
Hökumət Subsidiyalarının Uçotu

Mühasibat uçotu sahəsində fəaliyyət göstərən şəxslər tez-tez çalışdıqları müəssisənin Dövlətdən subsidiya almasına şahid olmuşdurlar. Bu subsidiya ödənişləri monetar (pul) və ya qeyri-monetar (qeyri-pul) formada verilə və şirkətlərə bununla bağlı müəyyən şərtlər qoyula bilər.
Bəs bu zaman şirkətlər əldə etdikləri bu subsidiya ödənişlərini hansı qaydada uçota almalıdır?
Nəzərə almaq lazımdır ki, sahibkarlıq subyektləri tətbiq etdikləri mühasibat uçotu standartlarına əsasən subsidiya məbləğlərini fərqli qaydada uçota ala bilər. Bu əməliyyatla bağlı tətbiq edilə biləcək iki məşhur standart mövcuddur:
- KOS üçün MHBS-nin 24 nömrəli bölməsi (IFRS for SMEs, section 24)
- 20 nömrəli MUBS (IAS 20)
Qeyd edilən standartlar mahiyyətcə bir-birinə oxşasa belə, aralarında müəyyən fərqlər də mövcuddur. Gəlin hər iki standartın tərkibi haqqında qısa məlumat verək və uçotunun aparılması ilə əlaqəli nümunələrə baxış keçirək.
Nümunədən göründüyü kimi, X şirkətinin əldə etdiyi subsidiya məbləği tamamilə şərtsizdir (əvəzsizdir). Buna görə də müəssisə onu dərhal gəlirlərdə əks etdirməlidir:
Bu nümunədə Dövlət tərəfindən xüsusi bir şərt qoyulduğu görünür. Müəssisə qoyulan şərt müddəti ərzində proporsional qaydada subsidiya gəlirlərini hesablamalıdır. Eyni zamanda faydalı istismar müddəti əsasında da amortizasiya edilməlidir. İllər üzrə hesablanacaq subsidiya gəlirləri 50 000 AZN (200K / 4), amortizasiya məbləği isə 20 000 AZN (200K / 10) olmalıdır:
MUBS 20
Bu standartda da KOS üçün MHBS-də olduğu kimi subsidiyalar iki formada – şərtli və şərtsiz qaydada əldə edilə bilər. Şərtsiz formada əldə edilən subsidiyalar müəssisələr tərəfindən ədalətli dəyərlə ölçülməli və dərhal gəlir kimi tanınmalıdır. Şərtli formada əldə edilən subsidiyalar, öncəliklə öhdəlik kimi uçota alınmalı, daha sonra isə Dövlət tərəfindən qoyulan şərtlər yerinə yetirildikdə gəlir kimi tanınmalıdır. Bəzi nümunələrə baxış keçirək:
Nümunədən göründüyü kimi, X şirkətinin əldə etdiyi subsidiya tamamilə şərtsizdir (əvəzsizdir). Buna görə də müəssisə onu dərhal gəlirlərdə əks etdirməlidir:
KOS üçün MHBS-nin 24 nömrəli bölməsindən fərqli olaraq, MUBS 20-də müəssisə subsidiya gəlirlərini şərt müddətinə deyil, faydalı istismar müddətinə proporsional olaraq gəlir kimi tanınmalıdır. Çünki MUBS 20 mühasibat uçotunun uzlaşma (matching) prinsipinə əsaslanaraq gəlirləri tanıyır. KOS üçün MHBS isə daha çox qaydalar (rule base) üzərində qurulmuş bir standart olduğu üçün gəlirləri şərt ilinə əsaslanaraq hesablamağı tələb etdi. Nəticədə, bu nümunədə X şirkətinin subsidiya gəlirləri ilə amortizasiya xərcləri eyni məbləğdə – 15 000 AZN (150 000 / 10) olacaqdır.
Qeydə almaq lazımdır ki, KOS üçün MHBS ilə MUBS arasında olan tək fərqlər bunlar deyil. Növbəti bloqlarımızda digər fərqlərə də toxunacağıq.



Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı

1C 8.3 proqramı nədir və niyə önəmlidir?

Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!

Maliyyə Hesabatlarının Hazırlanması Kurs
Bu kurs maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində biliklərinizi artırmaq üçün ideal seçimdir.

İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.

Maliyyə Analitiki Kursu
Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.