İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Əsasları

İctimai Sektor üçün Mühasibat Uçotu təlimimizdə:

  • illik maliyyə hesabatlarını İS üçün MUBS əsasında tərtib edən digər qeyri-kommersiya təşkilatlarında;
  • büdcə təşkilatlarında;
  • bələdiyyə orqanlarında;
  • habelə publik hüquqi şəxslərdə mühasibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanması tədris olunur.

 

Təlimə Kimlər qatılmalıdır?

İS MUƏ təlimi Büdcə Təşkilatlarında praktiki olaraq mühasibat uçotunun aparılması və hesabatların hazırlanmasını əhatə etməklə:

  • mühasibat uçotu, maliyyə və idarəetmə sahəsini yaxşı mənimsəmək istəyən şəxslər;
  • ixtisası öyrənən tələbələr;
  • insan resursları menecerləri;
  • müəssisə rəhbərləri;
  • mühasiblər;
  • bu sahədə çalışmaq istəyən şəxslər və ya yeni fəaliyyətə başlayan mühasiblər üçün nəzərdə tutulmuşdur.

 

Bu təlim İctimai Sektor üçün mühasibat uçotunun prinsiplərini əhatə etməklə mühasibat uçotunun əsaslarını asan üsulla öyrənmək, həmçinin bunları təcrübədə də tətbiq etmək üçün idealdır.


 

Bəs bu Uçotun adi Mühasibat Uçotundan fərqi nədir?

İctimai Sektor üçün Mühasibat Uçotu qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuşdur və kommersiya təşkilatları üzrə aparılan uçotdan fərqli olaraq

xərc əməliyyatları məsrəf kimi qeyd olunur və ilin sonunda məsrəflər xərc kimi göstərilir, həmçinin hesablar planı fərqlidir.


  • Büdcədən maliyyələşən təşkilatlara dövlət tərəfindən maliyyələşmə açılır, yəni dövlət ilin əvvəlində təşkilat üçün müəyyən məbləğdə pul ayırır və müəssisə il ərzində bütün xərclərini bu pul hesabına qarşılayır;

  • İlin sonunda qalan məbləğ dövlətə qaytarılır və qeyri-kommersiya təşkilatlarında istifadə edilmiş bu məbləğ qeyri-birja gəliri adlanır. Məhsul və xidmətlərin satılmasından əldə edilən gəlir isə birja gəliri adlanır;

  • Qeyri-kommersiya təşkilatlarında dividend anlayışı yoxdur, çünki burada mənfəət bölüşdürülmür. İl sonunda kommersiya təşkilatlarında xərclər və gəlirlər ümumi mənfəətə və ümumi mənfəətdən bölüşdürülməmiş mənfəətə bağlanır;

  • Büdcə təşkilatlarında məsrəflər xərcə silinir, xərc və gəlirlər ümumi mənfəətə, ümumi mənfəət bölüşdürülməmiş mənfəətə, bu isə kapital ehtiyatına silinir. 

 

İS MUƏ təliminə qatılaraq Nə öyrənəcəksiniz?

  • İctimai Sektorda (Büdcədən maliyyələşən təşkilatlarda) uçot və hesabatlığa giriş;
  • İctimai Sektorda Mühasibat Uçotunun Prinsipləri;
  • İctimai Sektorda Maliyyə Hesabatı Formaları və Onun Tərkib Elementləri;
  • Əməliyyatların Maliyyə Bərabərliyində Qeydiyyat;
  • Maliyyə hesabatı formalarının hazırlanma mərhələləri (Sınaq balansına qədər);
  • Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması;
  • Sınaq balansından maliyyə hesabatlarına keçid;
  • Ehtiyatların, torpaq, tikili və avadanlıqların (əsas fondların) uçotu;
  • Qeyri-maddi aktivlərin və qudvilin uçotu;
  • İstehsal məsrəflərinin, valyuta məzənnələrinin, İctimai sektorda vergi və sığorta ödənişlərinin uçotu;
  • Təşkilatlar üçün Hesablar Planı;

Büdcə təşkilatlarında əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları.


 

Əgər Sən də İctimai Sektorda (Büdcə Təşkilatlarında) uçothesabat haqqında nəzəri və praktiki bilikləri öyrənmək və bunları təcrübədə sərbəst şəkildə tətbiq etmək istəyirsənsə, bu təlimimizə qoşul!

