Buradan Sifariş et
KOS üçün MHBS

KOS üçün MHBS

Müəllif:  Radil Fətullayev, Fərid Nuriyev, Yusif Abasəlizadə

Müəllifdən:  Kitab KOS üçün MHBS üzrə PMS imtahanına hazırlaşan şəxslər üçün ideal vəsaitdir.

20 AZN
  • Kitabın təsviri
  • Məhsulun detalları

Kitabda KOS-lar üçün aparılan mühasibat uçotu ilə bağlı anlayışların mahiyyəti və tətbiq qaydaları, o cümlədən əsas maliyyə hesabatı formaları və onların hazırlanması qaydaları ilə bağlı vacib məsələlər nəzərdən keçirilmişdir.

 

Bu kitab və onun Məsələlər və Testlər toplusu hissəsi Kiçik və Orta Sahibkarlıq üçün MHBS PMS I mərhələ hazırlıq təlimimizin əsas dərs vəsaitləri olmaqla təlimdə iştirak edən tələbələrimizə hədiyyə edilir. 

 

Kitab kimlər üçün nəzərdə tutulub? 

  • Mühasiblər;
  • Müəssisə rəhbərləri;
  • İnsan resursları menecerləri;
  • Həmçinin ixtisası öyrənən tələbələr.

 


Kitabda nələr əhatə olunub?

Kitabın əsas məqsədi PMS (Peşəkar Mühasib Sertiifkatı) imtahanına hazırlıq zamanı mühasiblərə yol göstərməkdir. Kitab 26 fəsildən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:

  • Mühasibat Uçotu Standartlarına Giriş, maliyyə hesabatları üzrə konseptual əsaslar;
  • KOS-lar üçün maliyyə hesabatı formaları və onun tərkib elementləri, KOS-larda sınaq balansından maliyyə hesabatlarına keçid;
  • Maliyyə bərabərliyində əməliyyatların qeydiyyatı, hesablar və ikili qeydiyyat üsulu ilə maliyyə hesabatı formalarının hazırlanması;
  • Diskontlaşdırma;
  • Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin, ehtiyatların uçotu;
  • Dövlət subsidiyaları;
  • Aktivlərin qiymətdən düşməsi;
  • Debitor borcların, ümidsiz və şübhəli borcların uçotu;
  • Kreditor borcların, alınmış avansların, gələcək dövrün gəlirlərinin və s. kreditor və debitor xarakterli hesabların, valyuta məzənnələrinin uçotu;
  • Maliyyə alətləri, gəlirlər;
  • Mənfəət vergisi və təxirə salınmış verginin, qiymətləndirilmiş öhdəliklərin uçotu;
  • Hesabat tarixindən sonrakı hadisələr, işçilərin mükafatlandırılması;
  • KOS-larda PVHHH-nin hazırlanması;
  • Hiperinflyasiya;
  • Konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması;
  • Konsolidə olunmuş mənfəət və zərərlər haqqında hesabat;
  • Mühasibat Uçotu Üzrə Qanun və Qaydalar;
  • KOS-lar üçün Hesablar Planı.

Həmçinin KOS MHBS PMS pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz. 

Mündəricat və nümunə bölməyə bax
PDF yüklə

Tez-tez soruşulan suallar

Kitabı necə əldə edə bilərəm?

Ofisdən əldəetmə:
Nəşrlərimizi birbaşa Tədris Mərkəzimizdən ödəniş edərək əldə edə bilərsiniz.

Ünvan: Şəhriyar k. 26 - Elmlər m/st yaxınlığı, 53 nömrəli məktəbin yanı


Poçtla çatdırılma:
Kitablar sifarişçiyə poçt vasitəsilə çatdırıla bilər. Bunun üçün siz ad, soyad və dəqiq ünvanınızı qeyd etməlisiniz. Poçtla göndərilmə zamanı ödəniş 3 AZN-dir. Ödəniş sifariş zamanı bank hesabına ödənilir. Çatdırılma müddəti məsafədən asılı olaraq dəyişir. 

Çatdırılma üçün əlaqə saxla: +99477 412 38 30 (Whatsapp aktivdir)

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik