Amortizasiya nədir və hansı metodlarla hesablanılır?

Fevral 04, 2024
21721 izlənmə
5 dəqiqə oxuma

Amortizasiya nədir?


Amortizasiya uzunmüddətli aktivə sərf edilmiş vəsaitin hissə-hissə gəlirdən çıxılmasıdır. Sadə formada desək, amortizasiya aktivin dəyərini istifadə müddəti ərzində tədricən itirməsi və köhnəlməsi deməkdir.

Nəticədə, amortizasiya hesabına kassada əlavə pul vəsaitləri toplanır ki, həmin vəsait hesabına istifadə olunan uzunmüddətli aktivin yenilənməsi mümkün ola bilər.


Uzun­müddətli maddi aktivləri amortizasiya olunma nöqteyi-nəzərindən 3 əsas kateqoriya üz­rə təsnifləşdirmək mümkündür:

 tikili, qurğu və avadanlıqlar – köhnəlir  təbii resurslar – tükənir  torpaq – köhnəlmir
  • Tikili, qurğu və avadanlıqlar kateqoriyasına bina və tikililərdən tutmuş hər cür avadanlıqlar, o cüm­lə­dən nəqliyyat vasitələri və s. daxildir. Bu cür ak­tivlər istehsal prosesində iştirak et­dikcə aşınma (depreciation) şəklində öz dəyərini is­teh­sal olunan məh­sul­la­rın üzərinə keçirir.
  • Təbii resurslara neft-qaz yataqları, filiz yataqları, mədənlər, me­şə ehtiyatı və s. daxildir. Belə aktivlərə bəzən xammal resursu ya­taqları da deyilir. Bu cür aktivlərin dəyəri resurslar kimi is­ti­fa­də olunduqca tükənir. Ona görə də təbii resursların sərfi prosesi on­ların ehtiyatının tükənməsi (depletion) kimi tanınır.
  • Yeganə uzunmüddətli aktiv olan torpaq is­ti­fa­də olunduqca öz dəyərini tam şəkildə itirmir. Zaman keçdikcə tor­pağın dəyəri bərpa edi­lir və demək olar ki, əvvəlki vəziyyətinə qa­yıda bilir. Ona görə də torpağa köh­nəlmənin hesablanması düz­gün deyildir. Yalnız il ərzində torpağa çə­kil­miş xərclər, öz də­yə­­rini məhsulun üzərinə hissə-his­sə keçirdiyi üçün amor­ti­za­siya (amortization) olu­na bilər.

Bəs amortizasiya metodları hansılardır?

Beləliklə, amortizasiya aktivin dəyərinin hissə-hissə xərc şəklində ödə­nil­məsidir. Amor­ti­za­­­­si­yanı müəyyən etmək üçün təcrübədə istifadə olunan metodlar aşağıdakılardır:

  • Düz xətt (Stright-line method) metodu;
  • Funksional (Activity Method) metodu;
  • Azalan qalıq (Reducing Balance) metodu;
  • İllərin sayının cəmi (Sum of Years Digits) metodu;

Düz xətt metodu (Stright-line method)

 

Bu metod beynəlxalq praktikada ən çox tətbiq olunan metod olub, “bərabər paylanma me­­­todu” kimi də tanınmaqdadır.

Düz xətt metodunun tətbiqi üçün 3 mühüm göstəricini bilmək vacibdir. Çünki bu göstəricilər olmasa, aktivin amortizasiyasının he­sab­lan­ması qeyri-mümkündür. Bunlar aşa­­ğıdakılardır:

1. Faydalı istifadə müddəti;

2. İlkin dəyəri;

3. Ləğvetmə dəyəri.

 

Faydalı istifadə müddəti - aktivin istehsalçısının hər hansı bir sənədində qeyd olunan, ya­xud təcrübədə aşkara çıxarılmış həmin aktivin istehlakçıya verə biləcəyi faydanın mak­si­mum müddətidir.

İlk dəyər dedikdə əsas vəsait obyektinin ti­kil­mə­si və ya əldə edilməsi, müəssisəyə gətirilməsinə, quraşdırılmasına və istifadəyə hazır və­ziy­yə­ti­nə gətirilməsinə qədər çəkilən xərclərin cəmi başa düşülür.

Ləğvetmə dəyəri aktivin faydalı istifadə müddətinin sonunda onun sa­tıl­ma­­­­sı ehtimal oluna bilən dəyəridir. Məlumdur ki, hər bir uzunmüddətli aktivin faydalı is­ti­fa­­də müddəti bitsə də onun yenə müəyyən dəyəri qalmış olur. Bu dəyərlə müəssisə onu sa­tıb pula çevirə bilər ki, mühasibatlıqda buna qalıq dəyəri də deyilir. Ləğvetmə dəyərini mü­­əssisədə iqtisadçı-menecer vəzifəsində çalışan işçilərdən biri, yaxud mühasibin özü tə­­rəfindən “bazarın araşdırılması” metodu ilə müəyyən edə bilər.

Düz xətt (bərabər paylanma) metodu ilə amortizasiya aşağıdakı düs­tur­la hesablanır (düstur 13.1.):

 

Amortizasiya

=

İlkin dəyər – Ləğv dəyəri

(13.1)

Faydalı istifadə müddəti

 

Misal.Müəssisə 25 000$ dəyərində yük avtomobili almışdır. Onun faydalı is­ti­fadə müddəti 5 ildir. Bazar araşdırması nəticəsində ehtimal olunur ki, 5 ildən sonra bu av­tomobili 5000$ qiymətinə satmaq mümkündür. Ona görə də bu avtomobilin ləğvetmə də­yə­rini əvvəlcədən 5000$ məbləğində nəzərdə tutmaq olar. Nəticədə illik amor­ti­za­si­ya ayırmaları 4000$ təşkil edəcək.

