Müəllimini Tanı - Emin Salamov

Avqust 24, 2023
1548 izlənmə
4 dəqiqə oxuma

Emin Salamov 2006-cı ildə Bakı Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil alıb hal-hazırda İqtisadi Araşdırmalar və Tədris Mərkəzində təlimçi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində baş mühasib vəzifəsində çalışır.


Peşəkar Fəaliyyəti:

İş həyatına 2008-ci ildə Dövlət Dəniz və Liman Agentliyinin Maliyyə və mühasibat uçotu sektorunda başlamış və 2008-2018-ci illər ərzində qeyd edilən sektorda müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.

2018-ci ildən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin Maliyyə və təminat şöbəsinin müdir müavini-mühasibat uçotu sektorunun müdiri - baş mühasib vəzifəsində çalışır. Həmçinin 2022-ci ildən İqtisadi Araşdırmalar və Tədris Mərkəzində İctimai sektor üçün peşəkar mühasib sertifikatına hazırlıq üzrə təlimçi olaraq fəliyyət göstərir.


İştirak etdiyi seminarlar:

2013-cü ildə Böyük Britaniya krallığının London şəhərində olan London Business School təşkil olunan Capital Market and İnvestments Programme, həmçinin 2015-ci ildə London Business School Corporate Finance and Practise Programme üzrə təlimlərdə iştirak edib. Bununla yanaşı 2011-ci ildə International Maritime Organization Sub-Committee on Human element, Training and Watchkeeping mövzusu üzrə təlimdə iştirak etmişdir. Eyni zamanda 2008-2023-cü illərdə “GRBS”MMC, ”Gənc Mühasiblər” Birliyi, “Headstart Biznes Konsaltinq” MMC, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm - Tədris Mərkəzi, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası və İATM İqtisadi Araşdırmalar və Təlim Mərkəzində “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Vergi uçotu üzrə kurslarda iştirak etmişdir.


Əldə etdiyi Sertifikatlar:

• 2019-cu ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

• 2022-ci ildə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Peşəkar mühasib sertifikatını, 2023-cü ildə isə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar mühasib sertifikatını əldə etmişdir.

Digər xəbərlər
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik