Vergi uçotu kursu:
Kursun məqsədi nədir?
10 ildən çox müddətdə tədris etdiyimiz bu təlimdə məqsədimiz “Vergi uçotu A-dan Z-yə” prinsipinə əsaslanaraq maliyyə və idarəetmə uçotu baza biliklərinə malik şəxslərə vergi uçotunu öyrətməkdir.
Bildiyiniz kimi, Vergi Məcəlləsi kifayət qədər mürəkkəb şəkildə yazılmış qanunvericilik aktıdır, bu səbəbdən maddələrin şərhlərini anlamadan təcrübədə tətbiq etmək də çətin olur. Həmçinin, Məcəllədə vergilərin uçotu barədə də maddələr və onların şərhi kifayət qədər sadə deyil. Buna görə də, vergilərin uçotu zamanı yarana biləcək çətinliklərini aradan qaldırmaq üçün Vergi Uçotu kursları arasında məhz bu təlimimiz Sənin üçün effektiv olacaq.
Bəs Vergi Uçotu nədir?
Vergi uçotu - vergi qanunvericiliyinə uyğun olaraq əməliyyatların uçotu və vergi orqanlarına təqdim olunacaq hesabat və bəyannamələrin hazırlanması üçündür.
Vergi uçotu təlimimizdə müəssisədə baş vermiş təsərrüfat əməliyyatlarının vergi məqsədləri üçün uçotunun aparılmasını və bunun hesabatlarda əks etdirilməsini öyrənəcəksən. Əhatəli olaraq aşağıdakıları tədris edəcəyik:
Vergi uçotu kursu kimlər üçün nəzərdə tutulub?
Vergi uçotu təlimi mühasiblər, auditorlar, vergi mütəxəssisləri, iqtisadçılar, müəssisə rəhbərləri, həmçinin bu sahəni öyrənmək istəyən tələbə, magistr, aspirant və dissertantlar üçün nəzərdə tutulmuşdur.
Ümumi olaraq desək, sən bu kursa qoşularaq hər bir vergi növünün müxabirələşmələrinin verilməsi, uçotunun aparılması və sonda vergi bəyannamələrinin BTP (bəyannamə tərtibetmə proqramı) üzərində tərtibini sadə formada öyrənəcəksən.
Düzgün vergi uçotunu aparmaq və hesabatları tərtib etməklə maliyyə sanksiyası və inzibati cərimələrdən uzaq olmaq istəyirsənsə, Sən də Vergi Uçotu təlimimizdən faydalan!