 

Misaldakı şərtlərə görə amortizasiya xərci aşağıdakı kimi olacaqdır:

 

Amortizasiya xərci

=

25 000 – 5000

=

4000 $

5 il

 

Azalan qalıq metodu (Reducing Balance)

 

Beynəlxalq təcrübədə tətbiqinə görə ikinci yerdə azalan qalıq metodu dayanır. Bu me­tod­la amortizasiyanın hesablanması avadanlığın qalıq dəyə­rin­dən sabit faiz dərəcəsinin çı­xı­lması yolu ilə müəyyən olunur. Düz xətt metodundan fərqli olaraq burada ləğvetmə də­yə­ri əvvəlcədən deyil, hesab­la­manın sonunda müəyyən edilir.

Azalan qalıq metodu ilə amortizasiyanın hesablanması metodu illər üzrə aşağıdakı düs­tu­r ilə müəyyən olunur (düstur 13.2.) :

 

I il

Amortizasiya xərci

=

İlkin dəyər

Amortizasiya norması üzrə məbləğ

=

Qalıq dəyəri

(13.2)

II il

Amortizasiya xərci

=

Qalıq dəyəri

Amortizasiya norması üzrə məbləğ

=

Qalıq dəyəri

III il

Amortizasiya xərci

=

Qalıq dəyəri

Amortizasiya norması üzrə məbləğ

=

Qalıq dəyəri

 

Düsturdan göründüyü kimi, cari ilin amortizasiya xərci ilin əvvəlinə qalıq dəyərindən amortizasiya xərcinin çıxılması yolu ilə hesablanılır. Amor­tizasiya xərci illərin sayından birbaşa a­sı­lı­dır. Faydalı istifadə müddəti nə qədər uzun olarsa, amortizasiya norması da bir o qədər aşağı olacaqdır.

 

Misal. Avadanlığın ilkin dəyəri 10 000$, faydalı istifadə müd­də­ti isə 5 ildir, onda amortizasiya norması 20% təşkil edəcəkdir. Bu halda he­sab­la­ma aşağıdakı kimi olacaqdır:

 

İllər

Amortizasiya xərci

=

Qalıq dəyəri

Amortizasiya norması

=

Son qalıq dəyəri

1-ci il

2000

=

10 000

20%

=

8000

2-ci il

1600

=

8000

20%

=

6400

3-cü il

1280

=

6400

20%

=

5120

4-ci il

1024

=

5120

20%

=

4096

5-ci il

819.20

=

4096

20%

=

3276.80

Düsturda aparılan hesablamaları aşağıdakı cədvəl vasitəsi ilə də daha aydın şəkildə təsvir etmək olar:

 

Cədvəl 13.6.1. Azalan qalıq metodu ilə amortizasiyanın hesablanması 

İllər

İlkin dəyər

Amortizasiya norması

 (20%)

Yığılmış amortizasiya

Qalıq (balans) dəyəri

1-ci il

10 000

2 000

2 000

8 000

2-ci il

10 000

1 600

3 600

6 400

3-cü il

10 000

1 280

4 880

5 120

4-ci il

10 000

1024

5904

4096

5-ci il

10 000

819.20

6723.20

3276.80

 

Düsturdan və cədvəldən göründüyü kimi azalan qalıq metodu vasitəsi ilə uzunmüddətli ak­tivin amortizasiyasını hesablayaraq xərcə silmək praktiki olaraq çox gec müddətə başa gə­lir. Çünki qalıq dəyəri kifayət qədər çox (3276.80) qalır.

Ona görə də beynəlxalq təcrübədə sürətləndirilmiş amortizasiya metodu kimi “ikiqat azalan qa­lıq metodu”ndan istifadə olunur.

İkiqat azalan qalıq metodunun məntiqi yuxarıda müəyyən olunan amortizasiya normasının ikiyə vu­­rulmasından ibarətdir. Nəticədə, alınan amortizasiya xərci iki dəfə artacaq və avadanlığın amor­tizasiya olunma müddətində qalıq dəyərinin iki dəfə azalmasına gətirib çıxaracaqdır.

 

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • binalar, tikililər və qurğular - 7%-dək;
  • maşınlar və avadanlıq - 20%-dək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası - 25%-dək;
  • nəqliyyat vasitələri - 25%-dək;
  • iş heyvanları - 20%-dək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25%-dək;
  • qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər - 20%-dək;

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

İlin sonuna əsas vəsaitlərin qalıq dəyəri aşağıdakı üsul ilə müəyyən edilir:

İlin sonuna ƏV qalıq dəyəri = İlin əvvəlinə ƏV qalıq dəyəri + cari ildə daxil olmuş ƏV dəyəri - təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan ƏV dəyəri.

 

Köhnəlmə (depreciation) əmlak, qurğu və avadanlıqların dəyərinin fay­da­lı istifadə müd­də­tinə xərclər şəklində sistematik və məqsədyönlü bölün­mə­sidir.

Tükənmə (deplation) təbii resursun dəyərinin faydalı istismar dövründə sistemli və məq­səd­yönlü şəkildə bölünərək xərcə silinməsi prosesidir.

Amortizasiya (amortization) torpağa çəkilmiş xərclərin və qeyri-maddi ak­tivin dəyərinin fay­dalı istifadə müddətinin illərinə sistemli və məq­səd­yönlü olaraq bölünərək xərcə si­lin­mə­sidir.

Aysun Bayramova
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik