CV-də Excel bacarıqlarının təqdim edilməsi

Iyun 17, 2025
751 izlənmə
5 dəqiqə oxuma

LightCast portalı tərəfindən aparılmış araşdırmalar göstərir ki, iş təcrübəsi olmayan şəxsləri işə qəbul edən zaman, hər üç namizədin ikisindən təcrübəli MS Excel biliyi olması tələb edilir. Əslində bu tələb normal sayılır, çünki Excel biznesdə, təhsildə, elmi araşdırmalarda geniş istifadə edilir və bu tendensiya yaxın illərdə öz aktuallığını saxlayacaqdır və inkişaf etmək ehtimalı böyükdür.

 

Deməli, bir tərəfdən – işəgötürən şirkətlər bu təcrübənin mövcud olmasına xüsusi fikir verir, digər tərəfdən isə – işə düzələn namizəd CV-də mütləq bu bacarıqları qeyd etməlidir.

 

CV-də hansı təcrübə haqqında məlumatı göstərmək məsləhət görülə bilər? Gəlin Excel haqqında bir qədər məlumat ilə tanış olaq.

 

Excel üzrə bacarıqları necə müəyyən etmək olar?

 

Excel bacarıqlarının müəyyən edilməsi nisbi, bir qədər mücərrəd məsələdir. Lakin, işçi seçilməsi ilə məşğul olan HR mütəxəssisləri bu cəhdləri əldən qoymur, bu məsələni imkan daxilində dolğun həll etmək səylərini əsirgəmir.

CV doldurarkən, Siz öz Excel bacarıqlarınızı düzgün qiymətləndirməyi bacarmalısınız. Bunun üçün, ilkin olaraq, öz bacarıqlarınızı düzgün müəyyən etməlisiniz. İndi isə, gəlin Excel bacarıqlarımızı birlikdə qiymtələndirək!

 

  1. Başlanğıc səviyyə - Excelin əsasları haqqında ümumi biliklərdir. Bu səviyyədə Home (Əsas), Page Layout (Vərəqin parametrləri), View (Görüntü rejimləri) menyularına aid alətlərlə tanışlıq kifayət edir. Sadə hesablamalar aparmaq üçün SUM (Cəmləmə), COUNT (Sayma), MIN (Minimum), MAX (Maksimum), AVREAGE (Ədədi orta) funksiyalarını bilmək lazım gəlir. Bu səviyyəni dərk etmiş istifadəçilər proseslərin uçotunu təşkil etməyi, sadə hesablamalar aparmağı, sadə diaqramlar qurmağı, sənədləri printerdə çap etməyi bacarmalıdır.

 

Əgər Exceldə,

  • Yeni fayl açmağı, məlumat daxil etməyi, redaktə etməyi, faylı yaddaşa saxlamağı bacarırsınızsa,
  • Şriftlərin formatını təyin edə bilirsinizsə, məlumat axtarıb digəri ilə əvəz edə bilirsinizsə,
  • Sadə formula və funksiyalar vasitəsi ilə hesablama apara bilirsinizsə,
  • Məlumata çeşidləmə və filtrləmə tətbiq edə bilirsinizsə,
  • Sadə diaqramlar yarada bilirsinizsə,

 

deməli, Excel proqramının Başlanğıc səviyyəsinə yiyələnmisiniz.

Bu səviyyəni tam dərk etmiş istifadəçilər Ofis işçisi, Mühasib köməkçisi, Anbardar vəzifəsində çalışa bilər.

 


2.   Təcrübəli istifadəçi səviyyəsiExcelin Insert (Daxil et), Formulas (Formulalar), Review (Yoxlama) menyularına aid alətlərlə tanışlıq kifayət edir. daha geniş imkanlarından istifadə edə bilən, SUMIF (Şərti cəmləmə), COUNTIF (Şərti sayma), AVERAGEIF (Şərti ədədi orta), IF (Əgər), WEEKDAY (Həftə günü), WEEKNUM (Həftə nömrəsi), EOMONTH (Ay sonu), DATEDIF (Tarixlər fərqi), VLOOKUP (Vertikal axtarış), HLOOKUP (Horizontal axtarış), IFERROR (Səhv tapıldığı halda) kimi  mürəkkəb funksiyaların mahiyyətini dərk edən, formulalar və alətlər əsasında mürəkkəb hesabatlar hazırlaya bilən, daxil edilən məlumata nəzarət təşkil etməyi və məlumatı qorumağı bacaran, məlumata şərti formatlaşdırma tətbiq edə bilən, ağıllı və yekun cədvəllərdən istifadə edən istifadəçilər bu kateqoriyaya aid edilir.

