Azərbaycan Kooperasiya Universiteti ilə Görüşümüz baş tutdu.

Aprel 23, 2025
75 izlənmə
0 dəqiqə oxuma

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşəbbüsü ilə tələbələrlə keçirilən görüşlər çərçivəsində növbəti tədbir "Azərbaycan Kooperasiya Universitetində" təşkil olundu.

 

Görüş 23 aprel 2025-ci ildə universitetin "Mühasibat və Kompüter Mühəndisliyi" fakültəsi və "Maliyyə" fakültəsində təhsil alan tələbələrlə keçirildi.


Tədbirin əsas məqsədi gənclərin gələcək karyera planlamasında onlara dəstək olmaq və şəxsi inkişafla bağlı faydalı tövsiyələr təqdim etmək olub.

 

Görüş zamanı mərkəzin nümayəndələri – Radil Fətullayev, Nail Mikayılov və Arif İsgəndərov tələbələrlə fikir mübadiləsi apararaq onların suallarını cavablandırdılar və onlara real iş həyatında praktik tövsiyələr verdilər.


Görüş tələbələr və fakültə heyəti tərəfindən böyük maraq və müsbət rəy ilə qarşılandı. Sonda tədbirdə iştirak edən tələbələrə hədiyyələr təqdim olundu.

 

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi olaraq biz də gənclərin inkişafına dəstək məqsədilə bu cür tədbirlərin davamlı olacağını ümid edir və bütün tələbələrə gələcək karyeralarında uğurlar arzulayırıq.

Digər xəbərlər

Araşdırma Et ➡️ Məqalə Yaz ➡️ Mükafat Qazan!  Tələbələrin...

Yanvar 22, 2024
2444 izlənmə
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları