Yük daşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların özlərinə görə ödədikləri MDSS və İTS haqqlarının hesablanması
2023-cü ilin sonuna qədər yük daşıma ilə məşğul olan şəxslər “Fərqlənmə nişanı” almaqla fəaliyyətlərini davam etdirirdilər və bunun üçün ödəniş edirdilər.
Burada sual ola bilər ki, bəs bu fəaliyyətlə məşğul olan fiziki şəxslər özlərinə görə ödədikləri MDSS və İTS haqqlarını hansı qayda əsasında hesablanmalı və ödəməlidirlər?
Bu sualın cavabını vermək üçün 2 məqama baxmaq lazımdır.
1) MDSS haqqının hesablanması - Sosial sığorta haqqında qanunun 14.5.7 maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yük daşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında hesablanır. Sosial sığorta haqqında qanunun 14.5.1-2 maddəsinə əsasən aylıq sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2
- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5
- Digər şəhər və rayonlarda – 1
2) İTS haqqının hesablanması - İcbari tibbi sığorta haqqında qanunun 15-10.1.3. maddəsinə əsasən minimum aylıq əməkhaqqının 4 faizi miqdarında hesablanır.
Misal 1: Gəncə şəhərində yük daşıma fəaliyyəti ilə muzdlu işçı cəlb etmədən məşğul olan vergi ödəyicisi Elmir Əzizov 2025-ci ilin 2-ci rübü üzrə tam fəaliyyəti olmuşdur. Elmir Əzizov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcəkdir: (Minimum aylıq əmək haqqı 400 manat)
- Aylıq MDSS haqqı = 400 x 6% x 1.5 = 36 manat
- 3 aylıq MDSS haqqı = 3 x 36 = 108 manat
- Aylıq İTS haqqı = 400 x 4%=16 manat
- 3 aylıq İTS haqqı = 3 x 16 = 48 manat
1) MDSS haqqının hesablanması - Sosial sığorta haqqında qanunun 14.5.1.maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizi miqdarında hesablanır. Həmin maddəyə əsasən aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:
- Bakı şəhərində 100 faizi;
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
- digər şəhərlərdə 80 faizi;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
- kənd yerlərində 50 faizi miqdarında.
2) İTS haqqının hesablanması - İcbari tibbi sığorta haqqında qanunun 15-10.1.3. maddəsinə əsasən, minimum aylıq əməkhaqqının 4 faizi miqdarında hesablanır.
Misal 2. Lənkəran şəhərində yük daşıma ilə məşğul olan vergi ödəyicisi Şahin Xələfovun 3 muzdlu işçisi vardır. Şahin Xələfov 2025-ci ilin 2-ci rübündə tam fəaliyyət göstərmişdir. Şahin Xələfov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcəkdir: (Minimum aylıq əmək haqqı 400 manat)
- Aylıq MDSS haqqı = 400 x 25% x 80% = 80 manat
- 3 aylıq MDSS haqqı = 3 x 80 = 240 manat
- Aylıq İTS haqqı = 400 x 4%=16 manat
- 3 aylıq İTS haqqı = 3 x 16 = 48 manat
Daha çox faydalı məlumat üçün bizi izləmədə qalın!
Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı
1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!
Əməliyyatçı Mühasib Yetişdirmə Proqramı
Əməliyyatçı Mühasib
Aparıcı Mühasib Yetişdirmə Proqramı
Aparıcı mühasib
Maliyyə Hesabatlarının Hazırlanması Kursu
Bu kurs maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində biliklərinizi artırmaq üçün ideal seçimdir.
İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.
Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Maliyyə Analitiki Kursu
Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.
Rəqəmsal Mühasib Yetişdirmə Proqramı
Rəqəmsal Mühasib Yetişdirmə Proqramında alətlərlə mühasibatlıq işlərini daha sürətli, dəqiq və rahat şəkildə həll etməyi öyrənəcəksən.
Sərbəst Mühasib Yetişdirmə Proqramı
Sərbəst mühasib
Mütəxəssis Mühasib Yetişdirmə Proqramı
Mütəxəssis Mühasib
Maliyyə Auditi
Mühasibat sənədlərinin auditi
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.