  • Kursa nələr daxildir:
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Tədris Vəsaitləri Ödənişsiz dərs vəsaitləri ilə təminat
  • Mentor Dəstəyi Asistent təlimçilər tərəfindən əlavə dərslər və tapşırıqların yerinə yetirilməsində dəstək
  • İmtahan Sistemi Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili
  • Sertifikasiya İmtahan nəticəsinə əsasən sertifikatın verilməsi
  • Karyera Mərkəzi Seçilmiş məzunlarımızın əməkdaşlıq etdiyimiz təşkilatlarda təcrübə və real işlə təminatı
  • Müraciət edin
  • Sizə zəng edək
Təlim nəticəsində nə öyrənəcəksiniz:
  • İctimai Sektorda uçot və hesabatlığa giriş

  • Mühasibat Uçotunun prinsiplərini

  • Maliyyə hesabatı formaları və onun tərkib elementləri

  • Əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı

  • Maliyyə hesabatı formalarının hazırlanma mərhələləri

  • Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması

  • Torpaq, tikili və avadanlıqların (TTA-nın uçotu, Qeyri-maddi aktivlərin uçotu

  • Ehtiyatların uçotu

  • İstehsal məsrəflərinin uçotu

  • Valyuta məzənnələrinin uçotu

  • Vergi və sığorta ödənişlərinin uçotu

Kurs Proqramı
İctimai sektora aid müəssisələrdə (büdcə təşkilatlarında) uçotun əsas xüsusiyyətləri ; İctimai sektorda mühasibat uçotunun aparılması prinsipləri
8 mövzu
2 saat
  • Büdcə təşkilatları, onların kommersiya müəssisələrindən fərqli cəhətləri
  • Büdcə təşkilatlarında maliyyə və idarəetmə uçotu
  • Büdcə təşkilatlarında maliyyə hesabatlarının əsas elementləri
  • Büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə vəsaitinin ayrılması və icrası
  • Mühasibat uçotunun qısa tarixi, MHBS-in və İSMUBS-un formalaşma tarixi, Azərbaycanda İSMUBS-un tarixi, İSMUBS-ların siyahısı
  • Mühasibat uçotu konsepsiyasının əhəmiyyəti və tərkibi
  • Maliyyə məlumatlarının keyfiyyət xarakteristikası
  • Maliyyə hesabatının tərkib elementləri, formaları və hazırlanması prinsipləri
İctimai Sektorda Maliyyə Hesabatı Formaları və Onun Tərkib Elementləri,
9 mövzu
2 saat
  • Maliyyə bərabərliyi və onun tərkibinə daxil olan maddələr (hesablar)
  • Maliyyə bərabərliyinin formalaşmasının məntiqi əsası və onun tərkibinə daxil olan maddələrin izahı
  • Maliyyə vəziyyəti haqqında hesabatın (Balansın) forması və onu təşkil edən maddələr
  • Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, hesabatın (MFNHH-nin) forması və tərkib elementləri
  • Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat, onun forması və tərkib elementləri
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  • Standartın məqsədi, tətbiqi sahəsi, istifadə olunan əsas anlayışlar
  • Maliyyə hesabatları, komponentləri, maliyyə hesabatlarının formalarının müəyyənləşdirilməsi və maliyyə hesabatlarına izahlı qeydlər
  • Maliyyə Vəziyyəti Haqqında Hesabat
Əməliyyatların Maliyyə Bərabərliyində Qeydiyyatı
6 mövzu
2 saat
  • Əməliyyatın mahiyyəti və təsnifatı
  • Əməliyyatların maliyyə bərabərliyinə təsiri qaydaları
  • Aktivləri artıran əməliyyatların qeydiyyatı
  • Aktivlərin yerdəyişməsi ilə nəticələnən əməliyyatların qeydiyatı
  • Aktivlərin azalması əməliyyatlarının qeydiyyatı
  • Passivlərin yerdəyişməsi ilə nəticələnən əməliyyatların qeydiyyatı
Maliyyə hesabatı formalarının hazırlanma mərhələləri (Sınaq balansına qədər)
6 mövzu
2 saat
  • Hesablar və ikili yazılış metodu ilə maliyyə hesabatlarının hazırlanması qaydası
  • Hesabların mahiyyəti, təsnifatı və hesablar planı
  • Büdcə təşkilatlarında maliyyə hesabatlarının hazırlanma mərhələləri
  • T - hesabda və jurnalda əməliyyatların qeydiyyatı
  • Baş kitablara qeydin aparılması və hesabların yekununun çıxarılması
  • İlkin sınaq balansının tərtib edilməsi
Yoxlama imtahanı 1
0 mövzu
1 saat
  • Əvvəlki mövzular üzrə biliklərin yoxlanılması
Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması
6 mövzu
2 saat
  • Düzəliş qeydlərinin mahiyyəti və ictimai sektorda düzəliş qeydlərinin növləri
  • Aktivlər üzrə düzəliş qeydləri
