1C 8.3 Proqramı üzrə təlimimiz bu proqramda "Mühasibat Modulu"nun Azərbaycan dilində tam tədrisini əhatə edir. 1C 8.3 proqram təminatı ilə həm onlayn, həm də əyani formada həyata keçirilən bu dərslərimizdə mühasibatlıq əməliyyatları proqram üzərində praktiki şəkildə tədris olunur.
Son dövrdə mühasiblər üçün vacib tələblərdən biri 1C Mühasibat Proqramında uçotun aparılmasını bilməkdir.
Bəs 1C proqramı nədir?
1C Proqramı mühasibatlıq hesabat sistemidir. Proqram vasitəsilə müəssisələrin uçot prosesləri avtomatlaşdırılır.
Təlim ərzində aşağıdakı əməliyyatları 1C 8.3 Proqramı üzərində icra etməyi öyrənəcəksiniz:
- 1C 8.3 ilkin anlayışların izahı
- Kassa mədaxil və məxaric əməliyyatları
- Bank mədaxil və məxaric əməliyyatları
- Alış əməliyyatı və alınmış malın geri qaytarılması əməliyyatı
- Satış əməliyyatı və satılmış malın geri qaytarılması əməliyyatı
- İşçilər və Əmək haqqı üzrə əməliyyatlar
- ƏDV reqlament və Ayın bağlanması əməliyyatları
- 1C 8.3-də Hesabatlar
Təlim 1C Mühasibatlıq proqramında istifadə edərək müxtəlif mühasibatlıq əməliyyatlarının icrasını öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Sən də mühasib olmaq yolunda daha da təkmilləşmək istəyirsənsə, 1C 8.3 Proqramı təlimimizə qoşul!