 

Əgər Exceldə,

  • Açılan siyahilar ilə işləməyi bacarırsınızsa,
  • Adlı diapazon yarada bilirsinizsə,
  • Mürəkkəb filtrləmə və çeşidləmə əməliyyatlarından istifadə edə bilirsinizsə,
  • Əmək haqqını və gəlir vergisini və əmək stajını hesablaya bilirsinizsə,
  • Formulaların verdiyi nəticələrdə səhvləri tutub, dəyişə bilirsinizsə,
  • Məlumatın mahiyyətinə uyğun diaqram qurmağı bacarırsınızsa,
  • Ağıllı və yekun cədvəllər yarada bilirsinizsə,

 

deməli Excel proqramının Təcrübəli istifadəçi səviyyəsinə yiyələnmisiniz.

Bu səviyyəni tam dərk etmiş istifadəçilər Mühasib, Mühəndis, Ofis-menecer, Menecer, Şöbə müdiri vəzifəsində çalışa bilər.

 


3.    Peşəkar istifadəçi səviyyəsi – Bu səviyyədə Formulas (Formulalar), Data (Məlumat), ReView (Yoxlama) menyularına aid alətlərdən geniş istifadə mütləq şərt kimi çıxış edir. Exceldə istifadə edilən INDEX/MATCH (Indeks/Axtarış), XLOOKUP (Super Axtarış) kimi funksiyaların, alətlərin əksəriyyətini və massiv formulalarını rahatlıqla tətbiq edə bilən, məlumatın analizini təşkil edən, gələcək dövrlər üçün məlumatın proqnozunu quran, interaktiv vizual nəticələr təşkil edə bilən istifadəçilər bu kateqoriyaya aid edilir.

 

Əgər Exceldə,

  • Mürəkkəb tərkibli meqa-formulalardan istifadə edirsinizsə,
  • Massiv formulalarının hesablama məntiqini dərk edirsinizsə,
  • Excel proqramını digər proqramlar ilə inteqrasiya edib, məlumat mübadiləsi təşkil edə bilirsinizsə,
  •  Hesabatların hazırlanması üçün ağıllı və yekun cədvəllərdən və slayserdən geniş istifadə edirsinizsə,
  • Vizualizasiya imkanlarını geniş tətbiq edərək analitik daşbord qura bilirsinizsə,
  • Biznes-məlumat əsasında ABC və XYZ analizi aparmağı bacarırsınızsa,
  • VBA dilinin əsaslarını mənimsəmisinizsə və sadə makrokomandalar yazmağı bacarırsınızsa,

 

deməli, Excel proqramının Peşəkar istifadəçi səviyyəsinə yiyələnmisiniz.

Bu səviyyəni tam dərk etmiş istifadəçilər Data-Analitik vəzifəsində çalışa bilər.

 

4.    Ekstra-Peşəkar səviyyə – Excelin bütün daxili imkanlarını dərk etmiş, Developer (Proqram yaratma) menyusuna aid olan alətlərdən və VBA dilindən tam həcmdə istifadə etməklə mürəkkəb layihələr hazırlaya bilən istifadəçilər bu səviyyəyə aid edilir. Bu səviyyəni tam dərk etmiş istifadəçilər Proqramist və ya Biznes-Analitik vəzifəsində çalışa bilər.

 

CV-də Excel bacarıqları necə təqdim etmək olar?