  • Öhdəliklər üzrə düzəliş qeydləri
  • Düzəliş qeydləri ilə bağlı Nümunə məsələ
  • Son qeydlərin mahiyyəti və son sınaq balansı
  • Son qeydlərə aid Nümunə məsələ
Sınaq balansından maliyyə hesabatlarına keçid, İctimai sektorda müxtəlif tipli əməliyyatların uçotu və hesabatına aid praktiki məsələlər
5 mövzu
4 saat
  • Sınaq balansından maliyyə hesabatı formalarına keçid mərhələləri
  • Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hazırlanması
  • KDHH-nin hazırlanması
  • MVHH-nin hazırlanması
  • PVHHH-nin hazırlanması
İctimai sektorda mal-material ehtiyatlarının uçotu və maya dəyərinin hesablanması üsulları: FİFO, LİFO, AVCO və Spesifik identifikasiya metodları
6 mövzu
2 saat
  • Ehtiyatların mahiyyəti və təsnifatı
  • Ehtiyatların alışı və ilkin dəyərinin tanınması
  • Ehtiyatların qalıq dəyərinin qiymətləndirilməsi və xalis mümkün satış dəyəri
  • Ehtiyatların uçotu metodları: fasiləsiz və dövrü uçot
  • Ehtiyatların satışının və sair xaric olmasının uçotu
  • Ehtiyatların maya dəyərinin hesablanmasının metodları
İctimai sektorda valyuta məzənnələrinin uçotu
7 mövzu
2 saat
  • Valyuta məzənnəsinin mahiyyəti və ilkin anlayışlar
  • Valyuta üzrə əməliyyatların uçotunun prinsipləri
  • Valyuta üzrə əməliyyatların uçotu hansı hesablarda aparılır?
  • Xarici valyuta üzrə baş verən əməliyyatların növləri
  • Xarici valyuta mübadiləsi əməliyyatlarının uçotu
  • Xarici valyuta ilə mal və xidmətlərin alışının və satışının uçotu
  • Xarici valyuta ilə avans ödənişlərinin uçotu
Yoxlama imtahanı 2
0 mövzu
1 saat
  • Əvvəlki mövzular üzrə biliklərin yoxlanılması
İctimai sektorda uzun müddətli aktivlərin və torpaq, tikili və avadanlıqların (əsas fondların) uçotu
7 mövzu
4 saat
  • Uzunmüddətli aktivlərin mahiyyəti və təsnifatı
  • Əsas fondların (TTA-nın) alışının və ilkin dəyərinin uçotu
  • TTA-nın amortizasiyasının uçotu
  • TTA-nın təmir məsrəflərinin uçotu
  • TTA-nın balansdan silinməsinin uçotu və hesabatda əks etdirilməsi
  • Əsas fondların (TTA-nın) yenidən qiymətləndirilməsinin uçotu
  • TTA-nın hərəkəti haqqında hesabatın hazırlanması
İctimai sektorda valyuta məzənnələrinin uçotu
7 mövzu
2 saat
  • Valyuta məzənnəsinin mahiyyəti və ilkin anlayışlar
  • Valyuta üzrə əməliyyatların uçotunun prinsipləri
  • Valyuta üzrə əməliyyatların uçotu hansı hesablarda aparılır?
  • Xarici valyuta üzrə baş verən əməliyyatların növləri
  • Xarici valyuta mübadiləsi əməliyyatlarının uçotu
  • Xarici valyuta ilə mal və xidmətlərin alışının və satışının uçotu
  • Xarici valyuta ilə avans ödənişlərinin uçotu
İctimai sektorda qeyri-maddi aktivlərin uçotu
9 mövzu
2 saat
  • Qeyri-maddi aktivlərin mahiyyəti
  • QMA-nın ilkin dəyərinin müəyyən edilməsi və uçotu
  • QMA üzrə məsrəflərin kapitallaşdırılması
  • QMA-nın amortizasiyasının uçotu
  • QMA-nın balansdan silinməsinin uçotu və hesabatda əks etdirilməsi
  • Qudvilin mahiyyəti
  • Qudvilin hesablanması və uçotu
  • Qeyri-maddi aktivlərin (Qudvilin) yenidən qiymətləndirilməsi və uçotu
  • Tədqiqat və təcrübə-konstruktor işləri üzrə məsrəflər
İctimai sektorda istehsal və qeyri-istehsal məsrəflərinin uçotu və istehsal maya dəyərinin hesablanması
4 mövzu
2 saat
  • Xərclərin mahiyyəti və ümumi təsnifatı
  • İstehsalat məsrəflərinin strukturu və uçotu ilə bağlı bəzi mühasibat yazılışları
  • İstehsalat məsrəflərinin və məhsulun maya dəyərinin hesablanmasının bəzi düsturları
  • İstehsal məsrəflərinin uçotuna dair bəzi nümunələr
Yekun İmtahan
0 mövzu
2 saat
  • Tədris edilmiş bütün mövzular üzrə biliklərin yoxlanılması
İmtahan suallarının təhlili və nəticələrin müzakirəsi
0 mövzu
2 saat
Tələblər
  • Fundamental iqtisadi biliklərə malik olmaq
  • Sadə faiz, nisbət və tənasüb kimi riyazi biliklərin olması
  • Bir Büdcə Mühasibi kimi yetişmək məqsədinin olması
Müəllimlərimiz
Dərslərimiz bu sahədə kifayət qədər bilik və təcrübəyə sahib mütəxəssislər tərəfindən tədris olunur!

