Təlim + təcrübə bir Layihədə: “Hazır Mühasib Akademiyası”

Iyul 28, 2025
963 izlənmə
3 dəqiqə oxuma
Ölkəmizdə mühasibatlıq sahəsində kadrların hazırlanması məqsədilə İATM və PSC GROUP konsaltinq şirkəti birgə innovativ “Hazır Mühasib Akademiyası” layihəsinə start verir. Bu layihə, ötən il İATM və PSC GROUP arasında imzalanmış əməkdaşlıq memorandumunun davamı olaraq hər iki təşkilatın mütəxəssisləri tərəfindən birgə hazırlanıb.

 

Niyə “Hazır Mühasib Akademiyası”?

Ənənəvi təlimlərdə nəzəri biliklərə yiyələnmək və təcrübə qazanmaq üçün ümumilikdə 8-9 ay vaxt sərf olunur. 

Lakin bu layihə sayəsində iştirakçılar cəmi 4 ay ərzində həm nəzəri bilikləri mənimsəyə, həm də praktiki təcrübə əldə edərək işə başlamağa hazır bir mütəxəssisə çevriləcəklər.

 

Layihə Nələri Əhatə edir? 

  • 4 Aylıq İntensiv Proqram
  • Nəzəri və praktiki biliklərin tətbiqi
  • İşlə Təminat
  • İştirakçı Sayı
  • Seçim Mərhələsi

 

  • 4 Aylıq İntensiv Proqram:

Müddət: 4 ay (həftə içi beş gün)
Saat: 09:00-dan 18:00-a qədər
Məkan: PSC GROUP konsaltinq şirkətinin ofisi 

 

  • Nəzəri və praktiki biliklərin tətbiqi:

Proqramın birinci yarısında nəzəri biliklər tədris olunacaq, ikinci yarısında isə iştirakçılar öyrəndiklərini real iş şəraitində, xüsusi təcrübə rəhbərlərinin nəzarəti altında praktiki olaraq tətbiq edəcəklər. Bu yanaşma sayəsində iştirakçılar həm öyrənəcək, həm də iş şəraitində təcrübə qazanacaqlar.

 

  • İşlə Təminat:

Layihəni uğurla başa vuran hər bir iştirakçı işlə təmin olunacaq. Bu, layihənin ən cəlbedici tərəflərindən biridir və iştirakçıların gələcək karyeralarına etibarlı bir başlanğıc təmin edir.

 

  • İştirakçı Sayı:

 “Hazır Mühasib Akademiyası” ildə yalnız bir dəfə təşkil olunur və cəmi 12 nəfər üçün nəzərdə tutulub. Bu məhdudiyyət, hər bir iştirakçıya fərdi yanaşmanı və yüksək keyfiyyətli tədrisi təmin etmək məqsədi daşıyır.

 

  • Seçim Mərhələsi:  

Layihədə iştirak etmək istəyən namizədlər həm test, həm də müsahibə mərhələlərindən keçməlidirlər. Bu mərhələlər yalnız potensiallı namizədləri seçməyə imkan verəcək.

 

Kimlər Qoşulmalıdır?

  • Maliyyə və mühasibatlıq sahəsində çalışmaq istəyən, amma hardan və necə başlamaqla bağlı dəqiq planı olmayan şəxslər
  • Ali təhsil almış və ya ali təhsilini başa vurmaq üzrə olan, lakin təcrübə qazanmaqda çətinlik çəkən şəxslər bu layihəyə müraciət edə bilərlər.

 

Layihə ilə bağlı ətraflı məlumat İATM-in sosial media səhifəsində paylaşılacaq.

 

Detallı məlumat üçün buraya və ya Müraciət edin hissəsinə daxil olaraq  Əlavə qeyd  bölməsində "Hazır Mühasib Akademiyası" qeyd edə bilərsiniz.

 

Digər xəbərlər

Araşdırma Et ➡️ Məqalə Yaz ➡️ Mükafat Qazan!  Tələbələrin...

Yanvar 22, 2024
3044 izlənmə
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları