Andraqogika – Böyüklərin öyrənmə prinsipləri nədir?

Yanvar 27, 2025
122 izlənmə
3 dəqiqə oxuma

İnsan övladı ana rəhmindən etibarən öyrənməyə başlayır və bu proses ölənə qədər də davam edir. Sanki ana rəhmində necə öyrənir ki? Deyə zehnində sual yarananlar var. İnanın çox uzun yazmağa fürsətim olsaydı ana rəhmindən də o tərəfə gedər və bunu elmi araştırmalarla əsaslandırardım. Ancaq mövzumuz bu deyil. Qayıdaq öyrənməyə. Deməli, biz öyrənmə ilə bağlı daha çox pedaqogika kəliməsini eşitmişik. Bəs kim deyər pedaqogika nə deməkdir? Xeyr, gəlin sualı dəyişək. Uşaqların öyrənməsi ilə böyüklərin öyrənməsi və öyrədilməsi eyni əsaslara dayanır? Bax bu maraqlı sualdır. Xeyr, eyni əsaslara dayanmır. Və hətta bunu iki fərqli elm sahəsi öyrənir. Belə ki, uşaqların öyrənməsi ilə maraqlanan elm çoxumuzun adını bildiyi pedaqogikadır. Böyüklərin öyrənməsi ilə maraqlanan elm sahəsi isə andraqogika adlanır. 


Bu yazımızda pedaqogika ilə andraqogikanın 5 fərqini sizə izah etməyə çalışacam. Gəlin əvvəlcə ağlınızdaki sualı cavablandıraraq başlayaq. Pedaqogika və andraqogika hansı yaş dövrlərinə görə ayrılır. Uşaq kimdir? Yetişkin kimdir? Belə ki, ümumi olaraq 0-18 yaş aralığı pedaqogikanın sahəsinə daxildir. 18+ isə andraqogikanın. Ancaq sərbəst öyrənmə və tənqidi düşüncə kimi bacarıqlarıını inkişaf etdirən bir gənc 18 yaşından əvvəl də andraqogikanın maraq dairəsinə girə bilər. Bəziləri isə özlərini heç cürə inkişaf etdirmək istəmədikləri üçün ölənə qədər pedaqogikada qala bilərlər. Son cümlə zarafat idi. Acı sözü başqa necə deyəsən?!.) Yaxşı, keçək 5 fərqə. Onu da qeyd edim ki, fərq sadəcə bu beş maddədən ibarət deyil. Sadəcə bu yazımızda 5-indən danışacağıq ki, mövzu ilə bağlı sizdə bir fikir formalaşsın.

  1. Təcrübə: Uşaqlarda təcrübə yoxdur və var olan təcrübələri də onların öyrədilməsi prosesində çox ciddiyə alınmaz. Uşaqlara mövzu sıfırdan öyrədilər. Böyüklər isə təcrübəlidir və təcrübələri öyrənmə prosesində qaynaq olaraq dəyərləndirilir. Üstəlik təcrübəsini nəzərə almadığınız yetişkin sizinlə iş birliyi etmir və belə olan zaman da siz lazımi öyrənmə mühitini qura bilmirsiniz.
  2. Aktuallıqla əlaqəsi: Uşaqlar məlumatları daha sonra işlətmək üçün öyrənirlər. Bəlkə illər sonra, bəlkə də xəyal dünyasında. Amma böyüklər belə deyil. Onlar nəsə öyrənirlərsə, bunu dərhal işlətmək üçün öyrənirlər. Məsələn riyaziyyat öyrənən uşaq bunu (imtahanlar xaricində) hansısa zəruri ehtiyacda və tətbiq etmə arzusu ilə öyrənməz. Ancaq mühasibatlıq öyrənən yetişkin öyrənən kimi mühasib işləmək, yəni öyrəndiklərini tətbiq etmək üçün öyrənər.
  3. Planlama və ehtiyacların təsbiti: uşaqların tədrisində planlama və ehtiyacların təsbiti müəllim (yaxud, sistem) tərəfindən təyin edilir və uşaqlarla bu barədə məsləhət edilmir. Yetişkinlərdə isə bu ehtiyac analizi, müsahibə və s yollarla ehtiyac təsbit edilir və vaxt, resurs kimi şeylər nəzərə alınıb birgə hazırlanır. Bəlkə bir masada oturub proqram hazırlamırlar, ancaq proqram hazırlayarkən böyüklər dolayı yolla da olsa, prosesin bir parçası olurlar.
  4. Dərsin dizaynı: uşaqlarda dərsin dizaynı mövzulara görədir. Təyin edilən mövzunun öyrənilməsinöə fokuslanır. Böyüklərdə isə bu ehtiyaca görədir və böyüklərin probleminə fokuslanır. Bütün mövzu yox, həmin mövzuda yetişkinlərin problem yaşadıqları nöqtələr üzərində dayanılır.
  5. Motivasiya: uşaqlar öyrənərkən xarici motivasiyalarla (məsələn, valideynin gözləntisi, qiymət və s.) öyrənirlər. Böyüklər isə daxili motivasiya ilə (hədəfə çatmaq, kariyera, inkişaf və s.) öyrənirlər. Qiymət, sertifikat və bənzəri şeylər onlar üçün ikinci dərəcəlidir.

Bəli, beləcə gəldik bu günkü yazının sonuna. Ümid edirəm ki, andraqogikanın nə olduğunu və onun pedaqogikadan fərqini sizə çatdıra bildim. Bu mövzuda daha dərin və praktiki məlumatlar üçün “Müəllim yetişdirmə proqramı”mıza gələ bilərsiniz. Sağolun, gələn görüşlərədək. 

 

Yusif Ədilzadə Təlimçi və Kouç
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik