Nəşrimizdə idarəetmə uçotunun məqsəd və vəzifələri, həmçinin xərc və məsrəfin mahiyyəti, təsnifatı, maya dəyərinin hesablanması metodları, material, əmək və dolayı istehsal məsrəflərində əks etdirilməsi yolları, o cümlədən sifariş metodu (job costing), mərhələ metodu (proses costing), fəaliyyət metodu (abc costing), normativ metodları (standard costing) haqqında praktiki məsələlər qısaca nəzərdən keçirilmişdir.
Nəşr maliyyəçi və qeyri-maliyyəçilərin düzgün idarəetmə qərarlarının verilməsi zamanı idarəetmə uçotu informasiyasından düzgün istifadə yollarının mənimsənilməsi üçün ideal vəsaitdir.
Kitab əsasən istehsal müəssisələrində çalışan mühasiblər və bu sahədə fəaliyyət göstərməyi planlaşdıran şəxslər üçün idealdır.
Kitab 12 fəsildən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:
• Biznes mühiti və idarəetmə uçotu haqqinda ilkin anlayişlar
• Xərclərin mahiyyəti və təsnifati
• İstehsal və qeyri-istehsal xərclərinin (məsrəflərinin) uçotu qaydasi
• İstehsalatda məhsulun maya dəyərinin hesablanmasi metodlari
• Xammal-material məsrəflərinin maya dəyərində əks etdirilməsi metodlari
• Əmək məsrəflərinin hesablanmasi, uçotu və maya dəyərində əks etdirilməsi metodlari
• Dolayi istehsal məsrəflərinin uçotu və maya dəyərində əks etdirilməsi metodlari
• Maya dəyərinin hesablanmasinin sifariş (job order costing) metodu
• Maya dəyərinin hesablanmasinin mərhələ (process costing) metodu
• Maya dəyərinin fəaliyyətə əsaslanan hesablama (FƏH) metodu (Active-Based Costing
• Maliyyə planlamasi və büdcənin hazirlanmasi
• İstehsal əməliyyatlarinin rəsmiləşdirilməsi
Həmçinin İdarəetmə Uçotuna giriş test və məsələlər pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.