Buradan Sifariş et
Beynəlxalq Mühasibat Uçotunun Əsasları (Maliyyə Uçotu)

Beynəlxalq Mühasibat Uçotunun Əsasları (Maliyyə Uçotu)

Müəllif:  Radil Fətullayev

Müəllifdən:  Milli təcrübəyə uyğun olaraq maliyyə hesabatı formalarının praktikada tətbiq olunan şəkildə hazırlanmasını sadə dildə öyrədən kitabdır. Nəşr mühasibat uçotunu sıfırdan başlayaraq daha asan formada öyrənmək istəyən şəxslər üçün idealdır.

25 AZN
  • Kitabın təsviri
  • Məhsulun detalları
  • Rəylər

Bu kitab Maliyyə Uçotu təlimimizin dərs vəsaiti olmaqla:

  • Maliyyə hesabatlarının hazırlanması və Təhlili;
  • Maliyyə bərabərliyi;
  • Müxabirələşmələr kimi mühasibat uçotu ilə bağlı ən vacib mövzuları əhatə edir. 

 

“Beynəlxalq Mühasibat Uçotunun Əsasları (Maliyyə Uçotu)” qısaca "BMUƏ" kitabı özündə nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsini birləşdirir. Bu baxımdan kitabdan düzgün istifadə etdiyiniz təqdirdə sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazırlamaq bacarığı formalaşacaqdır. 

 

Kitab 2009-cu ildən etibarən İATM Konsaltinq mərkəzində müxtəlif müəssisələrə mühasibatlıq xidmətlərinin göstərilməsi zamanı sınaqdan keçirilmişdir.


 

Kitab kimlər üçündür?

BMUƏ kitabı mühasibat uçotu və əlaqəli ixtisaslarda təhsil alanlar, müxtəlif müəs­­si­sələrdə mühasib kimi çalışanlar, iqtisadçılar, auditorlar, müəssisə rəhbərləri üçün nəzərdə tutulmuşdur.

 

Bəs BMUƏ kitabı nələri əhatə edir?

Nəşr 20 fəsil və 7 əlavədən ibarət olmaqla əsasən aşağıdakı bölmələri əhatə edir: 

  • Mühasibat uçotuna giriş və nəzəri-konseptual əsaslar
  • Maliyyə hesabatı formaları, tərkib elementləri və hazırlanma prosesi (Sınaq balansına qədər)
  • Əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı
  • Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması
  • Sınaq balansından maliyyə hesabatlarına keçid
  • Ticarət əməliyyatlarının və malların uçotu (fasiləsiz və dövri uçot)
  • Ehtiyatların (malların) maya dəyərinin hesablanması metodları (Specific identification, FIFO, LIFO, AVCO)
  • Debitor borclarının və ümidsiz borcların uçotu
  • Qiymətləndirilmiş öhdəliklərin uçotu və hesabatda əksi
  • Kreditor borclarının və digər öhdəliklərin uçotu
  • Torpaq, tikili və avadanlıqların (TTA-nın) uçotu və hesabatda əksi
  • Qeyri-maddi aktivlərin və qudvilin uçotu
  • İstehsal məsrəflərinin uçotu və hesabatda əks etdirilməsi
  • Valyuta məzənnələrinin uçotu və hesabatda əksi
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  • Konsolidə edilmiş maliyyə hesabatları
  • Mənfəət vergisi və təxirə salınmış verginin uçotu
  • Maliyyə hesabatının təhlili
  • Hesablar planı və hesabat formalarına aid nümunələr
  • Beynəlxalq mühasibat uçotu və hesabatına dair terminoloji lüğət
  • Bu dərs vəsaitindən hal-hazırda Respublikamızın bir sıra universitetlərində, o cümlədən Xəzər Universitetində dərs vəsaiti kimi istifadə olunur.

 

Qeyd edək ki, bu kitabdan sonra Vergi Uçotu və İdarəetmə Uçotu nəşrlərimizi oxumağınız bir mühasib kimi yetişməyinizdə Sizin üçün faydalı olacaq. Həmçinin Beynəlxalq Mühasibat Uçotunun Əsasları (Maliyyə Uçotu) pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz. 

 

Mündəricat və nümunə bölməyə bax
PDF yüklə

Tez-tez soruşulan suallar

Kitabı necə əldə edə bilərəm?

Ofisdən əldəetmə:
Nəşrlərimizi birbaşa Tədris Mərkəzimizdən ödəniş edərək əldə edə bilərsiniz.

Ünvan: Şəhriyar k. 26 - Elmlər m/st yaxınlığı, 53 nömrəli məktəbin yanı


Poçtla çatdırılma:
Kitablar sifarişçiyə poçt vasitəsilə çatdırıla bilər. Bunun üçün siz ad, soyad və dəqiq ünvanınızı qeyd etməlisiniz. Poçtla göndərilmə zamanı ödəniş 4 AZN-dir. Ödəniş sifariş zamanı bank hesabına ödənilir. Çatdırılma müddəti məsafədən asılı olaraq dəyişir. 

Çatdırılma üçün əlaqə saxla: +99477 412 38 30 (Whatsapp aktivdir)

 

Mağazadan əldəetmə:

Nəşrlərimizi mağazalardan əldə edə bilərsiniz. Mağazaların siyahısı barədə PDF -dən məlumat ala bilərisiniz. 

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik