Qəbələ Şəhərində Gənclər və Mühasiblərlə görüşümüz baş tutdu.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində mühasiblər və gənclərlə infosessiyamız baş tutdu.
Tədbirin əsas məqsədi işitrakçılara "Hazır Mühasib 4" layihəsi üzrə məlumat vermək və onlara mühasibatlıq üzrə karyera tövsiyyələri verməkdən ibarət oldu.
İnfosessiya Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Rəhman Xasməmmədovun tədbirin gedişatı barədə ümumi məlumat verməsi ilə başladı.
İATM-nin biznesin inkişafı üzrə meneceri Arif İsgəndərov İATM və onun faəliyyəti haqqında məlumatı, İATM-nin tədris meneceri Nail Mikayılov isə "Hazır Mühasib 4" layihəsi üzrə məlumatı işitirakçıların diqqətinə çatdırdı.
Daha sonra isə İATM-nin Prezidenti Radil Fətullayev mühasib və gənclər ilə bu sahədəki öz təcrübələrini bölüşdü.
İnfosessiyanın sonunda isə iştirakçılarla xatirə şəkili çəkdirildi. İnfosessiyanın baş tutmasında göstərdikləri dəstəyə görə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə öz təşəkkürümüzü bildiririk
Qəbələ Şəhərində Gənclər və Mühasiblərlə görüşümüz baş tutdu.
"Hazır Mühasib 4" layihəsi - İnfosessiya
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.