1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Müasir dövrdə mühasibatlıq sektorunda əsas tələb olunan proqramlardan biri 1C 8.3 proqramıdır. Belə ki, bir çox müəssisələrin mühasiblərə qoyduğu vacib tələblərdən biri bu proqramda uçotun aparılmasını bilməkdir.
Bəs 1C 8.3 proqramı nədir?
Bu proqram təminatı mühasibatlıq hesabat sistemidir. Başqa sözlə, bir mühasibin köməkçi vasitəsidir. Həmçinin onu mühasibin uçotlar toplusu da adlandırmaq olar.
Daha da anlaşıqlı olması üçün gəlin bir Nümunəyə nəzər salaq:
Tutaq ki, Siz 'Elegant' MMC-də mühasibsiniz və sahibkar sizdən 'İATM' MMC-ə nə qədər borcunuzun (kreditor borcu) olduğunu soruşur. Bu zaman siz yenidən bir-bir uçotlara, hesablara ayrı-ayrılıqda baxmaq məcburiyyətində qalmırsınız. Sadecə olaraq 1C proqramını açırsınız və birbaşa uçotlar gözünüzün qarşısında olur.
Demək ki, proqram əsas məqsədi müəssisədə mühasibat və idarə etmə uçotunu həmçinin iqtisadi və təşkilati fəaliyyətlərin avtomatlaşırılması başqa sözlə komputerləşdirilməsidir. Proqram təminatının əsas xüsusiyyətlərinə mühasibat uçotu, vergi idarəçiliyi, müştəri münasibətlərinin idarə edilməsi, istehsalın planlaşdırılması və nəzarəti, satışın idarə edilməsi və ehtiyatların idarə edilməsi daxildir. Qeyd edək ki, bu proqram əsasən MDB ölkələrində istifadə olunur.
Bəs üstünlükləri nələrdir?
Gəlin bu proqramın istifadəsinin mühasibə nə kimi üstünlüklər verdiyinə nəzər yetirək:
İstifadəsi asandır | İstifadəsi asan interfeysə malikdir və ona görə də yeni istifadəçilər asanlıqla öyrənilə bilər. |
Uyğunluq | Biznes ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər. Beləliklə, müəssisələr proqram təminatını ehtiyaclarına uyğun olaraq fərdiləşdirə bilərlər. |
Geniş funksiyalar | Mühasibat uçotunun idarə edilməsi, satışın idarə edilməsi, ehtiyatların izlənməsi, istehsalın idarə edilməsi, logistikanın idarə edilməsi, əmək haqqının idarə edilməsi və bir çox başqa funksiyaları əhatə edir. |
Yüksək məhsuldarlıq | Tez və səmərəli işləyir və böyük həcmdə verilənləri idarə etmək qabiliyyətinə malikdir. |
Etibarlı və təhlükəsiz | 1C etibarlı və təhlükəsiz proqram platformasıdır. Yeniləmə prosesləri müntəzəm olaraq həyata keçirilir və boşluqlar tez bir zamanda aradan qaldırılır. |
1C proqramı tam olaraq hansı mövzuları əhatə etdiyini, bir mühasibin bu proqramı öyrənmək üçün nə qədər zamana ehtiyacı olduğunu bilmək üçün 1C 8.3 təlim proqramına nəzər yetirə bilərsiniz.
Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı
1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!
İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.
Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.