Bir çox mühasib BTP proqramında Vergi Bəyannamələrini doldurarkən çətinliklərlə üzləşir. Baçlıca səbəb isə bəyannamənin doldurulma qaydası ilə bağlı praktiki biliklərin tam olaraq formalaşmamasıdır. Bu isə sektorda bir mühasibin fəaliyyətinin davamlı olmaması üçün əsas səbəblərdən biridir. Şübhəsiz ki, heç bir müəssisə Vergi Bəyannaməsini yanlış göndərən bir əməkdaşla fəaliyyətini uzunmüddətli düşünməz.
Aşağıda qeyd edilən problemlərlə isə artıq bir çoxunuz qarşılaşmısınız:
- Mənfəət Vergisi bəyannaməsinin doldurulması;
- Gələn kameral uyğunsuzluq məktublarının cavablandırılması;
- ƏDV-də qeyri-rezident şəxslər ilə bağlı aparılan əməliyyatların göstərilməsi;
- Ödəmə Mənbəyindən tutulan Vergi (ÖMV) məbləğlərinin daxili və xarici göstərilməsi.
Elə buna görə də, Bəyannamələrin Hazırlanması Təlimi (BHT) proqramını tədris etməkdə əsas məqsədimiz mühasiblərin Vergi Bəyannamələrini doldurarkən qarşılaşdığı problemlərin aradan qaldırılmasında yardımçı olmaqdır.
Bəs Bəyannamələrin Doldurulması Təlimi necə keçirilir?
Təlimi fərqləndirən əsas xüsusiyyət sırf praktiki əsaslarla keçiriləcək olmasıdır. Necə? belə ki, təlim boyu iştirakçılara BTP proqramı nədir? Nə işə yarıyır? Hansı əməliyyatlar aparılır? kimi suallar barədə başlanğıc səviyyə biliklərdən bəhs edilməyəcəkdir. Bunun yerinə isə təlimçimiz Vergi Bəyannamələri istiqamətində:
-
mühasiblərin tez-tez qarşılaşdığı problemlərin həlli yollarını göstərəcək;
-
iştirakçıların hər bir (mühasib yoldaşların) suallarını cavablandıracaq;
-
və ən önəmlisi təlim və təlimdən sonrakı bir ay ərzində iştirakçılara Konsultasiya verəcəkdir.
Bəs təlimçimiz kimdir?
Təlimçimiz "Veysəloğlu Şirkətlər Qrupu (VŞQ)" MMC-də çalışmış və hal-hazırda "Abacus Audit And Consulting" MMC-də Audit və Beynəlxalq hesabatlılıq bölməsi meneceri kimi fəaliyyətini davam etdirən Asif Zeynalovdur. O, həm də İATM-də Mütəxəssis Mühasib Yetişdirmə Proqramı üzrə təlimlər həyata keçirir.
Təlimin faydaları nə olacaq?
Təlimi bitirən iştirakçılar:
- sektorun tələblərinə uyğun biliklərini özündə formalaşdıracaq:
- və sərbəst olaraq bir müəssisənin vergi məsələlərini apararaq əlavə gəlir qazanma şansı əldə edəcəkdir.