Araşdır, Yaz, Qazan!
Araşdırma Et ➡️ Məqalə Yaz ➡️ Mükafat Qazan!
Tələbələrin məzun olduqdan sonra qarşılaşdığı əsas problemlərdən biri də praktiki araşdırma bacarıqları tam formalaşmadığı üçün iş tapamaqda çətinlik çəkmələridir. Bunun əsas səbəblərindən biri də universitet həyatında tədqiqat vərdişlərinin formalaşmamasıdır.
Bütün bunları nəzərə alaraq İATM-nin və UNEC-in birgə əməkdaşlağı nəticəsində UNEC tələbələri üçün "Araşdır, Yaz, Qazan!" adlı yeni layihəyə start verdik.
Gəlin layihəyə daha ətraflı nəzər yetirək:
Layihə 4 əsas hissədən ibarət olacaqdır. Müraciət, Müsahibə, Araşdırmanın Aparılması və Təqdimat.
📌 Qeyd: Məqalə 14 şrift ölçülü Times New Roman ilə, sətirarası məsafə 1,5 olmaqla, Word faylında Azərbaycan dildə, aydın və səlis cümlələrlə, orfoqrafik və qrammatik qaydalara riayət olunmaqla yazılmalıdır. Məqalənin həcmi minimum 7 səhifə olmalıdır.
Həmçinin plagiat olan məqalələr qəbul edilməyəcəkdir.
Layihə ərzində tələbələr mühasibatlıq sektoru üzrə biliklərini hərtərəfli təkmilləşdirilməklə yanaşı aşağıdakı mükafatlardan birini qazana bilərlər:
✅ 100 manat dəyərində Pul Mükafatı.
✅ 150 manat dəyərində Tədris Vəsaitlərimizdən hədiyyə.
✅ Təlimlərimizdən birinə 200 manat dəyərində Endirim.
Mühasibat uçotuna olan həvəsinizi araşdırma bacarıqları ilə birləşdirmək və sonda mükafat qazanmaq şansını qaçırmayın. “Araşdır, Yaz, Qazan!” sadəcə bir layihə deyil; mühasibat uçotu üzrə parlaq karyera həyatınız üçün ilk addımdır. Odur ki, bu fürsəti qaçırmayın, faydalanın!
Detallı məlumat üçün Buraya və ya Müraciət edin hissəsinə daxil olaraq Əlavə qeyd bölməsində "Araşdır, Yaz, Qazan!" qeyd edə bilərsiniz.
Qəbələ Şəhərində Gənclər və Mühasiblərlə görüşümüz baş tutdu.
"Hazır Mühasib 4" layihəsi - İnfosessiya
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.