Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Mühasiblər Fromu
2-3 dekabr tarixində Naxçıvan şəhərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Naxçıvan MR-nın Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və Bakı Hesabat Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Rəqəmsal iqtisadiyyatda mühasibatlıq: yeni tələblər və çağırışlar" adlı mühasiblər formu baş tutdu. Tədbir öncəsi forum iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi.
Naxçıvan şəhər Heydər Əliyev mərkəzi baş tutacaq foruma ev sahibliyi etmişdir. Forum Dövlət Himninin səsləndirilməsi başlamış Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilmişdir.
Forum çərçivəsində “Rəqəmsal iqtisadiyyatda uçot və hesabatlılıq,yeni tələblər”, “Vergi sistemi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər, qarşıya çıxan çətinliklər” ilə bağlı spikerlərin çıxışları dinlənilmiş sonda isə iştirakçıların sualları cavablanmışdır.
İkinci hissəsədə isə forum iştirakçıları üçün Naxçıvan şəhərinin gəzməli-görməli yerlərinə tur təşkil edilmişdir.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi olaraq ölkəmizdə mühasibatlıq sahəsinin inkişafı üçün bu istiqamətdə innovativ forumların keçirilməsində yaxından iştirak edərək, dəstək olmağa hazırıq!
Qəbələ Şəhərində Gənclər və Mühasiblərlə görüşümüz baş tutdu.
"Hazır Mühasib 4" layihəsi - İnfosessiya
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.