 

Bəlkə də düşünürsünüz ki, sadəcə olaraq, CV-də Excel bacarıqlarım var və yazmaq kifayətdir. Lakin bu heç də kifayət deyil. Belə yazını əksər səviyyəsi aşağı olan namizədlərin CV-lərində görmək olur. Onda, CV-də Excel bacarıqlarınızı necə təqdim etmək olar?

Gəlin, xronoloji CV üçün daha detallı əsaslandıraq.

 

1.    Əvvələn, CV-də öz Excel bacarıqlarınız haqqında obyektiv məlumat verməlisiniz. Əgər Excel üzrə sertifikatlaşdırılmış kurs bitirmisinizsə, bu haqda məlumatı mütləq Təhsil bölməsində qeyd etmək lazımdır.
2.    İş təcrübəniz bölməsində işlədiyiniz vəzifələr ilə yanaşı, həm də Excel proqramı vasitəsi ilə görmüş olduğunuz işləri qeyd etmək məsləhət görülür.

 


 

Nümunə 1:

İş yeri - Alfa MMC Şirkəti

Vəzifə - Mühasib

1.    Kargüzarlığın təşkili və aparılması;
2.    Daxil olan sənədlərin qəbulu və qeydiyyatı;
3.    Mühasibat uçotunun təşkili və aparılması;
4.    Kassa əməliyyatlarına nəzarət;
5.    Vergilər üzrə hesabatların hazırlanması;
6.    Mal-materialın hərəkətinin uçotunun təşkili və aparılması;
7.    Komersiya təkliflərinin hazırlanması;
8.    Təhvil-təslim Aktlarının hazırlanması;
9.    Əmək haqqının hesablanması;
10. Biznes proseslərinin izlənməsi, yekun hesabatların hazırlanması. 

   

  Nailiyyətlər

1.    Beş əməkdaşın Excel üzrə bacarıq səviyyəsinin qaldırılmasında iştirak etmişəm;
2.    Excel proqramını tədbiq etməklə, əməliyyatların sürətini və əmək məhsuldarlığını 25% artırmışam;
3.    Proseslərin uçotunun avtomatlaşdırılmasında iştirak etmişəm. 

 


 

Nümunə 2:

   Bacarıqlar

1.    Mühasibat Uçotunun qurulması;
2.    Mühasibat və biznes hesabatların hazırlanması;
3.    Məlumatların analizi;
4.    Proqnozların qurulması;
5.    Məlumatın viziualizasiyası;
6.    VBA dilində proqramlaşdırma.


Nümunə 3:

  Kurslar

1.    Alfa Kursları – Təcrübəli Excel İstifadəçisi – Qızıl Sertifikat
2.    Betta Kursu – Excel üzrə tam kurs – Müvəffəqiyyət Sertifikatı;
3.    Siqma MMC – Data-analitik – Müvəffəqiyyət Sertifikatı

 


 

Digər CV forması Funksional CV ola bilər. Funksional CV-lərdə yanaşma bir qədər fərqli olacaq:

 

 Nümunə 1:

Əldə edilmiş nailiyyətlər

1.    Qərar qəbulu məqsədi ilə Marketinq şöbəsi üçün Yekun cədvəllər tətbiq etmək ilə avtomatlaşdırılmış hesabatlar hazırlamışam;
2.    Həftəlik və aylıq və illik təqdimatlar üçün məluçatın vizuallaşdırılmış versiyalarını hazırlamışam;
3.    Şirkət üzrə yeni layihələrin planlanması və idarə edilməsi üçün fayllar yaratmışam;
4.    Satış trendlərini izləmək məqsədi ilə cədvəllərə şərti formatlaşdırma alətləri tətbiq etməklə məlumatı vizuallaşdırmışam.

 

Nümunə 2:

Əldə edilmiş nailiyyətlər

Alfa MMC: Exceldə emal məqsədi ilə şirkətin bütün məlumatlarını cəmləmişəm;
Beta LTD: Excel proqramından şirkətin biznes məlumatlarını analiz etmək məqsədi ilə istifadə etmişəm.

 

Daha çox ətraflı məlumat üçün bizi izləmədə qalın!

 

Nəriman Quluzadə İATM Müəllimi
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları