

Kitab kimlər üçün nəzərdə tutulub? 

  • İS MUBS üzrə PMS almaq istəyən şəxslər;
  • Standartlarla yaxından tanış olmaq istəyən mühasiblər;
  • Müəssisə rəhbərləri;
  • Həmçinin ixtisası öyrənən tələbələr.

 

Kitabda nələr əhatə olunub?

Nəşrimiz 2 hissədən ibarətdir:

  • I hissə standartlar üzrə nəzəri mövzular;
  • II hissə isə imtahana düşmə ehtimalı olan məsələ və tapşırıq nümunələri.

 

Kitab 25  fəsil13 bölmədən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:

  • Beynəlxalq Mühasibat Uçotu Standartlarına Giriş;         
  • İctimai Sektorda Mühasibat Uçotunun Konseptual Əsasları;
  • Maliyyə hesabatlarının təqdimatı (İSMUBS 1);
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (İSMUBS 2);
  • Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər (İSMUBS 3);
  • Seqment hesabatları (İSMUBS 18);
  • Maliyyə hesabatlarında büdcə məlumatlarının təqdimatı (İSMUBS 24);
  • Qeyri-kommersiya əməliyyatları üzrə gəlirlər (İSMUBS 23) , birja əməliyyatları üzrə gəlirlər (İSMUBS 9);
  • Tikinti Müqavilələri (İSMUBS 11);
  • Ehtiyatlar (İSMUBS 12), torpaq, tikili və avadanlıqlar (İSMUBS 17);
  • Qeyri-maddi aktivlər (İSMUBS 31), investisiya mülkiyyəti (İSMUBS 16);
  • Maliyyə alətlərinin təqdimatı (İSMUBS 28), maliyyə alətləri tanınma və qiymətləndirmə (İSMUBS 29);
  • Pul vəsaitləri yaratmayan aktivlərin dəyərdən düşməsi (İSMUBS 21);
  • Pul vəsaitləri yaradan aktivlərin dəyərdən düşməsi (İSMUBS 26);
  • Borclar üzrə məsrəflər (İSMUBS 5), qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər (İSMUBS 19);
  • İcarə (İSMUBS 13), xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri (İSMUBS 4);
  • Hesabat tarixindən sonrakı hadisələr (İSMUBS 14), kənd təsərrüfatı (İSMUBS 27);
  • Konsolidə edilmiş maliyyə hesabatları (İSMUBS 35), məzənnə (standart №13);
  • Təşkilatlar üçün Hesablar Planı, təşkilatların Maliyyə Hesabatı Formaları;
  • Büdcə təşkilatlarında əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən  amortizasiya normaları;
  • Tapşırıqlar üzrə düzgün cavablar.

 

PMS I mərhələ imtahanına hazırlaşan şəxslər effektivliyi artırmaq məqsədilə bu kitabla paralel olaraq 19 beynəlxalq standart və onlara aid məsələ və tapşırıqlaın əhatə olunduğu İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Məsələlər və Testlər toplusu vəsaitimizdən istifadə etmələri tövsiyə olunur. Həmçinin İSMUBS (ictimai sektor) üzrə PMS pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz. 
Mündəricat və nümunə bölməyə bax
PDF yüklə

Tez-tez soruşulan suallar

Kitabı necə əldə edə bilərəm?

Ofisdən əldəetmə:
Nəşrlərimizi birbaşa Tədris Mərkəzimizdən ödəniş edərək əldə edə bilərsiniz.

Ünvan: Şəhriyar k. 26 - Elmlər m/st yaxınlığı, 53 nömrəli məktəbin yanı


Poçtla çatdırılma:
Kitablar sifarişçiyə poçt vasitəsilə çatdırıla bilər. Bunun üçün siz ad, soyad və dəqiq ünvanınızı qeyd etməlisiniz. Poçtla göndərilmə zamanı ödəniş 3 AZN-dir. Ödəniş sifariş zamanı bank hesabına ödənilir. Çatdırılma müddəti məsafədən asılı olaraq dəyişir. 

Çatdırılma üçün əlaqə saxla: +99477 412 38 30 (Whatsapp aktivdir)

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik