Bu kitab Rəsmi Mühasibatlığın Təşkili təlimimizin dərs vəsaiti olmaqla:
- Mühasibat sənədlərinin tərtib olunma qaydaları və ardıcıllığı;
- Kassa, bank, təhtəlhesab şəxslə əməliyyatların rəsmiləşdirilməsi qaydaları;
- Əmək haqqının, əsas vəsaitlərin, mal-materialların rəsmiləşdirilməsi kimi ən vacib mövzuları əhatə edir.
Kitab mühasibat uçotu üzrə mütəxəssislər, ixtisası öyrənən tələbələr, magistrlar, maliyyə menecerləri, auditlər və digər maraqlı şəxslər üçün effektiv vasitədir. Nəşrimiz bu şəxslərin virtual olaraq müəssisədə praktiki əməliyyatların içərisində hiss etməklə yanaşı, rəsmi sənədlərlə işləmək bacarığı və qabiliyyətlərini də artırmaqda mühüm rol oynayacaq.
Həmçinin, vəsaitdə işçilər və onlara ödənişlərin, malların, xammal və materialın, torpaq, tikili və avadanlıqların (əsas fondların) və s. əməliyyatların rəsmiləşdirilməsi ardıcıl olaraq əks edilmişdir.
Kitab 8 fəsildən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:
- Mühasibat sənədləşmələrinin aparılması prinsipləri
- Kassa ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi
- Təhtəlhesab şəxslərlə əməliyyatların rəsmiləşdirilməsi
- Bank hesabları ilə bağlı əməliyyatlarının rəsmiləşdirilməsi
- İşçilərə ödənişlərin rəsmiləşdirilməsi
- Malların və ticarət əməliyyatlarının rəsmiləşdirilməsi
- İstehsal əməliyyatlarının rəsmiləşdirilməsi
- Torpaq, tikili və avadanlıqların (TTA-nın) rəsmiləşdirilməsi
Kitabın məzmunu audit yoxlamaları qaydalarındakı rəsmiləşdirmə prinsiplərinə uyğun şəkildə tərtib edilmişdir. Həmçinin Kargüzarlıq pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.