Qeyri-rezidentə ödənilən xidmət haqqının ÖMV-yə və ƏDV-yə cəlb edilməsi

May 14, 2025
1557 izlənmə
3 dəqiqə oxuma
Qlobal iqtisadi mühitdə xarici (qeyri-rezident) şirkətlərlə əməkdaşlıq getdikcə artır. İstər təlim, istər məsləhət xidməti, istərsə də texniki dəstək olsun, xarici partnyorlarla bağlanan müqavilələr Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən şirkətlər üçün ciddi vergi öhdəlikləri yaradır. Bu yazıda qeyri-rezidentə ödənilən xidmət haqqının Ödəmə Mənbəyində Vergi (ÖMV)Əlavə Dəyər Vergisi (ƏDV) baxımından necə hesablandığını, hansı hallarda hansı qaydaların tətbiq olunduğunu ətraflı izah edəcəyik.

 

Qeyri-rezident nədir və xidmət haqqı nəyi əhatə edir?


Qeyri-rezident - Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyatda olan və ölkə daxilində daimi nümayəndəliyi olmayan hüquqi və ya fiziki şəxslərdir.

Xidmət haqqı - Qeyri-rezidentin təqdim etdiyi xidmətə görə ödənilən pul vəsaitidir. Buraya konsaltinq, təlim, texniki xidmətlər, proqram təminatı, marketinq və digər intellektual xidmətlər daxildir.

 

 

Vergi Məcəlləsində hüquqi baza


Vergi Məcəlləsinin bir neçə maddəsi bu məsələyə birbaşa aiddir:

  • Maddə 125.1.5 – Qeyri-rezidentə xidmət göstərməyə görə ödənilən məbləğə 10% ÖMV tətbiq edilir.

  • Maddə 169.1 – Əgər qeyri-rezident ƏDV məqsədləri üçün qeydiyyata alınmayıbsa, bu halda 18% ƏDV tutulur

 

ƏDV-nin tətbiqi halları


Vergi Məcəlləsinin 169.2 və 169.5-ci maddələrinə əsasən, əgər:

  • Xidmət Azərbaycanın ərazisində faktiki olaraq həyata keçirilirsə və ya

  • Xidmət Azərbaycanlı vergi ödəyicisinə göstərilirsə,bu halda həmin xidmətə ƏDV tətbiq edilir. İstisna hallar: otel xidmətləri və aviabilet sifarişi üzrə xidmətlər.

 

Məbləğ növləri: Gross və Net fərqi


Müqavilənin şərtlərinə əsasən, qeyri-rezidentə ödəniləcək məbləğ Gross (ümumi) və ya Net (xalis) ola bilər. Bu iki məbləğ arasında ciddi fərqlər var.

  • Gross məbləğ – xidmətin ümumi dəyəri vergi daxil edilməmiş şəkildə göstərilir. Vergi həmin məbləğdən çıxılır.

  • Net məbləğ – xidmət dəyərinə ÖMV əlavə olunur ki, qeyri-rezident xalis olaraq tələb etdiyi məbləği əldə etsin.

 

Misal 1: Gross məbləğ əsasında hesablamalar


Müqavilədə göstərilib ki, qeyri-rezidentə 1000 $ gross ödənilir.

  • Dollar məzənnəsi: 1 USD = 1.70 AZN

  • Xidmətin dəyəri: 1000 $ = 1700 AZN

Hesablama:

  • ÖMV (10%) → 1700 × 10% = 170 AZN

  • ƏDV (18%) → 1700 × 18% = 306 AZN

  • Qeyri-rezidentə ödəniləcək xalis məbləğ: 1700 – 170 = 1530 AZN

Nəticə: Qeyri-rezidentin hesabına 1530 AZN köçürülür, lakin ümumi xərc 1700 + 306 = 2006 AZN olur.

 

 

Misal 2: Net məbləğ əsasında hesablamalar


Müqavilədə göstərilib ki, qeyri-rezidentə net 1000 $ ödənilməlidir.

Burada 1000 $ xalis ödənişdir, yəni Azərbaycan şirkəti əlavə vergi xərclərini özü qarşılayır.

Hesablama:

  1. ÖMV-ni hesablamaq üçün 1000 $ 90%-ə uyğundur (çünki 10% vergi tutulacaq):

    • 1000 / 90 × 100 = 1111.11 USD (Gross məbləğ)

    • ÖMV (10%): 1111.11 – 1000 = 111.11 USD

  2. AZN-lə hesablama:

    1. 1111.11 × 1.70 = 1888.89 AZN

    2. ÖMV (10%) → 1888.89 × 10% = 188.89 AZN

    3. ƏDV (18%) → 1888.89 × 18% = 340 AZN

    4. Qeyri-rezidentə ödəniləcək məbləğ: 1888.89 – 188.89 = 1700 AZN

Nəticə: Bu halda ümumi xərcləriniz: 1888.89 + 340 = 2228.89 AZN

 

ƏDV ödəyicisi olmaq nəyi dəyişir?


Əgər siz ƏDV ödəyicisisinizsə:
  • ƏDV xərci sizin üçün əvəzləşdirilə bilən xərc sayılır.
  • Yəni, ƏDV-ni dövlətə ödəyirsiniz, lakin onu gələcək ƏDV öhdəliklərinizdən çıxırsınız.
  • Bu səbəbdən ƏDV məbləği xidmətin ümumi dəyərinə daxil edilmir.
Əgər siz ƏDV ödəyicisi deyilsinizsə:
  1. ƏDV sizin üçün əlavə xərclər yaradır.
  2. Bu halda ƏDV xidmətin ümumi dəyərinə əlavə edilir və geri qaytarılmır.

 

Daha çox faydalı məlumatlar üçün bizi izləməyi unutmayın!

 

 

 

 

 

 

 

 

Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları