Ezamiyyə müddətində əmək haqqının hesablanması
Ezamiyyəyə göndərilən işçilərin əmək haqlarının dəqiq və qanunvericiliyə uyğun hesablanması həm işəgötürən, həm də işçi üçün son dərəcə vacibdir. Bu məqalədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsaslanaraq, ezamiyyə zamanı əmək haqqının necə hesablandığını ətraflı və praktiki nümunələrlə izah edəcəyik.
Əmək Məcəlləsinin 179-cu maddəsinin "x" bəndinə əsasən:
"Yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır."
Bu müddəaya görə, ezamiyyəyə göndərilən işçinin müvəqqəti olaraq iş yerindən uzaqlaşması əmək haqqının itirilməsi ilə nəticələnmir. Əksinə, orta əmək haqqı bu dövrdə tam şəkildə ödənilməlidir.
Əmək Məcəlləsinin 177.2-ci maddəsində orta əmək haqqının hesablanma qaydası bu şəkildə göstərilir:
"Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı, ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir."
Bu prinsipə əsasən, ezamiyyə günlərinə görə ödənilən əmək haqqı da eyni metodla hesablanır.
Misal
|
Oktyabr ayında:
|
Noyabr ayında:
|
Addım 1: Orta Əmək Haqqının Hesablanması
Toplam qazanc: 800 + 800 = 1600 manat
Toplam iş günü: 23 + 19 = 42 gün
Orta gündəlik əmək haqqı: 1600 / 42 = 38,10 manat
Addım 2: Ezamiyyə Günlərinə Görə Əmək Haqqı
Ezamiyyədə olunan iş günləri: 5 gün
Ezamiyyə dövrünə görə əmək haqqı: 38,10 x 5 = 190,50 manat
Addım 3: Ezamiyyədə Olunmayan Günlərə Görə Əmək Haqqı
|
Dekabr ayı: |
|
Ümumi iş günləri: 20 |
|
Ezamiyyə günləri: 5 |
|
Qalan iş günləri: 15 |
Gündəlik əmək haqqı: 800 / 20 = 40 manat
Ezamiyyədə olunmayan günlərə görə əmək haqqı: 40 x 15 = 600 manat
Addım 4: Ümumi Əmək Haqqı
Dekabr ayı üzrə cəmi əmək haqqı: 190,50 (ezamiyyə) + 600 (iş günləri) = 790,50 manat
Daha çox faydalı paylaşım üçün bizi izləməyi unutmayın!
Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı
1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!
Əməliyyatçı Mühasib Yetişdirmə Proqramı
Əməliyyatçı Mühasib
Aparıcı Mühasib Yetişdirmə Proqramı
Aparıcı mühasib
Maliyyə Hesabatlarının Hazırlanması Kursu
Bu kurs maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində biliklərinizi artırmaq üçün ideal seçimdir.
İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.
Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Maliyyə Analitiki Kursu
Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.
Rəqəmsal Mühasib Yetişdirmə Proqramı
Rəqəmsal Mühasib Yetişdirmə Proqramında alətlərlə mühasibatlıq işlərini daha sürətli, dəqiq və rahat şəkildə həll etməyi öyrənəcəksən.
Sərbəst Mühasib Yetişdirmə Proqramı
Sərbəst mühasib
Mütəxəssis Mühasib Yetişdirmə Proqramı
Mütəxəssis Mühasib
Maliyyə Auditi
Mühasibat sənədlərinin auditi
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.
