Hazır Mühasib Akademiyası

Fevral 07, 2023
3053 izlənmə
4 dəqiqə oxuma

Təlim + Təcrübə Proqramı + İşlə Təminat


Artıq layihənin ödənişini aylara bölərək ödəyə bilərsiniz. Göstərdiyiniz yüksək maraq və ödənişin aylara bölünməsi ilə bağlı aldığmız çoxsaylı müraciətləri nəzərə alaraq layihənin ödənişini artıq 6 aya bölərək ödəmək mümkündür! 

 

İndi isə sizə layihə barədə məlumat verək.

Son zamanlar ölkədə gənclərimiz maliyyə-mühasibatlıq sahəsində karyera qurarkən bir sıra problemlər ilə üzləşirlər. 13 illik təcrübəmiz ərzində isə İATM olaraq gənclərin qarşılaşdığı bu problemləri müşahidə və analiz etmə şansımız oldu. Problemlərin hansılar olduğu barədə indiyə qədər çox eşitdiyinizi də bilirik. Elə buna görə də bugün sizə problemlərdən yox, həllindən danışacağıq.

 

Belə ki, gənclərə mühasibatlığı dərindən öyrədən, təcrübə imkanı yaradan və sonda işlə təmin edən bir proqram yaratdıq. Bəli! Doğru oxudunuz. Bu proqramı bitirən hər bir şəxs potensial mühasib kimi işlə təmin olunacaqdır.


 

Bu istiqamətdə əməkdaşımız olacaq BSC Consulting and Outsourcing şirkəti ilə 2 fevral 2023-ci il tarixində memorandum imzaladıq. Ölkənin ilk mühasibatlıq şirkətlərindən biri olan BSC Group 25+ illik fəaliyyəti ərzində 100 üzəri şirkətlə əməkdaşlıq etmişdir.


 

(Təlim + Təcrübə + İşlə Təminat) nə deməkdir?


Layihə biri digərindən önəmli 3 əsas hissədən ibarət olacaqdır. Təlim, Təcrübə İşlə Təminat. Hər bir hissə barədə sizə daha detallı məlumat bildirək. 

 

1-ci hissə,Təlim: Bu hissədə peşəkar təlimçi komandamız 10+ ildir təkmilləşmiş Tədris Proqramı sayəsində iştirakçıların mühasibatlıq biliklərini 0-dan mütəxəssi səviyyəsinə qaldıracaq.

Təlimin tərkib hissələri:

  • Maliyyə Uçotu - (ikili yazılış, hesablar planı ilə işləmə, müxabirələşmə, uçotun qurulması və aparılması, maya dəyərinin hesablanması, maliyyə hesabatlarının hazırlanması və s.);

  • Vergi Uçotu - (vergi və növləri, ƏDV və digər növlərin hesablanması, müxabirələşmələr, uçotun aparılması, bəyannamələrin (hesabat) hazırlanması, BTP proqramı, DSMF ayırmaları və əməkhaqqı hesablanması, e-gov portalları);

  • 1C 8.3 - (kassa mədaxil və məxaric əməliyyatları, bank mədaxil və məxaric əməliyyatları, alış əməliyyatı və alınmış malın geri qaytarılması əməliyyatı, satış əməliyyatı və satılmış malın geri qaytarılması əməliyyatı, işçilər və əmək haqqı üzrə əməliyyatlar, ƏDV reqlament və ayın bağlanması əməliyyatları, 1C 8.3-də hesabatlar);

  • Rəsmi Mühasibatlıq - (rəsmiləşmə əməliyyatları, qaimə və faktura tipli sənədlər, ezamiyyə və s. üzrə rəsmiləşmələr);


 

2-ci hissə, Təcrübə: Təlimi bitirəndən sonra hər bir layihə iştirakçısı sektorda özünü artıq sübut etmiş mühasiblərlə birlikdə çalışacaq, fikir mübadiləsi edəcək və onlardan öyrənəcəklər. BSC Group-da keçiriləcək bu təcrübə proqramını daha da önəmli edən məqam isə təcrübəçilər tək bir sahə üzrə yox, bütün əməliyyatlar üzrə təcrübə keçəcəklər. 

 

3-cü hissə, İşlə Təminat: Ən sonda, təcrübəni bitirdikdən sonra hər bir iştirakçını (ya da onlara artıq potensial mühasib də deyə bilərik) minimum 500+ AZN əməkhaqqı ilə uyğun şirkətlərdə müvafiq vakansiyalar üzrə işə cəlb edirik. 

 

Layihə ərzində iştirakçıların mühasibatlıq sektoru üzrə biliklərinin hərtərəfli təkmilləşdirilməsi üçün bundan əlavə olaraq: 

  • Əmək qanunvericiliyinin izahı ilə bağlı seminarlar təşkil ediləcək
  • Uğurlu mühasiblərlə görüşlər keçiriləcək
  • Korporativ davranış qaydaları ilə bağlı təlimatlar əldə edəcəklər.

 

Qısacası, biz əlimizdən gələni edirik, sizə sadəcə faydalanmaq qalıb. Ölkədə ilk dəfə keçiriləcək bu layihə sayəsində karyerasına mühasib kimi başlayacaq 25 nəfərdən biri də sən ola bilərsən. 

 

Qeyd edək ki, layihənin ödənişi 2400 AZN təşkil edir. Gələcəyinə yatırım et!

 

Detallı məlumat üçün buraya və ya Müraciət edin hissəsinə daxil olaraq  Əlavə qeyd  bölməsində "Hazır Mühasib Akademiyası" qeyd edə bilərsiniz.

Digər xəbərlər
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik