Maliyyə uçotu kursu mühasibatlığın “əlifbası”nı əhatə etməklə sıfırdan mühasib olmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Beynəlxalq mühasibat uçotunun əsasları tədris olunan bu mühasibat kursu həm nəzəri, həm də praktiki bilikləri özündə birləşdirir.
Təlim ACCA F3 (Financial Accounting) proqramının praktiki izahını əhatə etməklə 90% real iş şəraitinə uyğun olaraq keçilir.
10 ildən çox vaxt ərzində mühasibat uçotunun konseptual əsasları tədris etdiyimiz bu təlimdə məqsəd mühasib-təlimçilərimiz tərəfindən müxtəlif bilik səviyyəsinə malik şəxslərə maliyyə uçotunu öyrətməkdir.
Bəs Maliyyə uçotu nədir?
Maliyyə uçotu - əsasən kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Belə ki, bu uçot müəssisənin maliyyə məqsədlərinə hansı səviyyədə çatdığını yoxlamaq və gələcək dövr üçün plan qurmaq üçün aparılır. Maliyyə uçotunun əsas məqsədi şirkətin aşağıdakı maliyyə hesabatlarını hazırlamaqdır:
1. Mənfəət və zərərlər haqqında hesabat;
2. Kapitalda dəyişikliklər haqqında hesabat;
3. Balans hesabatı;
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.
Maliyyə uçotu təlimimizdə bir müəssisənin maliyyə əməliyyatlarının uçotunun aparılması və sonda hesabatların hazırlanmasını öyrənəcəksən.
- Maliyyə uçotunun mahiyyəti - Beynəlxalq uçot və hesabat sisteminin məntiqini anlamaq
- Hesablar planı ilə işləmə - Müəssisədə istifadə olunan yeni hesablar planının formalaşdırılması və tətbiq edilməsi
- Müxabirələşmənin praktiki izahı - debet və kredit vasitəsi ilə əməliyyatların müxabirləşmələrini sərbəst şəkildə verilməsi
- İkili yazılış texnikası - maliyyə əməliyyatlarının ikili qeydiyyat üsulu ilə uçota alınması
- Maliyyə hesabatlarının hazırlanması proseduru - maliyyə hesabatlarının hazırlanma texnikası və şirkətin maliyyə vəziyyəti haqqında əsas nəticələrin çıxarılması, ilkin sınaq balansının tərtib edilməsi, T hesabda və jurnalda əməliyyatların qeydiyyatı
- Maya dəyərinin hesablanması - ehtiyatların (malların) maya dəyərinin hesablanmasının metodları (spesifik identifikasiya, FİFO, LİFO, AVCO)
- TTA-nın (Torpaq, Tikili və Avadanlıqlar) hərəkəti - TTA-ın ilkin dəyərinin müəyyən edilməsi və uçotu, TTA-ın amortizasiya və yenidən qiymətləndirilməsinin uçotunun aparılması
- Maliyyə əməliyyatlarının uçotunun aparılması (ticarət əməliyyatlarının, malların uçotu; debitor, kreditor, borclarının, ümidsiz borcların və qiymətləndirilmiş öhdəliklərin uçotu; istehsal məsrəflərinin uçotu; valyuta məzənnələrinin uçotu; mənfəət vergisi və təxirə salınmış verginin uçotu).
Qısa desək, təlimin əsas məqsədi maliyyə hesabatı formalarını ən sadə üsullarla hazırlamaq və əsas texnika olan hesablar ilə ikili yazılış texnikasını, debet və kredit vasitəsi ilə əməliyyatların müxabirləşmələrini sərbəst şəkildə verə bilməyi öyrətməkdən ibarətdir.
Maliyyə uçotu təlimi mühasibat uçotu, audit, maliyyə sahəsində çalışan, tədris edən və bu sahə ilə maraqlanan, həmçinin bu sahədə biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.
Əgər sən də mühasibatlıq səhəsində yenisənsə, Maliyyə Uçotu təlimimizə qoşularaq çətin və kompleks görünən mühasibat uçotunu sadə və təməlli formada öyrənməyə başla!