İctimai Sektor üçün Mühasibat Uçotu təlimimizdə:
• illik maliyyə hesabatlarını İS üçün MUBS əsasında tərtib edən digər qeyri-kommersiya təşkilatlarında;
• büdcə təşkilatlarında;
• bələdiyyə orqanlarında;
• habelə publik hüquqi şəxslərdə mühasibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanması tədris olunur.
Təlimə Kimlər qatılmalıdır?
İS MUƏ təlimi Büdcə Təşkilatlarında praktiki olaraq mühasibat uçotunun aparılması və hesabatların hazırlanmasını əhatə etməklə:
• mühasibat uçotu, maliyyə və idarəetmə sahəsini yaxşı mənimsəmək istəyən şəxslər;
• ixtisası öyrənən tələbələr;
• insan resursları menecerləri;
• müəssisə rəhbərləri;
• mühasiblər;
• bu sahədə çalışmaq istəyən şəxslər və ya yeni fəaliyyətə başlayan mühasiblər üçün nəzərdə tutulmuşdur.
Bu təlim İctimai Sektor üçün mühasibat uçotunun prinsiplərini əhatə etməklə mühasibat uçotunun əsaslarını asan üsulla öyrənmək, həmçinin bunları təcrübədə də tətbiq etmək üçün idealdır.
Bəs bu Uçotun adi Mühasibat Uçotundan fərqi nədir?
İctimai Sektor üçün Mühasibat Uçotu qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuşdur və kommersiya təşkilatları üzrə aparılan uçotdan fərqli olaraq
xərc əməliyyatları məsrəf kimi qeyd olunur və ilin sonunda məsrəflər xərc kimi göstərilir, həmçinin hesablar planı fərqlidir.
• Büdcədən maliyyələşən təşkilatlara dövlət tərəfindən maliyyələşmə açılır, yəni dövlət ilin əvvəlində təşkilat üçün müəyyən məbləğdə pul ayırır və müəssisə il ərzində bütün xərclərini bu pul hesabına qarşılayır;
• İlin sonunda qalan məbləğ dövlətə qaytarılır və qeyri-kommersiya təşkilatlarında istifadə edilmiş bu məbləğ qeyri-birja gəliri adlanır. Məhsul və xidmətlərin satılmasından əldə edilən gəlir isə birja gəliri adlanır;
• Qeyri-kommersiya təşkilatlarında dividend anlayışı yoxdur, çünki burada mənfəət bölüşdürülmür. İl sonunda kommersiya təşkilatlarında xərclər və gəlirlər ümumi mənfəətə və ümumi mənfəətdən bölüşdürülməmiş mənfəətə bağlanır;
• Büdcə təşkilatlarında məsrəflər xərcə silinir, xərc və gəlirlər ümumi mənfəətə, ümumi mənfəət bölüşdürülməmiş mənfəətə, bu isə kapital ehtiyatına silinir.
İS MUƏ təliminə qatılaraq Nə öyrənəcəksiniz?
• İctimai Sektorda (Büdcədən maliyyələşən təşkilatlarda) uçot və hesabatlığa giriş;
• İctimai Sektorda Mühasibat Uçotunun Prinsipləri;
• İctimai Sektorda Maliyyə Hesabatı Formaları və Onun Tərkib Elementləri;
• Əməliyyatların Maliyyə Bərabərliyində Qeydiyyat;
• Maliyyə hesabatı formalarının hazırlanma mərhələləri (Sınaq balansına qədər);
• Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması;
• Sınaq balansından maliyyə hesabatlarına keçid;
• Ehtiyatların, torpaq, tikili və avadanlıqların (əsas fondların) uçotu;
• Qeyri-maddi aktivlərin və qudvilin uçotu;
• İstehsal məsrəflərinin, valyuta məzənnələrinin, İctimai sektorda vergi və sığorta ödənişlərinin uçotu;
• Təşkilatlar üçün Hesablar Planı;
• Büdcə təşkilatlarında əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları.
Əgər Sən də İctimai Sektorda (Büdcə Təşkilatlarında) uçot və hesabat haqqında nəzəri və praktiki bilikləri öyrənmək və bunları təcrübədə sərbəst şəkildə tətbiq etmək istəyirsənsə, bu təlimimizə qoşul!