Mühasibin Əsas Vəzifələri Nələrdir?
Mühasibat uçotu – müəssisənin maliyyətəsərrüfat fəaliyyətində baş verən dəyişikliklər (əməliyyatlar) haqqında məlumatların toplanıb yığılması, dürüstlüyünün təsdiq edilməsi, təhlil edilib nəticələr çıxarılması, o cümlədən qruplaşdırılaraq ümumiləşdirilməsi və sonda əldə edilən nəticələrin hesabat şəklində lazımi istifadəçilərə çatdırılmasıdır. Buna görə də mühasibat uçotuna çox vaxt biznesin rəqəmlər vasitəsilə idarə olunması da deyirlər.
Bəs mühasiblər hansı vəzifələri yerinə yetirirlər?
Mühasib əməliyyatları qeyd edib saxlamaqdan (book keeping) çox maliyyə hesabatının hazırlanması, maliyyə məlumatlarının işlənib hazırlanması və açıqlanması ilə məşğul olur. Bundan əlavə ümumi hesablamalar, vergi ödəmələri üçün lazımi hesabatlar, büdcə tərtib etmə və nəzarət sisteminin qurulması, araşdırmalar və s. hamısı mühasibatlığın predmetinə daxildir.
Beləliklə, mühasibin qarşısında duran gündəlik vəzifələr aşağıdakılardır:
- öhdəliklərin (kommunal xərclər, icarə haqqı və s.) vaxtında ödənilməsi;
- vergilərin və sosial ayırmaların dövlət təşkilatlarına vaxtında ödənilməsi;
- tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması.
Sən də mühasibatlıq sektorunda uğurlu kadr olmaq istəyirsənsə, praktiki mühasibatlıq kursumuza qoşularaq öz məqsədinə çatmaq yolunda ilk addımını bizimlə at!
Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı
1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!
Maliyyə Hesabatlarının Hazırlanması Kurs
Bu kurs maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində biliklərinizi artırmaq üçün ideal seçimdir.
İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.
Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Maliyyə Analitiki Kursu
Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.