Mühasibatlıq sahəsinə yeni başlayanların etdiyi 3 əsas səhv
Mühasibatlıq hər bir biznesin maliyyə hesabatların əsas hissəsidir. Düzgün aparılan mühasibatlıq şirkətin maliyyə qərarlarını sağlam şəkildə verməsinə və davamlı inkişafına imkan yaradır. Lakin bu sahəyə yeni başlayanlar üçün işlər asan olmur və çox vaxt eyni səhvlər təkrarlanır.
2024-cü il International Federation of Accountants (IFAC) hesabatına görə, yeni işə başlayan mühasiblərin 65%-i ilk illərində ən azı bir dəfə balans uyğunsuzluğu ilə üzləşirlər.
Yeni başlayan mühasiblərin səhvləri çox vaxt əsas biliklərin yetərsizliyi və təcrübəsizlikdən qaynaqlanır.
Səhv 1 – Debit və Kredit Prinsiplərini Düzgün Anlamamaq
Debit və Kredit mühasibatlığın əsası olan qoşa yazılış prinsipidir. Yeni başlayanlar bunu sadəcə "sağ-sol" tərəf kimi qəbul edir. Əslində isə əməliyyatın mahiyyətinə uyğun olaraq hansı hesabların (Aktiv, Öhdəlik, Gəlir, Xərc) necə dəyişdiyini düzgün müəyyən etmək lazımdır. Bu qaydaların qarışdırılması Balansın səhv alınmasına və hesabatlarda ciddi uyğunsuzluqlara gətirib çıxarır.
Səhv 2 – Əməliyyatların Davamlı “Up-To-Date” olunmaması.
İkinci əsas səhv, maliyyə sahəsindəki dəyişikliklərə və yeniliklərə uyğunlaşmamaqdır.
Mühasibatlıq daimi olaraq yeni vergi qanunları, qaydalar və proqram təminatları ilə inkişaf edir. Mühasibin köhnə üsullarla işləməyə davam etməsi və bu yenilikləri, xüsusən də Vergi Məcəlləsindəki dəyişiklikləri izləməməsi şirkəti cərimə riski ilə üz-üzə qoya bilər.
Bunun üçün rəsmi mənbələri mütəmadi izləmək, təlimlərdə iştirak etmək və prosesləri avtomatlaşdırmaqla bilik və əməliyyatları daim təkmilləşdirməkdir.
Bunun üçün hansı mənbələr sizə kömək edəcək?
- Deloitte Azerbaijan saytına daxil olaraq Global Deloitte hesabatları ilə tanış ola bilərsiniz.
Səhv 3 – Professionaldan Dəstək və ya Məsləhət Almamaq
Mühasibatlıqda üçüncü əsas səhv, təcrübəli professional dəstəkdən və ya konsaltinq xidmətlərindən istifadə etməməkdir.
Yeni başlayan mühasiblər, təcrübəli mentor və ya konsaltinq şirkətlərindən məsləhət almadan təkbaşına işləməyə cəhd edirlər. Bu, illər sonra düzəldilməsi çətin olan ciddi və bahalı səhvlərə səbəb ola bilər. Təcrübəli mühasiblər illər ərzində qazanılmış bilikləri yeni başlayanlara ötürməklə yol göstərirlər.
Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı
1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!
Əməliyyatçı Mühasib Yetişdirmə Proqramı
Əməliyyatçı Mühasib
Aparıcı Mühasib Yetişdirmə Proqramı
Aparıcı mühasib
Maliyyə Hesabatlarının Hazırlanması Kursu
Bu kurs maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində biliklərinizi artırmaq üçün ideal seçimdir.
İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.
Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Maliyyə Analitiki Kursu
Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.
Rəqəmsal Mühasib Yetişdirmə Proqramı
Rəqəmsal Mühasib Yetişdirmə Proqramında alətlərlə mühasibatlıq işlərini daha sürətli, dəqiq və rahat şəkildə həll etməyi öyrənəcəksən.
Sərbəst Mühasib Yetişdirmə Proqramı
Sərbəst mühasib
Mütəxəssis Mühasib Yetişdirmə Proqramı
Mütəxəssis Mühasib
Maliyyə Auditi
Mühasibat sənədlərinin auditi
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.
