Biznes üzrə XYZ-Analiz

Oktyabr 10, 2025
86 izlənmə
8 dəqiqə oxuma
Keçən məqalədə Biznes üzrə ABC-Analiz haqqında danışmışdıq. XYZ-Analizi adətən ABC-Analizə əlavə olaraq tətbiq edirlər. Lakin bu analizi müstəqil şəkildə də istifadə etmək mümkündür. 

Bu metodun mahiyyəti nədən ibarətdir və hansı hallarda tətbiq olunur?

Bu metodu müxtəlif amillər üçün:

  • il kəsiyində aylar üzrə mal çeşidlərinin satışının,
  • müştəri sayının  və ya gəlirlərin sabitliyinin orta göstəricilərdən kənarlaşma dərəcəsini müəyyən etmək üçün istifadə etmək mümkündür.

Bu analiz metodu da Vilfredo Paretonun irəli sürdüyü 80/20 prinsipi üzərində qurulmuşdur. Bu prinsipi açıqlamağa ehtiyac görmürəm, çünki ABC-Analiz haqqında məqalədə bu haqda danışmışdıq.


Kənarlaşma nə deməkdir?

Gəlin bu mövzuya bir qədər aydınlıq gətirək.

Misal:

Tutaq ki, biz hər gün 100 ədəd çörək satırıq. Əgər gündəlik satılan çörəklərin miqdarı sabitdirsə, onların gətirdiyi gəlir və gündəlik sifarişi də sabit olacaq. Bu halda satışlar, sifarişlər və gəlirlər üzrə kənarlaşma sfıra bərabər (=0) olacaqdır ki, bu da proseslərin sabitliyindən və proqnozlaşdırma əməliyyatlarının rahatlığından xəbər verir.

 

Digər bir hala baxaq. Tutaq ki, müxtəlif günlər üçün çörək satışı müxtəlif nəticələr verir. Bu halda satışlar, sifarişlər və gəlirlər qeyri-sabit xarakter daşıyacaq, yaxın gələcək üçün çörək satışı üzrə nə sifarişləri, nə də gəlirləri dəqiq proqnozlaşdırmaq mümkün olmayacaq. Bu isə biznes üçün qeyri-müəyyən vəziyyət yaradır. Belə mühitdə biznesin inkişafı haqqında düşünmək çətin olur.

 

Əgər biz müxtəlif çeşidli mallar satırıqsa, hər malın satış miqdarı və sabitliyi müxtəlif olacaq. XYZ-Analiz də məhz malların gəlir gətirmək qabiliyyətinə görə müxtəlif qruplara ayrılması prosesinə kömək edən alətdir. Burada əsas göstərici amil – məhsulların proqnozlaşdırılma səviyyəsini ölçən variasiya (dəyişkənlik) əmsalıdır.

 

Variasiya əmsalı – fiziki göstərici deyil, onun ölçü vahidi də mövcud deyil. Lakin bu göstərici mühüm əhəmiyyətə malikdir.


 

XYZ-Analizin hazırlanması

XYZ-Analizin hazırlanmasının bir neçə mərhələsi mövcuddur:

 

1. Hər bir mal çeşidi üçün satış üzrə göstöricilərin orta kəmiyyətdən fiziki kənarlaşma miqdarı müəyyən edilir.
2. Müxtəlif mal çeşidlərinin satış miqdarı müxtəlif olduğu üçün fiziki kənarlaşma miqdarı əsasında kənarlaşma faizi müəyyən edilir. Məsələ ondadır ki, midarlar müxtəlif səviyyələrdə olduğu üçün kənarlaşmalar da həmin kəmiyyətlərə uyğun miqyasda iştirak edəcək. Bu problemi həll etmək üçün  üçün fiziki kənarlaşmalar həmin mal üçün göstəricilərin ədədi ortascına bölünərək ümumi səviyyəyə gətirilir. Məhz bu göstərici kənalaşma faizi adlanır.
3. Mallar kənarlaşma faizi üzrə azdan-çoxa istiqamətində çeşidlənir.
4. Mallar üzrə kənarlaşma faizləri X, Y, Z qrupları arasında paylaşdırılır.

 


0%-10% arası kənarlaşma göstəricisi – minimum dəyişkənliyə məruz qalan, sabit miqdarda alınan gündəlik tələbat mallarıdır və X qrupuna aid edilir.


10%-25% arası kənarlaşma göstəricisi – orta dəyişkənliyə məruz qalan mallardır və onlar Y qrupuna aid edilir.


25%-dən yüksək kənarlaşma göstəricisi – böyük dəyişkənliyə məruz qalan, təsadüfi alınan mallardır və onlar Z qrupuna aid edilir.


 

Qeyd: Qruplar arasında fərq, malların xüsusiyyətindən və çeşidindən asılı olaraq, digər bölgü əsasında qurula bilər.

 

XYZ-Analizin icrası

 

1. Aşağıdakı A1:M12 diapazonunda yerləşən hesabat cədvəlinə nəzər salaq.

Şəkil 1. Aylar üzrə satış hesabatı

 

1. Cədvəlin sağ tərəfinə N sütununda yeni diapazon açıb, onu Kənarlaşma %-i adlandırırıq. N3 damasına aşağıdakı formulanı daxil edirik:

 

= STDEVP(B3:M3) / AVERAGE(B3:M3)

 

Qeyd: Burada STDEVP() funksiyası – fiziki kənarlaşmanı müəyyən edir. 

 

STDEVP(B3:M3) / AVERAGE(B3:M3) formulası isə – məhsullar üzrə fiziki kənarlaşmanı ümumi ölçü vahidinə, yəni faizə gətirir. 


 

2. N3 damasındakı formulanı aşağı çəkərək, həmin göstəricini bütün mallar üçün müəyyən  edirik.

Şəkil 2. Mallar üzrə kənarlaşma faizinin müəyyən edilməsi.

3. O sütununa yeni diapazon açıb, onu Qrup adlandırırıq.

 

4. O3 damasına aşağıdakı formulanı daxil edirik:

 

=IF(N3<=10%;"X";IF(N3<=25%;"Y";"Z"))

 

Şəkil 3. Malların rənarlaşma faizi əsasında qruplara ayrılması.

 

Bu formula N sütununda yer almış faizlərə görə O sütununda hər mal üçün Qrup təyin edir.

 

XYZ-Analizin nəticəsi:

 

X qrupu – Mal və Mal 3 ən sabit tələbatı olan mallardır. Bu malların təchizatını proqnozlaşdırmaq asandır.
Y qrupu – Mal 1, Mal 4, Mal 5 dəyişən tələbata malik olan mallardır. Bu malların reklamı ilə məşğul olmaq lazımdır. İmkan daxilində bu mallar X qrupuna keçirmək üzərində işləsək yaxşı olar.
Z qrupu – qeyri-sabit tələbata malik olan mallardır. Bu malların təchizatını və satışını proqnozlaşdırmaq çətindir. Bu mallar, xüsusən əgər yeyinti mallarıdırsa, qısa istifadə müddəti ilə əlaqədar probleli sayılır.  

 

Şəkil 4. XYZ-Analiz-in diaqramı.

 

Daha çox faydalı məlumat əldə etmək üçün bizi izləməyi unutmayın!

 

Nəriman Quluzadə İATM Müəllimi
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları