Kitab İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə PMS (İS üçün MUBS) I mərhələ təliminin dərs vəsaiti olmaqla Dövlət İmtahan Mərkəzinin Peşəkar Mühasib Sertifikatı imtahanı üçün təklif etdiyi proqram əsasında hazırlanmışdır.
Vəsait 2 hissədən ibarətdir:
- I hissə test tapşırıqları;
- II hissə isə imtahana düşmə ehtimalı olan məsələlər.
Kitabda nələr əhatə olunub?
Kitab 13 fəsildən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:
- Maliyyə hesabatlarının təqdimatı (İSMUBS 1);
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (İSMUBS 2);
- Ehtiyatlar (İSMUBS 12);
- Torpaq, tikili və avadanlıqlar (İSMUBS 17);
- Qeyri-maddi aktivlər (İSMUBS 31);
- Qeyri-birja gəlirləri (İSMUBS 23);
- Birja gəlirləri (İSMUBS 9);
- Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər (İSMUBS 3);
- İnvestisiya mülkiyyəti (İSMUBS 16);
- Tikinti müqavilələri (İSMUBS 11);
- Seqment hesabatları (İSMUBS 18);
- Maliyyə hesabatlarında büdcə məlumatlarının təqdimatı (İSMUBS 24).
Həmçinin İSMUBS (ictimai sektor) üzrə PMS test və məsələlər pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.