Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi

Iyun 30, 2025
3606 izlənmə
3 dəqiqə oxuma

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsində qeyd edilir ki, gecə vaxtı və çoxnövbəli iş rejimi şəraitində görülən işlər üçün işçilərə əlavə əmək haqqı ödənilməlidir. Bu maddə işçilərin hüquqlarının qorunması və ədalətli maaş sisteminin yaradılması üçün mühüm rol oynayır.

 

5 aprel 2001-ci il tarixli 74 nömrəli qərar isə bu məsələyə daha dəqiq yanaşır. Orada göstərilir ki, gecə saatlarında işləyən işçilərə saatlıq tarif maaşlarının əlavə 20%-i və ya 40%-i miqdarında əlavələr verilməlidir. Bu, işəgötürən üçün öhdəlik, işçi üçün isə hüquqdur.

 

Gecə vaxtı nə vaxt başlayır və bitir?

 

Əmək Məcəlləsinin 97.1-ci maddəsinə görə, saat 22:00-dan səhər 06:00-a qədər olan müddət gecə vaxtı sayılır. Əgər iş vaxtının ən azı yarısı bu zaman aralığına düşürsə, həmin növbə "gecə növbəsi" sayılır.

 

Axşam və gecə növbələrinin fərqi

Axşam növbəsi — gecə növbəsindən əvvəlki növbədir. Bu fərq ödəniş məbləğinin müəyyən olunmasında əhəmiyyətli rol oynayır.


Axşam növbəsində işçinin ödənişi

Əgər işçi axşam növbəsində çalışırsa, ona hər saat üçün tarif maaşının 20%-i əlavə ödənilir. Bu məbləğ əsas maaşdan ayrı və əlavə olaraq hesablanır.


Çoxnövbəli iş rejimi üzrə əmək haqqı strukturu

Çoxnövbəli iş rejimi — 2 və ya daha çox növbəli sistemdə işin təşkili deməkdir. Burada axşam və gecə növbələri olan işçilərin əmək haqqına əlavələr nəzərdə tutulur.

 

 

Bu kimi məqamlarda əmək haqqı necə hesablanmalıdır?

Misal 1. “B" MMC elektronik əşyaların  satışı ilə məşğuldur. Elmir Əzizov müəssisədə satıcı vəzifəsində çalışır. Elmir Əzizovun həftə ərzində  6-cü və 7-cı günləri istirahət günüdür. Elmir Əzizov həftənin 5 günü saat 16:00-dan 00:00-a kimi işləyir. Elmir Əzizovun aylıq vəzifə maaşı 800 manatdır. İşçinin 2025-ci il aprel ayı üzrə iş davamiyyəti aşağıdakı kimi olmuşdur:

 

 

Bazar ertəsi

Çərşənbə axşamı

Çərşənbə

Cümə axşamı

Cümə

Şənbə

Bazar

Ayın günləri

 

1

2

3

4

5

6

İş saatı

 

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

7

8

9

10

11

12

13

İş saatı

8

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

14

15

16

17

18

19

20

İş saatı

8

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

21

22

23

24

25

26

27

İş saatı

8

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

28

29

30

 

 

 

 

İş saatı

8

8

8

 

 

 

 

 

Ay ərzində işçinin cəmi iş günləri = 22 iş günü

Ay üzrə cəmi iş saatı=22 iş günü * 8 saat =176 saat

1 iş saatına düşən orta əmək haqqı=800 AZN /176 saat =4.55 AZN

Gecə vaxtına düşən saatlara görə saatlıq əmək haqqı =4.55 AZN +4.55 AZN * 20%= 5.46 AZN

Normal iş saatlarının cəmi=22 iş günü * 6 saat = 132 saat

Gecə vaxtına düşən iş saatlarının cəmi = 22 iş günü * 2 saat = 44 saat

Aprel ayı üçün əmək haqqı = 132 saat * 4.55 AZN + 44 saat * 5.46 AZN = 840.84 AZN


 

Misal 2 : "A" MMC ərzaq və digər malların pərakəndə satışı ilə məşğuldur.  Elvin Zaidov müəssisədə kassir vəzifəsində çalışır. Onun iş rejimi çox növbəli iş rejimidir. Elvin Zaidovun həftə ərzində  3-cü və 6-cı günləri istirafət günüdür. Elvin Zaidov həftənin 1-ci və 2-ci günləri saat 21:00-dan 05:00-a kimi işləyir, həftənin 4-cü, 5-ci və 7-ci günü saat 13:00-dan 21:00-a kimi işləyir. Elvin Zaidovun aylıq vəzifə maaşı 1000 manatdır. İşçinin 2025-ci il aprel ayı üzrə iş davamiyyəti aşağıdakı kimi olmuşdur:

 

 

Bazar ertəsi

Çərşənbə axşamı

Çərşənbə

Cümə axşamı

Cümə

Şənbə

Bazar

Ayın günləri

 

1

2

3

4

5

6

İş saatı/Növbə

 

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

7

8

9

10

11

12

13

İş saatı/Növbə

8/G.N

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

14

15

16

17

18

19

20

İş saatı/Növbə

8/G.N

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

21

22

23

24

25

26

27

İş saatı/Növbə

8/G.N

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

28

29

30

 

 

 

 

İş saatı/Növbə

8/G.N

8/G.N

İ.G

 

 

 

 

 

 

A.N

Axşam növbəsi

G.N

Gecə nöbəsi

İ.G

İstirahət günü

 

Misala əsasən gəlin Elvin Zaidovun 2025-ci il aprel ayı üzrə əmək haqqını hesablayaq:        

 

Ay üzrə saatlıq vəzifə maaşı=1000/168=5.95

Axşam növbəsi üçün saatlıq əmək haqqı=5.95+5.95*20%=7.14

Axşam növbəsi üçün ümumi aylıq əmək haqqı=7.14*96=685.44

Gecə növbəsi üçün saatlıq əmək haqqı=5.95+5.95*40%=8.33

Gecə növbəsi üçün ümumi aylıq əmək haqqı=8.33*72=599.76

Cəmi Aprel ayı üzrə əmək haqqı=685.44+599.76=1285.2


 

 

 

Elvin Zaidov Əsas Müəllim
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları