Beynin İki Fərqli Öyrənmə Rejimi: Fokuslanmış və Dağınıq

Aprel 02, 2025
149 izlənmə
4 dəqiqə oxuma
Yəqin ki, hər biriniz “qadınların beyni necə işləyir?”, yaxud “kişilərin beyni necə işləyir?” kimi başlıqları olan kitab və yazılarla qarşılaşmısınız. Bu yazıda isə mən sizə hər birimizin beyninin öyrənmə prosesində necə işlədiyi ilə bağlı məlumat paylaşacağam. Belə ki, beyin iki fərqli rejimdə öyrənir: biri fokuslanmış rejim, digəri isə dağınıq rejim.

Başda valideynlərimiz və müəllimlərimiz olmaqla, bizə dərs çalışmağı tövsiyə edənlər bizim sakit bir otaqda kitabın başında bütün diqqətimizlə kitaba yönəlməyimizi istəyirlər. Həmin o rejim, beynin öyrənmə rejimlərindən birincisi, yəni fokuslanmış rejimdir. Ancaq bilinən əksinə, beyin sadəcə fokuslanmış rejimdə öyrənmir. O həm də bizə "bəsdir oynadın, boş-boş gəzdin, gəl dərs çalış" deyib bizi çağırdıqları oyun və sərbəst gəzmə zamanı da öyrənir. Hətta ən yaxşı öyrəndiyi vaxtlardan biri biz yatarkən olan öyrənməsidir. Beynin biz oynayarkən, gəzərkən və yatarkən öyrənməyinə isə dağınıq rejimdə öyrənmə deyilir.

Mən də bu yazımda sizə bu rejimlərin xüsusiyyətləri, necə daha effektiv istifadə edilə biləcəkləri, hansı metodlardan istifadə edə biləcəyimiz, hansı mobil tətbiqin köməyimizə çatacağı kimi məlumatlardan bəhs edəcəyəm inşallah.


Gəlin mövzuya bu rejimlərin funksiyasını açıqlayaraq başlayaq. Beyin əvvəlcə bir məlumatı fokuslanmış rejimdə öyrənir. Daha sonra isə fokuslanmış rejimdə öyrəndiklərini sərbəst, yəni dağınıq rejimdə yerləşdirir. Çünki beynimizdə yaddaşla bağlı müvəqqəti yaddaş və daimi yaddaş deyə iki hissə var. Bizim təzə öyrəndiyimiz məlumatlar beynin müvəqqəti yaddaşında qeyd olunur. Daha sonra isə təkrar və praktika ilə həmin məlumatlar daimi yaddaşa ötürülür. Beynin sərbəst rejimdə çalışması bu prosesə ciddi dəstək göstərir. Beynimiz bir məsələyə fokuslanmayıb, düşüncələr arasında gəzinərkən müxtəlif əlaqələr quraraq yeni öyrəndiyimiz məlumatları əvvəlki biliklərimizlə birləşdirir. Beləcə yaranan əlaqələrlə yeni öyrəndiklərimiz müvəqqəti yaddaşdan qalıcı yaddaşa keçir. Ona görə də sərbəst rejimi kiçik görməmək və fokuslanmış rejimdə çalışmaqla bərabər mütləq gəzmək, yatmaq, hətta boş-boş oturmağa da vaxt ayırmağımız lazımdır ki, səmərəli öyrənmə baş tutsun.


Fokuslanmış Rejimi Necə Effektiv İstifadə Edə Bilərik?

Çalışacağınız mövzunu əvvəlcədən təyin edin ki, “nə çalışacam?” deyə vaxt itirməyəsiniz. Məsələn, səhər çalışacağınız mövzunu axşam yatmazdan qabaq təyin edin. Bu, yuxudan qalxarkən daha rahat və motivasiyalı qalxmağınıza kömək edəcək.
Çalışma yerinizi düzgün seçin. Çalışdığınız mühit (bu otaq, ofis, açıq hava və s. ola bilər) havası təmiz, sakit, səs-küydən uzaq, işıqlı və çalışma üçün lazımi vəsaitlərə sahib olsun.
Çalışacağınız yerdə çalışma zamanı sizə lazım ola biləcək hər şeyi yanınıza qoyun. Əks təqdirdə, çalışma əsnasında lazım olan əşyanı götürmək üçün yerinizdən qalxmalı olacaqsınız və bu da sizin diqqətinizin dağılmasına səbəb olacaq.
Diqqətinizi dağıtma ehtimalı olan hər şeyi masanızdan, hətta mümkünsə otağınızdan uzaqlaşdırın. Mesajlar üçün belə olsa, telefona baxmayın.
Çalışacağınız mövzuları prioritetləşdirin və nə qədər çətin görünsə də ən əhəmiyyətli olanla başlayın.
Başqa mövzu ilə bağlı ağlınıza nəsə gələndə, daha sonra baxmaq üçün qeyd dəftərinə qeyd edin. Beləcə həm diqqətinizi həmin mövzu ilə dağıtmayacaq, həm də onu unutmamış olacaqsınız.
Əlinizdən gələnin ən yaxşısını edin və önünüzə baxın. Mükəmməllikdən qaçının.

Sərbəst Rejimi Necə Effektiv İstifadə Edə Bilərik?

  1. Öyrənmə prosesinə mütəmadi fasilələr verin.
  2. Fasilə zamanı mümkün qədər sosial medyada gəzinməyin.
  3. Hərəkət edin, gəzinin. Bir yerdə sabit qalmayın.
  4. Söhbət edin.
  5. Heç bir şey etməyin.
  6. Gün ərzində 30 dəqiqəni keçməyəcək şəkildə yatın. Yuxulamaq şərt deyil. Gözünüzü yumun və yatış rejiminə keçin.
  7. Oyun oynayın.
  8. Ağlınıza gələnləri qeyd edin. Qətiyyən sərbəst rejimdə ağlınıza gələnləri qeyd etmədən sonraya saxlamayın. Mütləq qeyd edin.
  9. Hər iki rejimdə üzərinizdə daşıdığınız qeyd dəftəriniz olsun.

Hansı Metoddan İstifadə Edək?

Hər iki rejimi də aktiv istifadə etmək üçün Pomodoro metodundan istifadə edə bilərik. Belə ki, Pomodoro metodu bizə 25 dəqiqə çalışmağı, 5 dəqiqə isə istirahət etməyi təklif edir. Bu metodla əlaqəli bilməli olduğumuz bəzi məqamlar var:

Bu metoda görə 25 dəqiqə çalışın, 5 dəqiqə fasilə verin. 4 Pomodoro dövründən sonra daha uzun, 20-25 dəqiqəlik fasilə verin.
Bu metod nisbidir. Yəni hər kəs 25/5 çalışacaq deyə bir şərt yoxdur. Hər mövzu üçün 25 dəqiqəlik bir diqqət kifayət etməyə bilər. Siz özünüzə uyğun zaman bölgüləri yaradın. Çünki bu cür bir metod seçmək və bu şəkildə çalışmaq daha effektivdir. Məsələn 50/10 da çalışsanız, olar. Sadəcə olaraq bunu sistemləşdirin.
İstirahəti aktiv edin. Yuxarıda sərbəst çalışma hissəsinə baxın.
 

Hansı Mobil Tətbiqdən İstifadə Edə Bilərik?

Vaxtı və telefonumuzu düzgün idarə edə bilmək, çalışma və istirahətimizin statistikasını çıxara bilmək və bunu əyləncəli bir hala çevirmək üçün Forest tətbiqi çox əlverişlidir. Belə ki, proqramın pullu versiyası olsa da, əksər funksiyalarından ödənişsiz istifadə edə bilərsiniz. Hansı fəaliyyətlə məşğulsunuzsa, ona uyğun kateqoriya seçə bilirsiniz. Beləcə hansı işlə nə qədər məşğul olduğunuzun statistikasını görə bilərsiniz. 10 dəqiqədən 120 dəqiqəyə qədər vaxt aralıqları təyin edə bilərsiniz. Vaxt qurtaranda proqram özü sizə xəbər verir. Beləcə gözünüz saatda qalmır. Tətbiqin ən sevdiyim tərəfi isə meşəyə ağac əkmək və proqramdan ayrıldığınız zaman ağacı qurutmaq funksiyasıdır. Belə ki, siz proqramda mövcud olan müxtəlif növ ağaclardan seçir və onu virtual (tətbiqin sizə məxsus hazırladığı) meşəyə əkirsiniz. Ağac, siz proqramda çalışma rejimində işləyərkən yetişir.  Əgər çalışmanı yarımçıq saxlasanız, yaxud çalışma əsnasında tətbiqdən uzun müddət ayrılsanız, ağacınız quruyur.  Və meşənizdə qurumuş ağaclar olur. Bu ağacları meşədən qaldırmaq üçün də qazandığınız çalışma ballarından istifadə etməlisiniz. Hansı ki, onlarla yeni daha müxtəlif ağac növlərinin və müəyyən funksiyaların kilidini də aça bilərsiniz. Tətbiqdən bu qədər danışmaq məncə kifayətdir. Endirin və yoxlayın. Həm çalışın, həm əylənin, həm də günlük, həftəlik, aylıq və illik çalışma statistikanızı çıxarın.


Bu günlük bu qədər. Ümid edirəm ki, bu yazı sizin üçün faydalı olacaq. Yazıda bəhsedilənlər və daha çoxu üçün TOT təlimimizdə iştirak edə bilərsiniz.

 

Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları