Gələcəyin Mühasibi - İnsan yoxsa Süni İntellekt?

Oktyabr 16, 2025
58 izlənmə
3 dəqiqə oxuma
Texnologiyanın sürətli inkişafı ilə bir çox peşə sahələri kimi mühasibatlıq da rəqəmsal transformasiya mərhələsinə qədəm qoymuşdur. Bu transformasiyanın əsas istiqamətlərindən biri süni intellektin (AI – Artificial Intelligence) tətbiqidir.

 

Süni intellekt artıq yalnız proqramlaşdırma və robot texnologiyalarında deyil, həm də maliyyə və mühasibat uçotunda əvəzolunmaz alətə çevrilməkdədir. Müasir dövrdə müəssisələr üçün əsas məqsəd yalnız məlumat toplamaq deyil, toplanmış məlumatlardan daha səmərəli istifadə etməkdir. Bu isə məhz süni intellektin imkanları sayəsində daha asan olur.  

 

Süni intellektin mühasibatlığa təsiri

 

Ənənəvi mühasibatlıqda çox vaxt aparan əməliyyatlar:

 

  • Fakturaların emalı
  • Əməliyyatların təsnifatı
  • Hesabatların tərtibi – artıq süni intellekt əsaslı proqramlar tərəfindən saniyələr ərzində yerinə yetirilə bilir.

 

Beləliklə, mühasiblər əməliyyat işlərindən azad olaraq daha analitik və strateji fəaliyyətə yönəlirlər.

 

Avtomatlaşdırılmış əməliyyatlar sayəsində RPA (Robotic Process Automation) texnologiyası vasitəsilə, fakturaların oxunması, əməliyyatların uçota alınması və məlumatların uyğunlaşdırılması kimi təkrarlanan işləri yerinə yetirir. Bu, həm vaxt itkisinin qarşısını alır, həm də səhv ehtimalını azaldır.

 

Yalnız cari işləri qısa zamanda yerinə yetirmək deyil, həmçinin məlumatlar əsasında analitik qərar vermə prosesində də AI-ın rolu əvəzolunmazdır. AI böyük həcmli maliyyə məlumatlarını analiz edərək müəssisəyə gələcək dövrlər üzrə proqnozlar təqdim edir. Məsələn:

 

  • Gəlir və xərclərin dinamikası
  • Nağd pul axını
  • Büdcə planlaması kimi göstəricilər süni intellektin köməyi ilə daha dəqiq təhlil olunur.

 

AI əsaslı sistemlər auditorlara və vergi mütəxəssislərinə minlərlə əməliyyatı analiz etmək imkanı verir. Beləliklə, riskli sahələr müəyyən olunur və audit prosesi daha məqsədyönlü şəkildə aparılır. 

 

Süni intellektlə mühasibin rolu necə dəyişir? 

 

Süni intellektin tətbiqi mühasibləri əvəz etmir, lakin onların iş funksiyalarını dəyişir. Müasir mühasib artıq sadəcə uçot aparan şəxs deyil, həm də:

 

➤ məlumat analitikası,

➤ risk qiymətləndirilməsi, 

➤ qərarvermə proseslərində iştirak edən peşəkardır.

 

Bu səbəbdən gələcəyin mühasibləri üçün yalnız maliyyə bilikləri deyil, həm də texnoloji savad, analitik düşüncə və süni intellekt alətlərindən istifadə bacarığı vacib hesab olunur.

 

Süni intellekt mühasibatlıq sahəsində inqilabi dəyişikliklər yaradır. Əməliyyatların avtomatlaşdırılması, analitik təhlilin güclənməsi və risklərin vaxtında aşkarlanması sayəsində müəssisələr daha çevik və rəqabətədavamlı olurlar.

 

Nəticə etibarilə, süni intellekt mühasibi əvəz etmir, əksinə, onu daha səmərəli, strateji düşüncəyə malik bir mütəxəssisə çevirir. Gələcəyin uğurlu mühasibləri həm maliyyə, həm də texnologiya biliklərini birləşdirə bilən şəxslər olacaqdır.

 

Yeni mühasiblər hansı proqramları öyrənməklə işlərini daha rahat və sürətli yerinə yetirə bilər ?

 

Gündəlik uçot aparmaq və hesabatlar hazırlamaq üçün Azərbaycan və Rusiyada çox populyar olan 1C mühasibatlıq proqramıdır. Əsasən kiçik və orta sahibkarlıq subyekti olan müəssisələrdə istifadə olunur. Daha böyük şirkətlər üçün çox funksiyalı sistem - SAP ERP / SAP Business One proqramları mövcuddur.

 

Bundan əlavə Ən geniş istifadə olunan Microsoft Excel , Power BI kimi proqramlarla mühasibə lazım olan bütün hesabatları hazırlamaq və analitik nəticələr çıxarmaq olar.

 

Bütün bunlardan öz unikal üstünlüyü ilə seçilən Bulud (Cloud) əsaslı proqramlardır. Bu proqramların üstünlüyü ondan ibarətdir ki,

 

istənilən yerdən (ofis, ev, telefon) daxil olmaq imkanı var,
server və texniki avadanlıq xərcləri az olur,
avtomatik ehtiyat nüsxə (backup) yaradılır (təhlükəsizlik üçün önəmlidir),
komanda üzvlərinin ilə eyni anda işləmək imkanı olur,
yenilənmələr avtomatik həyata keçirilir.

 

Azərbaycanda istifadə edilən beynəlxalq bulud əsaslı proqramlar hansılardır?

 

  1. Freelancerlər, kiçik sahibkarlar üçün Sadə interfeysi olan QuickBooks Online proqramı,
  2. SAP Business One Cloud Böyük müəssisələr üçün ERP səviyyəsində maliyyə və mühasibat modulu
  3. Odoo Cloud ERP - Mühasibatlıqla yanaşı satış, inventar, HR modulları olan proqram.
  4. “HESABAT” onlayn mühasibat proqramı bulud texnologiyası əsasında işləyir. (Giriş “Asan login” vasitəsilə həyata keçirilir.)

 

Müasir mühasib artıq yalnız rəqəmlərlə işləyən şəxs deyil, məlumatları təhlil edən, qərarverməyə töhfə verən və texnologiyaları idarə edən mütəxəssisdir. Gələcəyin mühasibi isə süni intellekt və rəqəmsal alətləri səmərəli şəkildə birləşdirərək müəssisəyə strateji dəyər qatan analitik olacaq. Ənənəvi mühasibat uçotu isə tədricən tarixə qovuşaraq ağıllı və avtomatlaşdırılmış mühasibat sistemlərinə yerini verəcəkdir.

 

Daha çox faydalı məlumat üçün bizi izləməyi unutmayın!

Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları