Təlimçilər üçün Təlim (TOT) təlimçi olmaq istəyən hər bir şəxs üçün nəzərdə tutulmuşdur. Proqram bir təlimçiyə auditoriyanı ələ ala bilmək üçün lazım olan bilik və bacarıqların tədrisini özündə əks etdirir.
Proqram nitq bacarıqlarının inkişafı, həyəcanın idarə edilməsi, təlimin düzgün formada planlaşdırılmasını tam əhatə edir. Təlimi bitirdiyiniz zaman sertifikatla təmin olunacaq və bu sertifikat vasitəsilə fərdi/qrup halında təlimlər həyata keçirə, sərbəst formada təlimçilik fəaliyyətilə məşğul ola bilərsiniz.
Təlim ərzində aşağıdakıları öyrənəcəksiniz:
=> Nitq bacarıqlarının inkişafı
=> Mövzuya düzgün giriş etmək və mövzu barədə maraq yaratmaq (mövzunun nə dərəcədə zəruri və faydalı olmasını, günün tələbinə uyğun maraq doğurmasını göstərmək)
=> Çıxışın sərbəst və əmin aparılması (həyəcanın idarə olunması)
=> Mövzuya hakim olmaq və səlis izahlı nitq qabiliyyəti
=> Zalı ələ alma bacarığı (diqqət yönləndirmə)
=> İnteraktiv təlim aparma bacarığı (zala müraciət, sual-cavab, zal ilə sona qədər bərabər çalışmaq)
=> Bədən dilindən düzgün istifadə (jestlər, mimikalar)
=> Mövzunu düzgün yekunlaşdırma qabiliyyəti
=> Təlimçinin ümumi davranışı (Peşəkar geyim, stresin idarə olunması, auditoriyaya yanaşma, yumor hissi, inamlı danışmaq, mərhəmət duyğusu, gülərüzlülk, hazırcavablılıq və s.)
Praktiki Daxili Audit Kursu
Daxili Audit prosesinin mahiyəti, necə həyata keçirilməsi və hesabatların hazırlanması ilə bağlı praktiki bilikləri bu təlimdən əldə edəcəksiniz!