Kitabda KOS-lar üçün aparılan mühasibat uçotu ilə bağlı anlayışların mahiyyəti və tətbiq qaydaları, o cümlədən əsas maliyyə hesabatı formaları və onların hazırlanması qaydaları ilə bağlı vacib məsələlər nəzərdən keçirilmişdir.
Bu kitab və onun Məsələlər və Testlər toplusu hissəsi Kiçik və Orta Sahibkarlıq üçün MHBS PMS I mərhələ hazırlıq təlimimizin əsas dərs vəsaitləri olmaqla təlimdə iştirak edən tələbələrimizə hədiyyə edilir.
Kitab kimlər üçün nəzərdə tutulub?
- Mühasiblər;
- Müəssisə rəhbərləri;
- İnsan resursları menecerləri;
- Həmçinin ixtisası öyrənən tələbələr.
Kitabda nələr əhatə olunub?
Kitabın əsas məqsədi PMS (Peşəkar Mühasib Sertiifkatı) imtahanına hazırlıq zamanı mühasiblərə yol göstərməkdir. Kitab 14 fəsildən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:
- "Maliyyə hesabatlarının təqdim edilməsi" adlı Bölmə 3
- "Maliyyə Vəziyyəti Haqqında Hesabat" adlı Bölmə 4
- "Məcmu Gəlir və Mənfəət (Zərər) və Bölüşdürülməmiş Mənfəət Haqqında Hesabat" adlı Bölmə 5
- "Kapitalda Dəyişikliklər və Mənfəət (Zərər) və Bölüşdürülməmiş Mənfəət Haqqında Hesabat" adlı Bölmə 6
- "Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat" adlı Bölmə 7
- "Maliyyə hesabatlarına dair qeydlər" adlı Bölmə 8
- "Ehtiyatlar" adlı Bölmə 13
- "Torpaq, tikili və avadanlıqlar" adlı Bölmə 17
- "İnvestisiya Mülkiyyəti" adlı Bölmə 16
- "Dövlət Subsidiyaları" adlı Bölmə 24
- "Borclar üzrə məsrəflər" adlı Bölmə 25
- "Aktivlərin qiymətdən düşməsi" adlı Bölmə 27
- "Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatları" adlı Bölmə 9 (Maliyə Vəziyəti Haqqında Hesabat)
- "Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatları" adlı Bölmə 9 (Mənfəət (Zərər) və Bölüşdürülməmiş Mənfəət Haqqında Hesabat)