
Peşəkar Mühasib Sertifikatı növləri

Hansı növ PMS - Peşəkar Mühasib Sertifikatı almalıyam?
Bəs PMS nədir?
PMS (Peşəkar Mühasib Sertifikatı) - yuxarı vəzifəli mühasiblərin mühasibat uçotu və qanunvericilik üzrə biliklərinin yoxlanması üçün AR Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli qərarına əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən sertifikasiya prosesi nəticəsində əldə olunur.
Peşəkar Mühasib Sertifikatının növləri hansılardır?
➤ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;
Sertifikatı əldə etməyən Mühasibləri hansı neqativ hallar gözləyir?
➤ Hesabatları qəbul edilməyəcək;
➤ İnzibati Xətalar məcəlləsinə əsasən müəyyən sanksiyalar nəzərdə tutulacaq;
➤ İşini itirmə məsələsi aktuallaşacaq.
Kimlər hansı növ Sertifikat əldə etməlidir?
Bildiyimiz kimi, hər bir sertifikat növü müvafiq müəssisələrdə baş mühasib kimi fəaliyyət göstərə biləcəyinizi əks etdirir. Bu barədə detallı məlumat aşağıdakı cədvəldə qeyd edilmişdir. Nəzər yetirərək sizə hansı növün PMS-in daha gərəkli olduğunu müəyyənləşdirin.
Cədvəldə sertifikat növlərinin qısaltmalarından istifadə olunmuşdur.
➤ KOS MHBS - Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.
➤ MHBS - Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.
➤ İS MUBS - İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və II səviyyə peşəkar mühasib sertifikatı.
PMS növü: |
Əldə edən şəxs hansı sektorda baş mühasib vəzifəsi tuta bilər: |
---|---|
KOS MHBS |
Mikro və kiçik sahibkarlıq subyektində İri və orta sahibkarlıq subyektlərində Nizamnaməsində sahibkarlıq fəaliyyəti nəzərdə tutulan dövlət və bələdiyyə tərəfindən yaradılan: - Tibb müəssisəsi; - Uşaq evləri sosial xidmət müəssisəsi; - Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi; - Məktəbəqədər təhsil müəssisəsi; - Ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi; - Orta ixtisas təhsili müəssisəsi; - Ali təhsil müəssisəsi; - Xüsusi təhsil müəssisəsi; - Ailə tipli kiçik qrup evi katoqoriyasında olan publik hüquqi şəxslər. |
MHBS |
KOS MHBS Peşəkar MÜhasib Sertifikatının əhatə etdiyi subyektlər də daxil olmaqla: - İctimai əhəmiyyətli qurumlarda; - Digər publik hüquqi şəxslərdə. |
İS MUBS 1-ci səviyyə | Yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər. |
İS MUBS 2-ci səviyyə |
İS MUBS 1-ci səviyyə Peşəkar Mühasib Sertifikatının əhatə etdiyi subyektlər də daxil olmaqla: - Mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında.
Nizamnaməsində sahibkarlıq fəaliyyəti nəzərdə tutulmayan; - Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi; - Uşaq evləri sosial xidmət müəssisəsi; - Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi; - Məktəbəqədər təhsil müəssisəsi; - Ümumtəhsil məktəbi; - Peşə təhsili müəssisəsi; - Orta ixtisas təhsili müəssisəsi; - Ali təhsil müəssisəsi; - Xüsusi təhsil müəssisəsi; - Ailə tipli kiçik qrup evi katoqoriyasında olan publik hüquqi şəxslər. |
Sertifikat imtahanına necə hazırlaşaq?
İyul ayının əvvəli başlayacaq və peşəkar təlimçi komandamız tərəfindən keçiriləcək təlimlərimizə qoşularaq. Təlimlərimiz barədə daha ətraflı məlumatı isə buraya daxil olub sizə uyğun PMS imtahanı hazırlığı təlimini seçərək əldə edə bilərsiniz!


Hazır Mühasib Akademiyası

PMS (Peşəkar Mühasib Sertifikatı) imtahanı məsələ izahları
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.