Məsuliyyətli Mühasib konsepti ilə İATM Forum 2026
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşkilatçılığı ilə 15 Fevral 2026-cı il tarixində “Məsuliyyətli Mühasib” konsepsiyası ilə İATM Forum 2026 təşkil edilir.
Mühasibatlıq sahəsində peşəkarlığın gücləndirilməsi, beynəlxalq standartların tətbiqi və onun yerli təcrübəyə uyğunlaşdırılması, həmçinin mühasibatlığın gələcəyi ilə bağlı məsələlərin müzakirəsi bu günün zəruri mövzularından biridir. Bu məqsədlə təşkil olunan İATM Forum 2026 mütəxəssisləri bir araya gətirərək məsuliyyətli mühasibatlığın biznes və cəmiyyət üçün yaratdığı dəyəri ön plana çıxarır.
İATM Forum 2026-nın əsas mesajı “Məsuliyyətli Mühasib”dir. Bu mesaj ilə mühasiblərin etik davranışını, hüquqi məsuliyyətini, düzgün qərarvermə bacarıqlarını və şəffaf hesabatlılıq mədəniyyətinin inkişafını hədəfləyirik.
Forum iştirakçıları:
-
Mühasiblərin etik və hüquqi məsuliyyəti;
-
Mühasibatlıq sahəsində beynəlxalq təcrübə və onların ölkəmizə uyğunlaşdırılması yolları;
-
Rəqəmsal mühasibatlığa keçid zamanı yarana biləcək məsuliyyətlər və özünü təkmilləşdirmə yolları üzrə mövzuları aparıcı ekspertlərin çıxışlarından dinləyəcək və müzakirələrə qoşulacaqlar.
Tərəfdaş təşkilatlar:
-
MÜSİAD Azərbaycan
-
Bakı Avrasiya Universiteti
-
Bakı Hesabat Mərkəzi
-
Keyfiyyət Assosiasiyası
-
İATM Audit və Konsaltinq
-
MühasibSən Tədris Mərkəzi
-
Progress Business School
İATM Forumu 2026 – məsuliyyətli, şəffaf və etibarlı maliyyə idarəçiliyinin təşviqi üçün ən vacib peşəkar platformalardan biridir. Sizi bu mühüm tədbirdə iştirak etməyə dəvət edirik. Gəlin, birlikdə “məsuliyyətli mühasib” anlayışını peşəmizin əsas dəyərinə çevirək.
Detallı məlumat üçün buraya klik edə və ya Müraciət edin hissəsinə daxil olaraq Əlavə qeyd bölməsində "İATM Forum 2026" qeyd edə bilərsiniz.
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.