Radil Fətullayev

İATM Prezidenti və Ekspert Müəllimi
A+ Kateqoriya
  • Kursa nələr daxildir:
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Tədris Vəsaitləri Ödənişsiz dərs vəsaitləri ilə təminat
  • Mentor Dəstəyi Asistent təlimçilər tərəfindən əlavə dərslər və tapşırıqların yerinə yetirilməsində dəstək
  • İmtahan Sistemi Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili
  • Sertifikasiya İmtahan nəticəsinə əsasən sertifikatın verilməsi
  • Karyera Mərkəzi Seçilmiş məzunlarımızın əməkdaşlıq etdiyimiz təşkilatlarda təcrübə və real işlə təminatı

Əlaqəli Kurslar

Başlanğıc səviyyə
İdarəetmə Uçotuna Giriş
Praktiki Mühasibatlıq

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

idarəetmə uçot mühasibatlıq hesabat
0 məzun
10 mövzu
24 saat
Mütəxəssis səviyyə Ən çox satılan
Mühasibatlıq Kursu (0-dan Mühasibat Uçotu)
Praktiki Mühasibatlıq

Mühasibatlıq Kursu (0-dan Mühasibat Uçotu)

0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!

0-dan Mühasibatlıq Uçot Maliyyə Hesabatı Vergi Uçotu Vergi Bəyannaməsi Kargüzarlıq
700 məzun
33 mövzu
72 saat
Başlanğıc səviyyə Ən çox satılan
Maliyyə Uçotu
Praktiki Mühasibatlıq

Maliyyə Uçotu

Bir Mühasib Maliyyə uçotu kimi mühasibatlığın təməl biliklərini yaxşı bilməlidir. Bu təlimimizə qoşularaq “mühasibatlığın əlifbası”nı öyrən!

Hesablar planı Müxabirələşmə İkili yazılış Maliyyə hesabatı Maya dəyəri TTA-nın hərəkəti
1500 məzun
18 mövzu
36 saat
Mütəxəssis səviyyə Ən çox satılan
Vergi Uçotu
Praktiki Mühasibatlıq

Vergi Uçotu

Vergi və sığorta ödənişlərinin növlərini, uçotunun aparılmasını və vergi bəyannamələrinin tərtib edilməsini bu təlimimizdə öyrən!

Vergi Uçotu BTP Proqramı DSMF Əmək Haqqı Bəyannamə e-taxes.gov.az
900 məzun
9 mövzu
24 saat
Mütəxəssis səviyyə
Rəsmi Mühasibatlığın Təşkili
Praktiki Mühasibatlıq

Rəsmi Mühasibatlığın Təşkili

Mühasibatlıq üzrə sənədlərin düzgün şəkildə hazırlanmasını bu təlimimizə qoşularaq öyrən və dəqiq rəsmiləşdirilməni həyata keçir!

Sənədləşmə Kassa Bank Təhtəlhesab şəxs Debitor və kreditorlar Əməliyyatların rəsmiləşdirilməsi
900 məzun
6 mövzu
12 saat
Başlanğıc səviyyə
İqtisadiyyata Giriş (Mühasibatlığa İlk Addım)
Praktiki Mühasibatlıq

İqtisadiyyata Giriş (Mühasibatlığa İlk Addım)

Əgər ixtisasının iqtisadiyyat və mühasibatlıqla əlaqəsi yoxdursa (bu sahədə biliklərin 0-dırsa), Mühasib olmaq üçün bu təlimdən başla!

İqtisadi anlayışlar Müəssisə fəaliyyəti Ticarət İdxal-ixrac əməliyyatları Qiymətli kağızlar Pul
150 məzun
8 mövzu
16 saat
Peşəkar səviyyə Ən çox satılan
Praktiki Vergi Qanunvericiliyi
Praktiki Mühasibatlıq

Praktiki Vergi Qanunvericiliyi

Vergi Qanunvericiliyini bu sahə üzrə ekspertdən praktiki əsaslarla öyrənərək tətbiq etmək üçün bu təlimimizdən faydalan!

Vergi Qanunvericiliyi Vergi Məcəlləsi ƏDV Sosial Sığorta haqqında Qanun Vergi növləri
35 məzun
18 mövzu
36 saat
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik