Rəsmi Mühasibatlıq təlimimiz müəssisələrdə tətbiq olunan əsas mühasibat sənədlərinin tərtibi üçün lazım olan qaydaları, bu qaydaların ardıcıllığının öyrənilməsini əhatə edir. “Kassa”, “Bank”, “Təhtəlhesab şəxs”, “Debitor və kreditorlar” üzrə gündəlik baş verən əməliyyatların sənədləşməsi qaydalarını praktiki olaraq tətbiq etməklə öyrənəcəksiniz.
10 ildən çox müddətdə tədris etdiyimiz bu təlimdə məqsəd mühasibatlıqda sənədləşmə proseslərinin düzgün şəkildə həyata keçirilməsini öyrətməkdir.
Rəsmi Mühasibatlıq təlimimizdə aşağıdakıları öyrənəcəksiniz:
- Mühasibat sənədləşmələrinin aparılması prinsipləri
- Kassa ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi
- Təhtəlhesab şəxslərlə əməliyyatların rəsmiləşdirilməsi
- Bank hesabları ilə bağlı əməliyyatlarının rəsmiləşdirilməsi
- İşçilərə ödənişlərin rəsmiləşdirilməsi
- Malların və ticarət əməliyyatlarının rəsmiləşdirilməsi
- İstehsal əməliyyatlarının rəsmiləşdirilməsi
- Torpaq, tikili və avadanlıqların (TTA-nın) rəsmiləşdirilməsi
Təlimdə işçilər və onlara ödənişlər, mallar, xammal və material, torpaq, tikili və avadanlıqlar (əsas fondlar) və s. üzrə əməliyyatların rəsmiləşdirilməsi prosesləri əhatə olunur.
Təlim mühasibat uçotu üzrə mütəxəssislər, ixtisası öyrənən tələbələr, magistrlar, maliyyə menecerləri, auditlər və digər maraqlı şəxslər üçün nəzərdə tutulmuşdur.
Sən də təlimimizə qoşularaq mühasibatlıq üzrə sənədlərin düzgün şəkildə hazırlanmasını öyrən və əməliyyatların dəqiq rəsmiləşdirilməsini həyata keçir!